Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə qələbə qazanıb.
bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, üçqat Avropa və üçqat dünya çempionu olan idmançımız iranlı Murteza Hassan Alini məğlub edib.
65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz görüşdə hesabda geridə olmasana baxmayaraq 8:4 hesabı ilə əzmkar qələbə qazanıb. Beləliklə, H. Əliyev yarımfinala vəsiqə əldə edib.
bakunews.az