Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Əhməd Əhmədzadənin əmrlərinə tabe olmayan Ədalət Babayev - ARAŞDIRMA

Tarix:1-07-2017, 13:50 Baxış Sayı:1 099

Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi heç bir qanunu tanımır

Əhməd Əhmədzadənin əmrlərinə tabe olmayan Ədalət Babayev - ARAŞDIRMA


«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin suvarma sistemləri və mexaniki suvarma idarələri magistral kanallardan, eləcə də digər su mənbələrindən qəbul edilən suyun Sudan İstifadəedənlər Birliklərinə verilməsini həyata keçirir. Respublikada mövcud 1319 min hektar suvarılan sahədə yerləşən suvarma sistemlərini, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dağ çaylarında sel və daşqınlara qarşı yaradılmış mühafizə bəndlərinin istismarı, təmiri-təmizlənməsi ilə məşğul olur. Təəssüf ki, bu gün suvarma sistemləri idarələrinin bir çoxunda neqativ işlər cərəyan etməkdədir və buna görə də əkin sahələrinin suvarılmasında problemlər üzə çıxır. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyətində də nöqsanlar mövcuddur. Belə ki, idarənin rəisi Ədalət Babayevin vəzifəsinə laqeyd münasibət göstərdiyi və büdcə pullarını şəxsi vəsaiti kimi xərclədiyi bildirilir: «Rayonda hektarlarla əkin sahəsi susuzluq ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib. Ədalət müəllim və işçiləri mövcud su ehtiyatlarının idarə olunmasına, onlardan maksimum səmərə ilə istifadə edilməsinə, suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirmir.

Qurumun balansındakı 44129 hektar sahənin çox hissəsi vaxtında suvarılmır. Hidrotexniki qurğuların və elektrik mühərriklərinin yetərli hissəsi nasaz vəziyyətdədir. Bu adamın işi-gücü büdcəyə ziyan vurmaqdan ibarətdir. O Suvarma Sistemləri İdarəsinin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi işləyən qaynı Nizami Rəsulovla birlikdə dövlət yanacağını satır. Dövlət qiymətindən xeyli aşağı satılan idarə benzini və dizel yanacağı alıcılar üçün daha sərfəli olduğundan daha tez satılır. Rayondakı yanacaq alverçiləri və müxtəlif adlar altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri də Ədalət müəllimin mülkiyyətində olan yanacaq və sürtkü materiallarını satmaqla məşğuldur. Digər tərəfdən, idarəyə istifadə üçün verilən elektrod, sement, üzərinə "Azmelsu" yazılmış fəhlə ayaqqabıları bazarda və ya xüsusi dükanlarda işbazlar tərəfindən satılır. Bütün bu qanunsuz işlər idarə rəisinin qohumları, əsasən də qaynı Nizami Rəsulov və digər yaxınları tərəfindən həyata keçirilir. Əvvəllər idarənin nəzdində fəaliyyət göstərmiş camışçılıq və qoyunçuluq təsərrüfatları bütün mülkiyyəti, yardımçı tikililəri və örüş sahələri ilə birlikdə idarə rəisi Ədalət Babayev tərəfindən özününküləşdirilərək mənimsənilib. İdarəyə məxsus 3 traktor isə rəisin şəxsi tapşırığı əsasında icarəyə verilib. Adları ştat cədvəlində gedən 30-40 fəhlə isə işə gəlmədiyi halda adları işçi kimi gedir, onların maaşı rəis tərəfindən mənimsənilir. Ədalət Babayev idarənin bəzi işçilərini öz şəxsi təsərrüfatında işlədir».


Məlumata görə, idarə rəisinin "Promxor" yolunun üstündə tikdirdiyi möhtəşəm imarət uzaqdan diqqəti cəlb edir: «Rayonda bu görkəmdə villa yoxdur. Müasir mühafizə sistemləri ilə təchiz edilmiş bu topdağıtmaz sarayın qiyməti milyonlara bərabərdir. Amma ondan soruşan yoxdur ki, bu sarayı sən hansı pulla tikdirmisən. Villanın tikintisində idarənin işçilərinin əməyindən də istifadə olunub. Bu da qanuna zidd haldır. O neçə illərdir ki, bu vəzifədə işləyir. Və bu illərdə ancaq özünə var-dövlət yığmaqla məşğul olub».

Araşdırmalar nəticəsində öyrəndik ki, idarənin tərkibində Sudan İstifadə Edənlər Birliyi adlanan bir qurum fəaliyyət göstərir: «Onların fəaliyyəti ayrı-ayrı kəndlərdə mülkiyyətçilərə suvarma suyunu satmaq və onlardan aldıqları su pullarına qəbz yazmaqla həmin pulu Suvarma Sistemlər İdarəsinin kassasına mədaxil etməkdir. Bu iş qanunla belə olmalıdır, amma gəlin reallığa nəzər salaq. Təkcə 2014-cü ilin təsərrüfat ilində Ağalıkənd Sudan İstifadə Edənlər Birliyinin icraçı direktoru Famil Əhmədovun özbaşınalığı və qanunlara tabe olmaması nəticəsində xidməti ərazisində olan 2500 ha əkin sahəsini suvarma suyu ilə təmin edərək hər hektarı üçün 4.0 manat pul almaqla 4.0 X 2500 ha=10,000(on min) manat pulu mülkiyyətçilərdən alaraq onlara qəbz yazmadan mənimsəyib.

Həmin 2500 ha əkin sahəsini Famil Əhmədov 3 dəfə su ilə təmin etməklə 3 X 10,000(on min) manat=30,000(otuz min) manat pulu alaraq idarənin kassasına ödəmədən mənimsəyib. Famil Əhmədov həmin pullarla özünə xarici minik avtomobil və 150 başdan çox qoyun-quzu alaraq şəxsi təsərrüfat yaradıb. Bu adam vaxtında Ədalət müəllimin hörmətini edir və ona görə də hər nə bilir onu da edir». Ümid edirik ki, ASC sədri Əhməd Əhmədzadə yazılanları şəxsən özü araşdırıb Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevin barəsində zəruri tədbirlər həyata keçirəcək. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.


Gələn yazımızda:

- 100 ha sahəni hansı məqsədlə zəbt edib...?

- Biləsuvarın girişində suni yaradılan gölər kimə məxsusdur...?

- Şəxsi biznesə xərclənən pullar haralardan hansı şərtlərdə toplanıb...?

XƏBƏR LENTİ