Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Səlim Müslümov 1750 manat maaşla 5 mərtəbəli villanı necə tikir.”Katibələrinin ətirinə 11 min manat xərcləyirlər” - Şok ittihamlar

Tarix:6-07-2017, 20:03 Baxış Sayı:2 884

Səlim Müslümov 1750 manat maaşla 5 mərtəbəli villanı necə tikir.”Katibələrinin ətirinə 11 min manat xərcləyirlər” - Şok ittihamlar

Aztəminatlı ailələrin, əlillərin və bu kateqoriyadan olan vətəndaşların problemlərinin dərinləşməsi narazılığı artırıb.

Bu barədə mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, hazırda ölkədə etinasızlıq və eqoizm sindromu formalaşıb.

Onun sözlərinə görə, Prezidentin xəbərdarlıqlarına baxmayaraq, məmurlar xalqın xidmətçisi olmaq istəmirlər: «Camaatın şikayətinə baxan, ah-naləsinə məhəl qoyan yoxdur: «Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında əlillərin keçirdiyi aksiyaya mən də intenretdə baxdım. Çox təəssüf hissi keçirirəm ki, naziriliyin məsul şəxslərindən bir nəfər bu adamların problemləri ilə maraqlanmır. Nazir müavini əlillərin yanında elə etinasız şəkildə keçib gedir ki, elə bir onlar insan deyillər. Sən kimsən axı, vətəndaşa arxa çevirirsən. Sən vətəndaşı dinləməyəndə prezidentin tələblərinə qarşı çıxırsan. Axı, sən bu xalqın pulunu yerirsən. Səlim Müslümov necə məmurdursa, müavinin də onun kimidir. Xalqı prezidentdən narazı salmaq elə budur. Bundan böyük xəyanət ola bilməz. Prezident, onun xanımı birinci vitse-prezident Mehriban xanım ucqar rayonlara qədər gedib insnaların dərdlərini dinləyirlər. Amma bunlar Bakının mərkəzində əlillərin problemlərini, şikayətini dinləmirlər. Səlim Müslümovun işçiləri müavinəti 50-50-yə verirlər. Bu aztəminatlı ailələrin nümayəndələri etiraz etməyib, nə eləsinlər. Bəs mən ona görə deyirəm ki, 1750 manat maaşla 5 mərtəbəli villanı necə tikirlər. O əlillərin əksəriyyəti Qarabağda sağlamlığını itiribəl. Belə ögey münasibət olmaz axı. Hesab edirəm ki, Səlim Müslümov və məmurları bütün bunlara görə cavab verəlidir».

Səlim Müslümov 1750 manat maaşla 5 mərtəbəli villanı necə tikir.”Katibələrinin ətirinə 11 min manat xərcləyirlər” - Şok ittihamlar


Partiya sədri şəhid ailələrinə icbari sığorta pulunun verilməməsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məmurlar bu məsələdə də Prezidentin iradəsinin əleyhinə gedirlər: «Prezident və xanımı hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərir. Aprel döyüşlərindən sonra Mehriban xanım şəhid ailələrinin ailələri ilə yas iərasimində bir yerdə oldu. Hanı məmurlar, niyə nümunə götürmürlər? Milli Məclis nəyi fikirləşir? 11 min manat nədir ki, Nazirlər 11 min manatı katibələrinin ətirinə xərcləyirlər. Ayıbdır. Eyni zamanda, bu ögey münasibət xəyanətdir.

Bu münasibəti görən adam yenə döyüşə gedib canından keçərmi? Əsgər arxayın olmalıdır ki, ona nəsə olsa, ailəsinə qayğı göstəriləcək. Bu məmurlardan onu gözləməyə dəyməz. Şəhid ailəsi etiyac içində yaşamamalıdır. Hansısa idarəyə gedib nəsə tələb etməməlidir. Aidiyyatı qurumlar özləri onların problemlərini araşdırıb həll etməlidir. Bu ögeylik məmurların Qarabağ probleminin həllinə olan münasibətin təzahürüdür. Səlim Müslümov bu vəzifəyə gələndən bəri bu kateqoriyadan olan vətəndaşlara nə edib? Əgər bir iş görmüş olsaydı, bu qədər adam narazı olmazdı. Səlim Müslümov ancaq öz qohum-əqrəbası üçün çalışır. Ağsuda bütün idarələrə öz qohumlarını yerləşdirib, hamısı da ölkədə narazılığın böyüməsinə şərait yaradırlar. Şəxsən mən şəhid ailələrinin, Qarabağ əlillərinin, aztəminatlı ailələrin problemlərinə biganə qalmağı Prezidentin iradəsinə zidd getmək kimi dəyərləndirirəm. Ona görə deyirəm ki, Səlim Müslümov da Ziya Məmmədovun yolunu gedir. Ziya Məmmədov da deyirdi ki, mənə nə edəcəklər, axırını hamı gördü. Bu adamların qohum-əqrəbasından kimsə gedib Qarabağda döyüşməyib, yaralanmayıb, şəhid olmayıb. Ona görə də etinasız yanaşırlar. Milli Məclis üzvlərinə də müraciət edirəm ki, bu cür məsələlərə həssas yanaşsınlar».

XƏBƏR LENTİ