Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Kəmaləddin Heydərovun 150 min xərclədiyi saytların məqsədi? - ARAŞDIRMA

Tarix:9-07-2017, 02:58 Baxış Sayı:6 312

Kəmaləddin Heydərovun 150 min xərclədiyi saytların məqsədi? - ARAŞDIRMA


Bir neçə gün öncə Bakunews.az saytında “Kəmaləddin Heydərovun mediadakı kapitanları - Aynur Camalqızı kimdir?” yazısından sonra redaksiyamıza Fövqəladə Hallar Naziri K.Heydərovun fəaliyyəti ilə bağlı bir sıra məlumatlar daxil olmaqdadır.


Ötən yazıda da qeyd etdiyimiz kimi artıq bir neçə ildir ki, Fövqəl nazirin Azərbaycan mətbuatında yaratdığı şəbəkə onun sifarişlərin yerinə yetirməklə yanaşı dövlətin maraqlarına xidmət etməməklə digər media qurumlarından rahatlıqla seçilir.
Hazırda Aynur Camalqızının rəhbərliyi altında elektron media orqanlarına nəzarət edən K.Heydərov saytlara maddi nəzarəti də adı çəkilən xanıma tapşırıb. Nəzərə alsaq ki, A.Camalqızı vaxtiylə İQTİDARA qarşı cəbhədə yer alan radikal müxalifətçilərdən biri olub. O zaman yaranmış suallara cavab tapmaq çətin deyildir.

Bir necə il öncə “Musavat” partiyasının fəal üzvlərindən olan A.Camalqızının partiyanın mətbu orqanlarında Ümummilli Lideri hədəfə alan yazıları ilə diqqət mərkəzində olması hamıya məlumdur. Adı çəkilən xanımın Heydər Əliyev və Prezident İlham Əliyev cənabları haqqında mediada dərc etdiyi və müəllifi olduğu tənqiddən kənar təhqir dolu yazıları unutmuş deyilik.
Aynur Camalqızının müxalifətçilik mövqeyi ilə hakimiyyətin yuxarı təbəqəsində yer alan şəxsləri hədəfə almasından sonra Kəmaləddin Heydərov tərəfindən mükafatlandırılması qəribə məntiq yaradır.

Necə ola bilər ki, Prezidentə nifrəti ilə seçilən bu xanım indi həmin siyasəti dəstəkləyir...?

Aynur Camalqızı həqiqətəndə iqtidara sadiqdir...?

Musavat partiyasını YAP-a dəyişməyinə əsas səbəbi nədir?


Bir gerçəyi heç vaxt unutmaq olmaz ki, bir insan əgər əqidəsini tez-tez dəyişirsə, nifrət etdiklərinə sonra hörmət bəsləyirsə o insanın saxta sadiqlik nümayişinə etibar etmək olmaz.

A.Camalqızının ölkə prezidenti haqqında təhqir dolu məqalələrindən qəzet nüsxələrini növbəti yazıda diqqətinizə çatdıracağıq...
Kəmaləddin Heydərovun bizədə məlum olan bu faktlardan xəbəri olduğu halda hakimiyyətə radikal mövqeydə dayanan bir şəxsi qanadları altına alması onun gizli fəaliyyətinin məqsədlərini açıqlayır. Hamıya yaxşı məlumdur ki, K.Heydərov Rusiyaya xidmət edir və qonşu dövlətin xüsusi xidmət orqanlarının Azərbaycandakı əsas fiqurlarındandır. Məhz bu baxımdan 4-cü hakimiyyətdə öz və Rusiyanın maraqlarını qoruyan Fövqəl nazirin A.Camalqızı kimilərlə iş qurmağı səbəbsiz deyil. Mediada bir sıra saytlara nəzarət etməsinə və onları lazımı istiqamətdə yönəltməsinə görə xanımın maddi təlabatı tam ödənilməkdədir.

Saytlara maddi yardımın hər ay xanım tərəfindən tənzimlənərək ödənilməsinin nəticəsidir ki, Kəmaləddin Heydərov haqqında geniş tərifnamələr dərc olunur. Burda bir məqamı qeyd etməsək olmur. 2105-2016-cı illərə təsadüf edən bir məqam ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günündə nazirin himayəsində olan media K.Heydərovun şəninə tərifnamələr tirajlamaqda idilər. Məsələnin gündəmdə qabarıq şəkildə büruzə verməsi Fövqəl naziri təşvişə salmış olacaq ki həmin gündə tirajlanan yazılar dərhal silinməsi əmri verilib.

Fövqəl nazirin məqsədlərindən kənar əməllərini belə ictimailəşdirən və müsbətdən don geyindirən saytların sayı çoxaldıqca dövlətin maraqları arxa plana keçir.

Ardı var.

“M.M.S”
Bakunews.az

XƏBƏR LENTİ