Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Ağcabədi təhsilində “44000 manat” müəmması – Təhsildə olan rüşvət burulğanı davam edir

Tarix:20-07-2017, 02:07 Baxış Sayı:1 372

Ağcabədi təhsilində “44000 manat” müəmması – Təhsildə olan rüşvət burulğanı davam edir


BakuNews.az-ın media üzərində apardığı araşdırmalardan və redaksiyamıza verilən məlumatlardan da məlum olub ki, Ağcabədi Təhsilində rüşvət tuğyan edir. Amma bu günə qədər belə RTŞ müdirinə bununla bağlı nə araşdırma göndərilir nədə gözün üstə qaşın var deyən tapılmayıb. Ölkədə aparılan islahatlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çıxışlarında qeyd etdiyi tövsiyələri və Təhsil Naziri Mikayıl Cabbarovun əmrlərinin qulaq ardı edilməsi qəbul edilməz və izaha açıq olan mövzu belə deyildir. Bu xanım rəhbəri müdafiə edən yüksək çinli məmurun kimliyi bu gündə müdianın əsas araşdırma mövzusundan birinə çevrilib. Belə ki, Ağcabədi RTŞ-nə yenicə təyin edilən Solmaz Rəhimova vəzifə başına keçər keçməz rayonun təhsilində qara günlər başlayıb. Ağcabədi RTŞ-də baş verən özbaşınalıqlarla bağlı BakuNews.az-a məlumat verən mənbədə qeyd edir ki, RTŞ müdiri S.Rəhimova vəzifəyə gəlməsi münasibəti ilə rayonun bütün məktəb direktorlarından 500 manat təbrik hədiyəsi yığıb. Düzdür 500 istəsədə bunu tam verməyə imkanı olmayan direktorlarda az olmayıb. Nəzər alsaqki rayon üzrə RTŞ nəzdində 67 məktəb fəaliyyət göstərir bu məbləğ heçdə balaca məbləğ deyil (67x500=33500). İlk vəzifə təyinatı günündə 33500 manat heçdə az kar deyildir…

Məsələ tək bununla bitmir Solmaz Rəhimovanın vəzifəyə gətirildiyi gündən bu günə kimi hər məktəbdən metodist Tofiq Zeynalov hər bir direktordan aylıq 5 manat “Muzey” pulu adı ilə ayda 335 manat yığmaqdadır. “İllik hesabatda bu məbləğ 335x12=4020azn edir”. Hansı “muzey”ə və kimin tapşırığı əsasında bu 4020 manat yığılması isə müəmma olaraq qalmaqdadır.

BakuNews.az-a verilən məlumatda həmçinin oda qeyd edilir ki, RTŞ-nin inspektoru İbrahim Vəliyev S.Rəhimovanın göstərişi ilə məktəblərin böyüklüyü və ya uşaq sayının az- çox olması belə nəzərə alınmadan direktorlardan tədbir keçiriləcəyi adı ilə 50-150 manat civarında pullar yığılmaqdadır. Məsələ tək bununlada bitmək bilmir vay o günə ki, rayon icra hakimiyyəti tərəfindən hər hansı bir tədbir keçirilə bax həmin gün direktorların qara bayramı qeyd edilir. Rayonda keçiriləcək hər tədbir üçün məktəb direktorları qeyri qanuni olaraq pul ödəmək məcburiyyətində qalmaqdadırlar. Həmçinin bu məsələ ilə bağlıda rayon üzrə baş verən aylıq tədbirlərin sayını hesabladıqda və 67 direktorun verdiyi məbləğin həcmi digər məbləğlərdən daha çox olduğunu müşahidə etmiş olarıq.
Ağcabədi təhsilində “44000 manat” müəmması – Təhsildə olan rüşvət burulğanı davam edir
BakuNews.az xəbər verir ki, 2016-cı ilin sentyabrında keçirilən krikulum imtahanlarına görə, RTŞ ərəfindən rayon müəllimlərinin 100 nəfərindən hər bir müəllimdən 100azn məbləğində pullar yığılıb bu isə artıq 10.000 manata deməkdir. Bu pulları isə etibarlı mənbə bildirir ki, RTŞ-nin müdür müavini Əfrasiyab Məmmədov və RTŞ-nin Metodist kabinet müdiri ƏLİ ƏHMƏDOV tərəfindən pulların yığıldığı bildirilir. 10 min manatın yuxarıda adları qeyd edilənlərin yığması ilə bağlıda məhz Nazriliyə şikayət olunub. Nazirliyə daxil olan şikayət məktubu na cavab olaraq RTŞ yoxlama aparılaraq fakt öz tədiqini tapmış və bundan sonra nazirliyin əməkdaşları Almaz və Orxan adlı şəxslər məsələnin tam çırpaqlığı ilə aşkarlamalarına baxmayaraq faktla bağlı heç bir tədbir görülməyib.

2016-cı ilin sentyabr ayında keçirilən krikulum kursuna imtahandan 100 nəfər müəllimdən hər birindən 100 manat olmaqla idarənin müdir əvəzi Əfrasiyab Məmmədov və idarənin Metodikanın müdiri Əli Əhmədov pukl yığılması ilə bağlı məlumat daxil olub. Həmin fakt əsasında nazirliyə şikayət edilir və nazirliyin əməkdaşları AlmazOrxan müəllim faktı aşkarladıqları halda heç bir tədbir görməyiblər.

Tofiq Zeynalov – 3 saylı məktəbdə işlədiyi dövrdə törətdiyi əməlini media nümayəndəsi “Dosye.org” saytında bu barədə məlumat dərc edilmişdir. Törətdiyi əmələrin mediada dərc edildikdən sonra direktor Tofiq Zeynalovu işindən azad edir. Çox keçmir ki, T.Zeynalov əlaqələrini işə salaraq dostu debutat Tahir Rzayevi işə cəlb edərək dahada irəliyə çəkilir… Beləliklə T.Zeynalov Təhsil Şöbəsinə Metodist təyin edilir…

2016-2017-ci il tədris ilin yekununda ali məktəb imtahanlarına 5 saylı məktəbdə, 13 nəfər şagirdin əvəzinə başqa şəxslər imtahana buraxılıb. Həmin fakt imtahan vaxtı aşkar olunsada Solmaz Rəhimova əlaqələrin işə salaraq Dövlət İmtahan Şöbəsinin əməkdaşı Rəfail adlı şəxslə əlaqəyə girib. Qeyri qanuni əmələrin aşkara çıxaraq dahada geniş yayılmasının qarşısını alaraq ört-basdır edib.

Ağcabədi RTŞ-sində qanunsuzluqlar bununlada bitmək bilmir. Silsilə qanuna zid adımlar ard-arda atılaraq həm təhsilin inkişafına həm də rüşvətin burulğanının böyüməsinə şərait yaradılır. RTŞ-nin rəhbəri S.Rəhimova Humanitar şöbənin müdiri Naibə Mustafayevlə birlikdə törətdikləri qanunsuzluq heç bir Təhsil Şöbələrində görünməmişdir. Belə ki, bu şəxslərin birlikdə kənd orta məktəblərini reyd etməsi və bu reydlər zamanı Arasbar və Yuxarı Qiyaməddinli kəndlərində olarkən məktəbin sinif jurnalarını özləri ilə götürərək direktorları çıxılmaz vəziyyətə salıblar. Özləri ilə gətirdikləri jurnalları direktorlara məhz rüşvət qarşılığında geri vermişdirlər – deyə mənbə qeyd edir.

Yuxarıda qeyd edilən faktlarla bağlı prakrorluğada şikayət edildiyi qeyd edilir.

Bütün bu və digər verilən məlumatlarla bağlı aparılan araşdırmalarımızı daha geniş formada sizlərə təqdim edəcəyik.

Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az

XƏBƏR LENTİ