Azərbaycan üzgüçüləri V İslam Həmrəyliyi Oyunlarında final və yarımfinala yüksəliblər.
bakunews.az trend-ə istinadən bildirir ki, Azərbaycan üzgüçüləri Fatimə Əlkərəmova və Yusibov Nihad yarımfinala çıxıblar.
Məryəm Şeyxəlizadə (50 metr), Rəşad Əliquliyev finala yüksəliblər.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
bakunews.az