"1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. İndi ermənilər Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırırlar”.
bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir:
"30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etməli olduqları ərazilərdə evləri yandırıb gedirlər. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb”.
Vüqar Bayramov Laçın rayonu, o cümlədən Laçın şəhəri və Zabux kəndinin yenidən qurulacağını qeyd edib:
"Çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar”.
bakunews.az