Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

Tarix:14-11-2017, 14:18 Baxış Sayı:16 416

AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...


Heydər Əliyev haqqında sərhədsiz hədyanlar yazan bu xanım necə oldu ki, Fövqəladə Hallar nazirinin sevimlisinə çevrildi? Prezident İlham Əliyevə “Şahzadə” və s. əxlaqımıza uyğun olmadığı üçün təkrar belə etməkdə zorluqlar çəkdiyimiz fikirlərin müəllifi bu gün olduqca dəbdəbəli həyat yaşayır. Media holdinqə rəhbərlik edir, bahalı avtomobillərdə gəzir? Prezidentinə və siyasi Liderinə hədyanlar yazan jurnalistin axı nəyi fövqəlnaziri heyran etdi?

Sabiq müxalif yazar, hal – hazırda isə hakimiyyətdaxili qruplaşmalarından birinin – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun media siyasətinin icraçılarından biri “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı ilə bağlı BakuNews.az – a etibarlı mənbədən yeni məlumatlar daxil olub. Bir zamanların hakimiyyətə qarşı müxalifətin ən radikal yazarlarından biri olan Aynur Camalqızı Kəmaləddin Heydərovun himayəsi ilə bu gün ölkə mediasında ilk beşliyə iddiası ilə seçilənlərdəndir. Xatırladaq ki, bir zamanlar “Heydər Əliyevin ölüm xəbərini ilk olaraq kim mənə versə, ona nişan üzüyümü hədiyyə edəcəm” – deyən Aynur Camalqızı məhz həmin “bəyanatından” sonra millət vəkili, bu gün isə media holdinq rəhbəridir. Onu da qeyd edək ki, BakuNews.az-a daxil olan məlumata görə Camalqızının həyat yoldaşı hakimiyyətə qarşı radikal müxalif yazıları ilə fərqlənən tanınmış jurnalistlərdən birinin bacısı oğludur. Radikal yazarın bacısı oğlunun broker şirkətinin olduğu da kluarlarda müzakirə olunan məlumatlar içərisindədir. Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, “bacıoğlu” əsasən mebel idxalı ilə məşğul olur. Məsələnin ən qəribə tərəfi isə rəsmi tədbirlərdə “Azərbaycanın qurucusu”, Azərbaycanın memarı”, Ulu öndər, Ümummilli lider deyə xitab etdikləri mərhum Heydər Əliyev haqqında sərhədsiz hədyanlar yazan bu xanım necə oldu ki, Fövqəladə Hallar nazirinin sevimlisinə çevrildi? Prezident İlham Əliyevə “Şahzadə” və s. əxlaqımıza uyğun olmadığı üçün təkrar belə etməkdə zorluqlar çəkdiyimiz fikirlərin müəllifi bu gün olduqca dəbdəbəli həyat yaşayır. Media holdinqə rəhbərlik edir, bahalı avtomobillərdə gəzir? Prezidentinə və siyasi Liderinə hədyanlar yazan jurnalistin axı nəyi fövqəlnaziri heyran etdi? Nədən məhz Aynur Camalqızı? Bu bir missiyadır, yoxsa xüsusi tapşırıq? Xatırladaq ki, Kəmaləddin Heydərovun himayə etdiyi digər media holdinqin rəhbəri Vüsalə Mahirqızı da Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin mətbuat xidmətində əməkdaş olaraq çalışıb. Göründüyü kimi fövqəlnazirin “media gedişləri” ziqzaqlarla zəngindir. Bir müddət öncə I vitse – prezident Mehriban xanım Əliyevanın doğum günü özü haqqında təsir imkanlarında olan media vasitəsilə tərif şəlaləsi düzəltdirən Kəmaləddinn Heydərovun bir anlıq reallıqdan uzaqlaşması olduqca maraqlı məqam idi. Nədən həmin media rəhbərləri məhz ölkənin birinci xanımının, I vitse – prezidentin doğum günü fövqəlnaziri mədh edirlər? Düzdür həmin yazılar bir neçə dəqiqə sonra saytlardan silindi. Lakin...

Nəzərə alsaq ki, fövqəlnazirin iddiasız adam olmadığı aksiomadır. Zaman –zaman baş nazirliyə iddialı olması, hətta bu istiqamətdə xüsusi cəbhə açması sirr hesab edilən informasiyalar siyahısında deyil.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az
AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

XƏBƏR LENTİ