Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

Tarix:1-12-2017, 08:52 Baxış Sayı:3 548

Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinə

Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 1, mənzil 4-də qeydiyyatda olan
Məhərrəmova Sevinc Azay qızı tərəfindən


AÇIQ MƏKTUB


Məlum edirəm ki, mənim ümumilikdə 14 il müəllimlik stajım var. Onun 7 ilini isə Heydər Əliyev adına liseydə işləyirəm. Bu 14 il ərzində mənim hər iki məktəbdə məktəb rəhbərliyi, şagirdlər və valideynlərlə heç vaxt problemim olmamışdır.

Lakin, məktəbin tədris işləri üzrə direktor müavini Bədəlova Natəvan, məktəbin direktoru Sevinc Orucova ilə birləşərək, işlədiyi bu 1 il ərzində mənə qarşı qərəzli mövqedə olaraq, dəfələrlə məni şantaj etmişlər. Mən də öz hüquqlarımı bilərək, məktəbdə heç bir nöqsanım olmadığı halda, hər ikisinə öz iradımı bildirmişəm. Hər ikisinin fikri budur ki, məni məktəbdən uzaqlaşdırsınlar. Belə ki, məktəbin direktoru Sevinc Orucova 2017-ci il fevral ayının ortasında heç bir nöqsanım olmadığı halda, mənim 16 saat dərsimin 6 saatını əlimdən almışdır. 2017-ci ilin oktyabr ayında isə məni şantaj edərək, valideynləri üstümə qaldırmış, şər-böhtan kampaniyası yaradaraq, mənə qarşı qərəzli mövqe tutmuş və ikinci dəfə 4 saat dərsimi də əlimdən almışdır. Mən hüquqlarımı müdafiə etmək istəyəndə isə mənə hədə-qorxu gəlir, bildirir ki, sənə şiddətli töhmət vermişəm. Liseydə Ümummilli liderin adına yaraşmayan cinayət ünsürlər baş alıb gedir. Mən bunların hər birini bilirəm. Məktəbin direktoru Sevinc Orucova fəaliyyətə başladığı gündən etibarən, Natəvan Daşdəmirovanı qaraladı, şantaj etdi, ona şər-böhtan ataraq məktəbdən uzaqlaşdırdı. İclas keçirib Natəvan Daşdəmirovanın əleyhinə müəllimlərə məcburi imza atdırdı və onun yazdıqlarının yalan olduğunu dedi. Onun əleyhinə imza atmadığım və əleyhinə çıxış etmədiyim üçün dedi ki, səni də Natəvan Daşdəmirova kimi məktəbdən kənarlaşdıracayıq. Ona görə də mənə qarşı qərəzli mövqedə dayanaraq, şər-böhtan kampaniyası aparırlar. Məktəbdə baş verən cinayətkar ünsürlərin hər birini bilirəm. Bizim məktəbdə korrupsiya və özbaşınalıq baş alıb gedir.

Təhsil Nazirliyinin qərarına əsasən, məktəb müəllimi 1 bölgüdən aşağı dərs deməməlidir. Eyni zamanda, vəzifəli şəxslər, direktor və müavinlər əlavə dərs aparmamalıdır. Buna baxmayaraq, ixtisas müəllimlərini, gənc kadrları yarım bölgüdən da aşağı dərs saatı ilə təmin edirlər. Direktor və müavin hər ikisi əlavə qeyri-qanuni dərs aparır. Gənc kadrlar yarım bölgüdən da aşağı, 7 saata işlədiyi halda, Natəvan Bədəlova əlavə olaraq 9 saat, Sevinc Orucova isə mənim 4 saat dərsimi qeyri-qanuni olaraq əlimdən alaraq, məni dərsdən çıxardır, 4 saat dərsimi özü tədris edir.
Belə ki, bir neçə faktı nəzərinizə çatdırıram. Məktəbdə qeyri-qanuni olaraq, 5 yaşlılardan ibarət 2 qrup da fəaliyyət göstərir. Hər bir şagirddən 150 manat pul yığılır. Qrupda dərs deyən müəllimlər isə məktəbin işçisi deyil, kənar yerdən gətirilib və qruplar şəbəkəyə daxil edilməmişdir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 5 yaşlılara dərsi ibtidai siniflərə dərs deyən müəllim deməlidir. Bütün siniflər üzrə şagirdlər dərs zamanı dərsdən çıxarılır, ixtisas müəllimlərinə əlavə hazırlıq qrupları təşkil edib, hazırlıq keçirilir. hər şagirddən ayda 100 manat məbləğində hazırlıq keçən müəllim pul alır və bu pulları direktor və müavin ilə bölür.

Hörmətli Mehriban xanım!

Yarım bölgüdən da aşağı, cəmi 7 saat dərsə təxminən 90 manat alan gənc müəllimə indiki bu çətin iqtsadi vəziyyətdə 90 manatla necə dolansın?
10.11.2017-ci il tarixində Məktəb Həmkarlar Komitəsinin sədri Şahbaba Rəsulova ərizə ilə müraciət etdim ki, məktəbin direktoru Sevinc Orucova və tədris işləri üzrə direktor müavini Natəvan Bədəlova ilə birləşərək mənim 10 saat dərsimi əlimdən alıb, öz aralarında bölüblər. Məni məktəbdən bezdirmək üçün şər-böhtan kampaniyasına başlayıblar. Şagirdləri, valideynləri və bəzi müəllimləri mənə qarşı, mənim əleyhimə çıxış etməyə yönəldiblər. Mənim xəbərim olmadan şiddətli töhmət baş verib. Həmkarlar Komitəsinin sədri mənim ərizəmə baxıb, hüquqlarımı müdafiə etmək əvəzinə, məktəb direktorunun göstərişi ilə işləyir, mənə məhkəmə qururlar. Belə ki, Həmkarlar Komitəsinin 16.11.2017-ci il tarixində keçirdiyi iclasda komitə üzvlərindən başqa, 20 nəfərə qədər müəllimi, direktoru birləşərək məni təklədilər, hədə-qorxu gəldilər və dedilər ki, bu məktəbdən bu qovulmalıdır. Və mənə bildirdilər ki, bu şikayətdən əl çək, bizim çörəyimizə bais olma, məktəbdə baş verən bütün proseslərə gözünü yum.

Məktəbdə komputerlər işləmir. Müəllimlər otağında 3 komputer var, heç biri də işləmir. Komputer otağını da ləğv ediblər.

Hörmətli Vitse-prezident!

Siz gənclərə hərtərəfli qayğı göstərir və onların həyat şəraitinin yaxşılaşdırılması üçün həmişə dəstək verirsiniz. Vəzifə sahibi olan dövlət məmurlarının qanunsuz hərəkətlərinə, onların özbaşınalıqlarına, vəzifə səlahiyyətlərini aşanlara qarşı hər zaman mübarizə aparır və vəzifələrindən kənarlaşdırırsınız. Lakin, bizim məktəb direktoru Sevinc Orucova mənə və məndən başqa bir neçə gənc kadrlara direktorla razılaşmadığımıza, haqq-ədaləti, təlim-tərbiyənin yüksək səviyyədə keçməsini tələb etdiyimizə, cinayətkar ünsürlərə qarşı çıxdığımıza, hüquqlarımızın tapdalanmasına razı olmadığımıza görə bizə hədə-qorxu gəlir. Sevinc Orucova 2016-2017-ci il tədris ilində Natəvan Daşdəmirovanı bu səbəblərdən məktəbdən kənarlaşdırdı. Bu il də mənim üstümə düşüb. Deyir ki, ya ərizəni yaz get, ya da səni bütün məktəb kollektivinin, şagird və valideynlərinin əli ilə məktəbdən qovacam.

2017-2018-ci il təhsildə keyfiyyət ilidir. Sağlam mühit yaratmaq əvəzinə, bütün kollektivi üz-üzə qoyur. Mən dərsimə gəlib görürəm ki, sinfimdə şagird yoxdur. Öyrənirəm ki, direktor onları göndərib başqa otağa, başqa müəllimlər hazırlıq kursu keçir. Mən də tələb edirəm ki, jurnalı verin qayıbı yazım. Ona görə də mənimlə düşmənçilik edir.

Mən Ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəbə xələl gəlməsinə yol vermərəm. Bu liseydə korrupsiya halları və cinayətkar ünsürlər baş alıb gedir. Vəzifəsindən sui-istifadə edərək məktəbdə ağalıq edir. Mən ona görə dil tapa bilmirəm ki, rüşvət almıram, rüşvət vermirəm, sinif rəhbərliyim yox, hazırlıq qrupum yox, cəmi 7 saata işləyirəm, 10 saat dərsim əlimdən alınıb. Mənim yazdığım faktlar yerində yoxlanılsın. Onda aydın olar ki, məndən aşağı dərs saatı olan müəllim yoxdur. Hamıya şərait yaradır, məndən başqa.

Sevinc Orucova və Natəvan Bədəlova hər ikisi ingilis dili müəllimidir. Mən də ingilis dili müəlliməsiyəm. Hər üçümüz Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirmişik. Mənim stajım da onlardan çoxdur. Eyni ixtisas müəllimi olduğumuza görə, mənə qarşı qərəzli kampaniya aparırlar və hal-hazırda 10 saat dərsimi əlimdən alıb və özləri tədris edirlər. Mənə isə yarım bölgüdən aşağı, cəmi 7 saat dərs verib. Ayda cəmi 90 manat əmək haqqı alıram. Bu da məktəbdə işləyən xadimənin maaşından da aşağıdır.

Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, mənim gənc kadr kimi hüquqlarımın qorunmasına və əlimdən alınmış 10 saat dərsimi özümə qaytarılmasına kömək edəsiniz və məktəbdə hegomonluq edən, yerində olmayan məktəb rəhbərliyi haqda tədbir görəsiniz.

İmza: Məhərrəmova Sevinc
Əlaqə telefonu: 050 292-37-67
Email: sevinc.mm07@mail.ru

XƏBƏR LENTİ