Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Gömrük Komitəsi belə ləğv olunur- Səlahiyyətləri iki qurum arasında bölünür

Tarix:24-01-2018, 15:42 Baxış Sayı:916

Gömrük Komitəsi belə ləğv olunur- Səlahiyyətləri iki qurum arasında bölünür

Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı son aylar ardıcıl xəbərlər tirajlanır. Məlumatlara görə, tezliklə Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkanı verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Ekspertlərin də təqdir etdiyi bu xəbərlərlə bağlı hətta bəzi media orqanları dövlət başçısının müvafiq sərəncamının an məsələsi olduğunu yazır. Yenixeber.org-a bu istiqamətdə yeni xəbərlər daxil olub. Yeni xəbərə görə Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyi deyil, səlahiyyətlərinin bu nazirliklə Dövlət Sərhəd Xidməti arasında bölüşdürüləcəyi gözlənilir. (Bu təcrübə ölkəmizdə var: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Dövlət Əmlak Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölündü.) Prosesin prezident seçkilərinə qədər gerçəkləşəcəyi də ehtimal olunur.

Amma,... komitənin ləğvinin sakit ötüşməyəcəyi də yenixeber.org-a daxil olan məlumatlar sırasındadır. Məlumata görə komitənin sədri Aydın Əliyev başda olmaqla, bir sıra vəzifə sahiblərinin yolu istintaqdan keçməli olacaq. Son vaxtlar mediada ərzaq və qeyri-ərzaq məhsullarının monopoliyası və qiymətlərin yüksək olaraq qalması ilə bağlı silsilə yazıların da təsadüf olmadığı bildirilir...

Yeri gəlmişkən bu gün Bakı Baş Gömrük İdarəsi ilə bağlı yayılan xəbər də diqqətçəkicidir.

Azpolitika.info-nun yaydığı məlumata görə ötən həftənin ortalarında Bakı Baş Gömrük İdarəsində ciddi gərginlik yaşanıb:hüquq-mühafizə orqanları (?) İdarədə qəfil araşdırma aparıb, ilkin məlumata görə gömrük əməkdaşlarından 6 nəfəri sorğu-suala çəkilib, bəzi sənədlər götürülüb. Həbs olunanların olub-olmadığı haqda məlumat verilmir.

Ən maraqlısı isə odur ki, elə həmin gün idarənin əməkdaşlarından biri – 58 yaşlı Zaur Eyyubov ürəktutmasından iş yerində vəfat edib.
Mənbəmiz bu hadisənin kifayət qədər səs-küylü prosesin başlanğıcı hesab edir: “Rabitəçilərin işi”, “MTN işi” kimi olmasa da...

XƏBƏR LENTİ