Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

Tarix:29-01-2018, 15:03 Baxış Sayı:1 954

Redaksiyamıza Gəncə Dövlət Regional Kollecinin bir qrup müəllimi adından şikayət ərizəsi daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:

Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Surəti: Azərbaycan Pespublikası Təhsil Naziri əvəzi CEYHUN BAYRAMOVA


Gəncə Dövlət Regional Kollecinin bir qrup əməkdaşı tərəfindən


M Ü R A C İ Ə T



Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Bu baxımdan Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, bədən tərbiyəsi və idman və s. ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Regional Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır.Bu təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur.

Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov bu kollecə direktor təyin olunduğu vaxtdan özünəməxsus korrupsiya şəbəkəsi qurmuşdur. Belə ki, başına bir qrup korrupsioner şöbə müdirlərini yığaraq Murğuzov Etibar, Zeynalova Aybəniz, Yusibova Tahirə, Hacıyeva Validə, Hacıyeva Mehparə, təcrübə şöbəsinin müdiri Firudin Səfərov, məsul katib Arzu müəllimdən ibarət böyük bir dəstə yaratmışdır. Bu şəxslər hər semestr tələbələrdən imtahan üçün adam başına 150-300 manatdan pul yığırlar. Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan həmin məbləği verməlidir, Əks təqdirdə bu onlar üçün arzuolunmaz problemlər yarada bilər.

Pedaqoji təcrübəyə gedən tələbələrdən hər bir tələbə bu təcrübədən müvəffəq qiymət almaq üçün 90 manat, təcrübəyə getməyən tələbələr isə hər biri 150 manatdan pul verməlidir. Təcrübə şöbəsinə rəhbərlik edən Firudin Səfərov pedaqoji sahədən heç bir anlayışı olmayan adamdır. Bu şəxslər təhsilə kommersiya kimi baxırlar. Bu şəxslərin əsas amalı ancaq pul yığmaqdan ibarətdir.

Direktor Fəxrəddin Zeynalov öz qızlarını Nuranə və Gülnar bacılarını kollecə işə götürüb, kürəkənini isə sürücü kimi işlədir. Tələbələrin ödədiyi təhsil haqlarını öz istədiyi kimi xərcləyir, hər müəllimə vaxtaşırı olaraq 50 manat, amma öz yaxın adamlarına 150-200 manat pul verir, müəllimlərə verilmiş bu pulun az qala yarısını müxtəlif adlar altinda sonralar geri yığır. Pulları da baş mühasib, kadrlar şöbəsinin rəisi Bəsirə Abbasova və tədris hissəsinin rəhbəri Sahibə Nəzərovanın əli ilə yığır.

Sahibə Nəzərova Surət Hüseynovun baş müşaviri, 1995-ci ildən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə axtarışda olan, 1994-cü il oktyabr dövlət çevrilişinə cəhdinin təşkilatçılarından olan Saday Nəzərovun bacısıdır. Fəxrəddin Zeynalov vaxtı ilə Saday Nəzərovla dost olduğuna görə onun bacısı Sahibə Nəzərovanı tədris hissəsinə rəhbər qoyub. Bu xanımın əli ilə dərs yüklərini istədiyi adama verir, onun vasitəsilə pulları yığır.

Fəxrəddin Zeynalov qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Belə ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər.

Kollecə təzə qəbul olunan tələbələrə tələbə bileti və imtahan kitabçası 20 manatdan satılır. Dövlət imtahanında 200 manatdan pul yığılır. Ümumiyyətlə, kollecdə hər semestr bir şöbədən 60000-70000 manat pul yığılır.

Əvvəllər kollecin yataqxanasında qaçqınlar qalırdı,ora boşalandan sonra yataqxananın bir otağı 1000 manata, üç otaq 3000 manat, beş otaq 5000 manat pula satılıb. Yataqxananın ərazisi olan 30 hektar torpaq sahəsi, kollecdəki inventarların əksəriyyəti, emalatxanadakı cilalayıcı dəzgahlar belə hamısı satılıb.

Fəxrəddin Zeynalov yaşı 65-ə çatan müəllimlərlə bağlı heç bir qanuna məhəl qoymur, belə ki, istədiyi müəllimi işdən çıxarır, amma pul yığıb ona gətirən müəllimləri yaşı çox olsa belə, işdə saxlayır. Qəbul komissiyasının məsul katibi Arzu müəllimin 68 yaşı var,amma onu işdə saxlayır, çünki tələbə biletləri və imtahan kitabçalarının birini 20 manatdan satır, qeydiyyatdan keçən tələbələrin hər birindən 20 manatdan yığır. Kadrlar şöbəsinin inspektoru Bəsirə Abbasovanın 68 yaşı var, qeyri qanuni olaraq müxtəlif adamları işə götürür, pul yığır.

Texniki işçilərin və işə gəlməyən müəllimlərin maaş kartları direktorda,baş mühasıbdə və kadrlar şöbəsi Bəsirə Abbasovadadır.Bankomatda kartı salıb pulları kimlər alıbsa hamısının şəkilləri var, çəkilmış təsvirlərə baxıb bunu müəyyənləşdirmək o qədər də çətin deyil. Müəllimlərdən Məmmədov Cavanşirin 70 yaş, Yolçuyev Asifin 65 yaş,Hüseynov Nizami, Nurəddin müəllim və s. kimi müəllimlərin də yaş həddi çoxdan keçsə də direktor onları çıxartmır, çünki bu şəxslər onun korrupsiya şəbəkəsinin üzvləridir.

Ümumiyyətlə, bu gün Gəncə Regional Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərini kollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə,restoranlarda ofisiantlıqla məşğul olurlar...

Gəncə Dövlət Regional Kollecinin bir qrup müəllimi adından
Asif Süleymanov, Aslan Əliyev


Hörmətli redaksiya, çox artıq dərəcədə xahiş edirik ki, həm bizim müraciətimizi dərc edəsiniz, həm də saytınız vasitəsi ilə aidiyyəti orqanlara catdırasınız. Əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.

XƏBƏR LENTİ