Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

“Aleksandr Nevzorovun şərəf və ləyaqəti araq butulkasındadır”-Müqəddəs Mehdiyev

Tarix:19-02-2018, 10:35 Baxış Sayı:455

“Aleksandr Nevzorovun şərəf və ləyaqəti araq butulkasındadır”-Müqəddəs Mehdiyev

Mən son vaxtlar Rusiyanın rəsmi və qeyri-rəsmi dairələrinin nə üçün əsəb keçirdiklərini başa düşürəm. Zarafat deyil, qürrələndikləri “Vaqnerin ordusu”na ABŞ aviasiyası bir-iki bomba atmaqla 200-dən çox Rusiya muzdlusunu öldürüb. Deyilənə görə, bir o qədər də yaralanan var. Rəsmi Kreml susur, çünki başı aşağıdır. Televiziya ekranlarında meydan sulayan Vladimir Putinin də səsi-sorağı çıxmır. Dövlətin bu qədər əsgəri ölüb, lakin başsağlığı verən tapılmır. Ac-yalavac, kasıb-kusub ruslara müqavilə imzalatdırıb mənasız yerə Suriyaya göndərəndə axırı da belə olmalı idi. Demirəm ki, amerikalılar haqlıdırlar. Ümumiyyətlə , rusların, amerikalıların, türkiyəlilərin, iranlıların və qeyrilərinin Suriyada nə işi var ki, qırılsınlar da. Bildiyim odur ki, sözügedən ölkədə zəngin neft-qaz yataqları mövcuddur. Biri İŞİD-lə, digəri Bəşər Əsəd tərəfdarları ilə, digəri kürd separatçıları ilə, İran isə guya şiələr uğrunda vuruşur və s. Bu dövlətlər öz güclərini bir-biri ilə Suriyada sınayırlar. Ölkə çevrilib yekə poliqona. Lap əslində isə, neft-qaz yataqlarına sahib olmaq uğrunda ciddi savaş gedir. Axırı nə olacaq, bilinmir. Nə isə, Suriya ilə işimiz yox. Görünən kəndə nə bələdçi? Keçirəm öz ölkəmə.
Son vaxtlar Azərbaycanla Avropa İttifaqı arasında “Cənub Qaz Dəhlizi” və digər strateji məsələlərlə bağlı ciddi danışıqlar gedir. ABŞ bu “dəhliz”i dəstəkləyir. Azərbaycanla Avropa arasında münasibətlər yeni siyasi müstəviyə keçir. Artıq “qoca qitə”nin bir çox ölkələri bizimlə qarşılıqlı əməkdaşlığa və səmərəli dialoqa üstünlük verirlər. Bu da Rusiyanın xoşuna gəlmir. Elə ona görə də həmin ölkənin rəsmi və qeyri-rəsmi strukturları düşüblər canımıza. Nə var, nə var, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın 6-cı qurultayındakı çıxışında deyib ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Başa düşmürəm, burada səhv nə var ki? Ermənilər gecə-gündüz dünyaya car çəkirlər ki, az qala bütünlükdə Azərbaycan onlara məxsusdur. Hətta böyük bir “qondarma Ermənistan” xəritəsi də cızıblar. Bütün səviyyələrdə niyyətlərini açıq-aşkar bəyan edirlər. İyirmi faiz torpağımızı işğal edən daşnaklar hələ Naxçıvana, digər həmsərhəd rayonlara da hücum edəcəklərini gizlətmirlər. Məgər Azərbaycan prezidentinin siyasi iradəsi meymunabənzər Serjdən aşağıdır? Biz nəin ki, dədə-baba torpaqlarımıza qayıtmalı, ermənilərə öz künclərini göstərməliyik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “sevimlisi” Mariya Zaxarovanın dövlət başçımızın çıxışını anlamadığını dərk edirəm. Çünki Mariyanın başı ermənilərin konyak butulkasından çıxmır.
İndi keçirəm “Exo Moskva” radiostansiyasının “Nevzorovskiye sredı” proqramında prezident İlham Əliyevin ünvanına işlədilən təhqiramiz ifadələrə. Aleksandra cavab verməyi məndən heç kəs xahiş etməyib. Lakin bir azərbaycanlı kimi şərəf və ləyaqəti araq butulkasında olan Nevzorov tərəfindən dövlət başçımızın aşağılanmasına dözə bilmərəm. Kimdir axı bu Nevzorov? Ədəbaz, yekəxana-yekəxana danışan , insanlıqdan uzaq bir məxluq. Apardığı verilişə qulaq asanda başqa cür düşünmək olmur. Ona deyən yoxdur ki, jurnalist efirdə sayıqlamaz. Doğrudur, bizdə çoxları söyləyir ki, Aleksandr ermənilərin adamıdır. Mən heç də bu fikrin tam tərəfdarı deyiləm. Nevzorov bir rus şovinistidir. İstəyir ki, hamı onun mənsub olduğu dövlətin quluna çevrilsin. Əslində rusların xisləti belədir. Sanki dünən yox, srağa gün I Pyotr saqqallarını qırxıb, kaftanlarının ətəyini kəsib bunları adam etməyib. Deyəsən yaddan çıxarıblar ki, hamam nə olduğunu belə bilməyiblər. İnsan kimi yaşamağı da az-çox öyrənəndən sonra işləri peşələri araq butulkasını qucaqlayıb ona-buna şər atmaq, özlərinə aid olmayanları özününküləşdirmək olub. Adama sual verərlər ki, 21-ci əsrdə beş-on vəhşini silahlandırıb Krımı işğal edən, Ukraynaya vətəndaş müharibəsi salan siz deyilsiniz? Sanki Cənubi Osetiyada, Abxaziyada, Qarabağda və digər ərazilərdə milli münaqişələr yaratıb insanları qanına qəltan edən ruslar deyil. Hələ iştahlarından Avrasiya adlı bir ittifaq yaradıb keçmiş SSRİ-ni bərpa etmək də keçir. Aydın məsələdir, etdiklərinə və edəcəklərinə haqq qazandırmaq üçün Aleksandr kimi hürən beş-altı ideoloq lazımdır axı. Bir də təkrar edirəm, Aleksandr Suriyanın Deyr əz-Zor əyalətində rüsvayçılığa düçar olan rus ordusundan danışmaq əvəzinə hikkəsini bizim üstümüzə tökür. Özü də birbaşa Azərbaycan prezidentini hədəf seçir. Guya bununla cəsarət nümayiş etdirir. Yəqin dediklərindən sonra daşnakların qucağında oturub bir az xoşhallanacaq da...
Dövlət başçımıza gəldikdə isə, cənab İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı və dostudur. Bunu elə-belə söz xatirinə demir, siyasi fəaliyyətində də nümayiş etdirir. Amma rəsmi Kreml və onun havadarları utanıb xəcalət çəkmirlər. Biz onlara yox, onlar bizə borcludurlar. 1941-45-ci illərdə yüz minlərlə azərbaycanlı rus çöllərində faşistlərə qarşı döyüşlərdə həyatını itirib. Moskva neftimiz və benzinimiz bahasına savaş udub. Budur əvəzi? Gərək insanın tutduğu vəzifəsindən asılı olmayaraq vicdan hissi olsun, keçmişi unutmasın. Ruslarda belə şeylər olmur. Çünki bu cür hissləri çoxdan itiriblər. Yoxsa Nevzorov kimilərə meydan verməzdilər ki, ağzına gələni danışsın. Onun dedikləri nə jurnalist etikasına, nə də insanlığa sığır. Başa düşürük, quduz köpək kimi efirdən hürməklə əlindən heç nə gəlməyəcək. Azərbaycan adlı məmləkət üçrəngli bayrağı və azadlıq havası ilə adım-addım irəliləyir. Biz möhkəmləndikcə, siyasi və iqtisadi qüdrətimiz artdıqca, rusizmin sifəti daha aydın görünür. Bir daha “alkaş”ların və dünya sivilizasiyasından geri qalmışların köləsi olmayacağıq. Dedikləri hər sözə, etdikləri hər hərəkətə cavab verməyə gücümüz yetər. Fikir verməyin, Aleksandr kimi hürüşənlər hələ çox olacaq.
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” nin baş redaktoru

XƏBƏR LENTİ