Anons

Bu gün, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

Tarix:23-02-2018, 16:35 Baxış Sayı:150

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin "durmaq qadağandır" işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

AFN xəbər verir ki, N.İbrahimovun AZ90AA321 dövlət nömrə-nişanlı xidməti avtomobili bu pozuntuya komitənin yerləşdiyi binanın qarşısında yol verib. Onun səhv park edilməsi də insanların diqqətindən yayınmayıb və yerində görüntülənən olay sosial şəbəkələrdə sürətlə yayılaraq tənqid obyektinə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elşad Miraləm isə duruma haqq qazandırmağa çalışaraq bildirib ki, avtomobil həmin yerə fiziki qüsurlu insanlar üçün olan pandusdan deyil, səkinin rəsmi qonaqlar üçün nəzərdə tutulmuş keçid hissəsindən adlayıb: "Avtomobili pandusun üzərindən səkiyə çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil axı. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. (E.Miraləmin təqdim etdiyi fotolar aşağıda-red.) Komitəyə gələn xarici qonaqları, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək, nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından qolverilməzdir. Avtomobil Komitənin qarşısına panduzun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtoobili pandusun qarşısında saxlamamalıydı".
Müzakirələrə qoşulan digər sosial şəbəkə istidadəçiləri etiraz edərək qanunun hamı üçün olduğunu, məmur-sıravi vətəndaş ayrı-seçkiliyi qoymadığını bildiriblər: "Avtomobil insanların hərəkəti üçün nəzrdə tutulan yerdə park edilib. Özü də orda durma qadağandır işarəsi var. Qanunda yazılmır ki, Nazim İbrahimova olar, Məhəmmədəliyə yox. Qanunu ilk növbədə dövlət rəsmiləri pozmamalıdır ki, biz də onlardan örnək götürək".
Qeyd edək ki, məsələ Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir: "Önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır. Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik".

Elşad Miraləmin təqdim etdiyi fotolar:

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR
Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

XƏBƏR LENTİ