Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR

Tarix:25-02-2018, 11:05 Baxış Sayı:358

“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR

Həkim Elçin Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, əməliyyat zamanı heç bir səhlənkarlığa yol verməyib:

"Boğaz əti yerinə, dilçəyini kəsdiyimə dair heç bir sənəddə qeyd edilməyib. Əgər mən onun damarını və yaxud dilçəyini kəssəydim qanaxmadan o, pasiyent 1 saata ölərdi. Əgər əks halda pasiyentin dilçəyin kəsmişəmsə burda nə var ki? Dilçək insan orqanizimində əhəmiyyətli bir rol oynamır! Camaat xoruldayanda biz dilçəyin kəsib götürürük. Bunun xoruldamaya qarşı xeyri var. Xəstənin əməliyyatdan sonra başına gələn hadisələr öz günahı ucbatından baş verib. O, əməliyyatdan sonra turnikdə dartındığı üçün əməliyyat damarları partlayıb. Mən də onun əksər əməliyyatlarında iştirak etmişəm ki, ona nəsə olmasın”.

Həkim əməliyyatdan 3 gün sonra xəstənin əməliyyat etdiyi xəstəxanada deyil, 20 saylı poliklinikada tampon çıxarılmasına belə aydınlıq gətirib:

"Hər iki xəstəxanada çalışıram. Sözügedən gün 20 saylıda olduğum üçün pasiyentim Mahmudov Nurlan Tehrab oğlunun tamponun çıxardım. Tamponu hər yerdə çıxarmaq olar və burda qeyri-adi heç nə yoxdur! Xəstə əgər sağalıbsa, harda istəyirsən tut, çıxar”.

Elçin Mahmudov həmçinin hadisələrdən sonra pasiyentin əməliyyat pulunun (1000 manat) qaytarılmasına da münasibət bildirib:

"Mən pasiyent Mahmudov Nurlan Tehrab oğlunun dayısıoğlu ilə dostam. O, dedi ki, Allah xatirinə bu ailəyə yardım etmək lazımdır. Məndə bu pulu Allah xatirinə qaytardım. 500 manatını cibimdən, 500 manatı da borc alıb verdim”.

Həkim ümumilikdə hesab edib ki, xəstənin qardaşı İlkin Mahmudov ünvanına söylədiyi fikirlər doğru deyil və kökündən yanlışdı.

22.02.2018 (15:27)

Azərbaycan Respublikası, Astara rayonu Siyaku kənd sakini 1991-ci il təvəllüdlü Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi r-nu., A.Məhərrəmov küç., 25B ünvanında yerləşən "Premium Clinic”də burun-boğaz (Burun çəpərinin əyriliyi. Xroniki tonzillit d-kom olunmuş forma) əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub.

Bu barədə Nurlanın qardaşı İlkin Mahmudov Unikal.org-a şikayətində deyib.

O, qardaşının başına gələnləri belə izah edib:

"26.12.2017-ci il tarixində qardaşım Mahmudov Nurlan "Premium Clinic”də burun-boğaz əməliyyatı olub.

Əməliyyatı həkim Elçin Mahmudov aparıb. Elçin Mahmudov sözügedən klinika ilə bərabər, həmçinin 20 saylı poliklinikada çalışır. Əməliyyatdan sonra Elçin Mahmudov "Premium” xəstəxanasının dəhlizində atam Mahmudov Tehrabdan əvvəlcə 1700 manat əməliyyat haqqı tələb edib. Daha sonra 1100 manatla razılaşıb. Pulu cibinə qoyub, qardaşımı əməliyyat günü evə buraxıb. Ödənişlə bağlı "Premium” Klinikasından heç bir qəbz verilməyib. Qardaşım əməliyyatdan 3 gün sonra 29 dekabr 2017-ci il tarixində həkim Elçin Mahmudovun dəvəti ilə çalışdığı 20 saylı poliklinikaya gəlib və burada sözügedən şəxs tərəfindən burnundakı tampon çıxarılıb. Hər şey elə bu gündən sonra başlayıb. Bu zaman güclü qanaxma müşahidə olunub. Həkim yenidən tampon qoyaraq xəstəni evə buraxıb. 04.01.2018-ci ildə Astarada evdə yenidən burun qanaxması oldu. Qanaxma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildi. Çoxlu qan itkisindən sonra qanaxmanın qismən qarşısı alınıb və xəstəyə qan köçürüldükdən sonra evə buraxılıb. 06.01.2018-ci il tarixində yenidən burun qanaxması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə daxil olub. Xəstənin qanaxmasını dayandırmaq üçün yardım olunub. İtirilmiş qan köçürülüb. 07.01.2018-ci il tarixində evə buraxılıb. 08.01.2018-ci il tarixində yenidən qanaxma baş verib. Xəstə Bakıya gətirilib .

08.01.2018-ci il tarixində saat 22:30-da M.Ə. Əfəndiyev Adına 2 Saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Xəstənin burnuna ön və arxa tərəfdən tampon qoyulub və qanaxma dayandırılıb. 3 gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra xəstə Elçin Mahmudovun məsləhəti ilə, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Müəyyən cərrahi müdaxilələr olunub və nəticə olaraq "Qanaxmanı tam dayandırdıq” deyə bildirdilər. Məlumat üçün qeyd edim ki, Neftçilər Xəstəxanasında olan cərrahi müdaxilədə Neftçilər Xəstəxanasının həkimi Tural Hüseynov ilə birgə Elçin Mahmudov da iştirak edib. Xəstə evə buraxılıb. 20.01.2018-ci il tarixində yenidən qanaxma baş verib və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və stasionar yardım göstərilib. Elə həmin gün İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasına aparılıb. İki dəfə qanaxmanı aradan qaldırmağa cəhd olunmasına baxmayaraq heç bir nəticə əldə edilməyib. Həkimin diaqnozuna əsasən ilk əməliyyatda həkim səhvi nəticəsində burun arterial damarları kəsildiyi üçün onu yandırmaq və yaxud tikmək yolu ilə mümkün olmayacaq. Eyni zamanda Ərdəbil şəhərində müəyyən olundu ki, ilk əməliyyat zamanı "Premium” Xəstəxanasının cərrahı boğaz ətini kəsərkən xəstənin dilçəyini də kəsib götürüb. İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasından həkim bildirib ki, yalnız burun anjosu (Transarterial Embolizasiya (Arterial damara daxil olaraq içəridən kəsilmiş damarları bağlamaq) deyilən üsulla bu fəsadı aradan qaldırmaq mümkündür.

02.02.2018-ci il tarixində bu proseduranı həyata keçirtmək üçün xəstə Təbriz Xəstəxanasına göndərilib. Təbriz Mərkəzi Xəstəxanası xəstəni qəbul etməyib və bildirilib ki, xəstə harada əməliyyat olunubsa ora aparılsın.

Sonra məlumat aldıq ki, həmin proseduranı həyata keçirən həkim və lazımi avadanlıqlar Bakıda da var. Xəstə 04.02.2018-ci ildə İran İslam Respublikasından Bakıya gətirilib. 05.02.2018-ci il tarixində xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Transarterial Embolizasiya olunub. 26.12.2017-ci il tarixində "Premium” Xəstəxanasında həkim Elçin Mahmudovun əməliyyat zamanı kəsdiyi damarlar embolizasiya olunub”.

İlkin Mahmudov qeyd edib ki, 40 gün ərzində dəfələrlə baş vermiş qanaxmalar zamanı qardaşı hər dəfə 2 litrə yaxın qan itiririb: "Qardaşıma təkcə qan köçürməsinə 3000 manat, ümumilikdə isə 11.700 manat pul xərclənib. Bütün bu baş vermiş hadisələrdən sonra həkim Elçin Mahmudov yalnız 1000 manat pulu (500-500 manat) geri qaytarmaqla məsuliyyətdən yayınmağa çalışır. 40 gün ərzində xəstənin və qohumlarının çəkdiyi qorxu və psixoloji sarsıntıları nəzərə almadan Elçin Mahmudov ən azından bizə dəyən 12 min manatlıq ziyanı ödəməli idi. Bu gün qardaşımın səhhəti normallaşıb, amma həkimlər onu 1 il ərzində hər hansı bir yerdə çalışmağa qadağa qoyublar. Əks halda qanaxma yenidən başlaya bilər. Halbuki, qardaşım əməliyyata kimi, usta işləyərək, ailəmizə çörək pulu gətirirdi”.

Şikayətçi vurğulayıb ki, məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubu ünvanlayacaq: "Bununla belə artıq vəkilə müraciət etmişik. Yaxın günlərdə "Premium Clinic” və Elçin Mahmudovla bağlı məhkəməyə müraciət edəcəyik”.

“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR
“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR
“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR
“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR
“Premium Clinic”də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." FOTOLAR

XƏBƏR LENTİ