Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Əbülfəz Məlikovun Çin yumurtaları: Genefondumuz pul naminə məhv edilir

Tarix:27-02-2018, 00:45 Baxış Sayı:390

Əbülfəz Məlikovun Çin yumurtaları: Genefondumuz pul naminə məhv edilir

Görünür ki, bizim insanlarımızın canlarının bir yumurta naminə əldən getməsi cənab Məlikovun vecinə belə deyil. Əgər vecinə olsaydı bu "kütləvi qırğın silahı”nı ölkəmizə gətirməz, insanlarımızı sağalmaz dərdlərə mübtəla etməzdi.

İnsan sağlamlığına ciddi ziyan vuran kimyəvi tərkibli yumurtalar ölkəmizə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır …

Son zamanlar sosial şəbəkələrdə kimyəvi tərkibli yumurtalar əsas müzakirə obyektlərinə çevrilib. Sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, yumurtalar qaynadıqdan sonra politilenə çevrilirlər. Bəs bu yumurtalar ölkəyə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır və bəzən sosial şəbəkələrdə "kütləvi qırğın silahı” olaraq da tanıdılan bu yumurtaların satışı niyə qadağan olunmur?

Bu suaların cavabını tapmaq üçün Rubrika.az olaraq yola çıxdıq. Və açığı deyək ki, apardığımız jurnalist araşdırmasının nəticələri bizi belə mat qoydu. Çünki biriləri məhz pul qazanmaq naminə bu ölkənin vətəndaşlarının genefondunu məhv etməklə məşğul olur. Bilərəkdən və məhz pul qazanmaq naminə…

Maraqlıdır ki, Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar və bu qurumların vəzifəli şəxsləri də dükan və marketlərdə xalqımızın genefondunu məhv edən ərzaqların, ayrıca olaraq isə yumurtaların satışına göz yumurlar. Niyə?.. Bu sualın da cavabını çox maraq edirik və əslində həmin qurumlardan bir açıqlama da gözləyirik.



Ümumi mənzəyəyə görə isə deyə bilərik ki, Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar sadəcə tapşırıqla işləyirlər və hansısa tapşırılmış malın satışını qadağan olunması onların səlahiyyətləri xaricindədir. Çünki söhbət monopoliyadan və kimlərinsə böyük pullar qazanmasından gedir. Bu kimi məsələrədə isə söhbət ölkənin əsas monopolistlərindən biri və birincisi olan, Azərbaycan gömrüyünün kölgə patronu Əbülfəz Məlikovdan gedirsə, onda doğurdan da Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar səlahiyyəsizləşirlər.

Qeyd edək ki, mətbuatın "monopoliya naziri” olaraq" taclandırdığı” Əbülfəz Məlikovun bu qədər külli-ixtiyar sahibi olmasının səbəbini tam olaraq bilməsək də, onu əminliklə deyə bilərik ki, xaricdən, daha doğrusu, Çindən ölkəmizə yumurta gətirmək səlahiyyəti ancaq Əbülfəz Mlikova aiddir və onun bu monopoliasına heç kim müdaxilə edə bilməz. Əslində Əbülfəz Məlikovun ölkəyə gətirdiyi heç bir malın monopoliyasına heç kim müdaxilə edə bilməz də, amma bizim araşdırmamız sırf yumurta ilə bağlı olduğundan bu yazımızda da, ancaq cənab Məlikovun "kütləvi qırğın silahı” olan yumurtalarından söhbət edəcəyik.

Qeyd edək ki, Məlikovun "kimyəvi yumurtaları”nı araşdırırkən bir neçə mənbə ilə əlaqə saxlamışıq və bu mənbələr bu yumurtaların ölkəyə məhz Əbülfəz Məlikov tərəfindən gətirildiyini təsdiq ediblər. Xatırladaq ki, həmin yumurtaların Rusiya daxil olmaqla bir sıra MDB ölkələrinə ixracı da qadağan olunub. Amma Azərbaycanın günündə olan ölkələr də yox deyil…

Maraqlıdır ki, bu kimyəvi yumurtalar ölkəmizə xaricdən, konkret olaraq Çindən gətirilsə də, adətən bu yumurtaların üzərində yerli məhsul olduğu göstərilir. Əlaqə saxladığımız mənbələrin bildirdiyinə görə faktiki olaraq Gömrük Komitəsinin rəsmi sənədlərində Çindən ölkəyə yumurta ixacı ilə bağlı heç bir qeydə rast gəlmək mümkün deyil. Əbülfəz Məlikov bu yumurtaları ölkəmizə qeydiyyatsız keçirir, (doğurdan da bu adamın Gömrük Komitsəindəki qüdrətinə valeh olmamaq olmur), və Əbülfəz Məlikov bu yolla ilk gəlirini gömrük rüsumu ödəməməklə əldə edir. Daha sonra isə yumurtaların üzərinə yerli məhsul birkaları vurulur və bu yumurtalar yerli məhsul adıyla satışa çıxarılır. Bu yumurtaların yerli məhsul olaraq satışa çıxarılmasının ölkəmizə tək xeyri isə statistik rəqəmlərdə meydana çıxır. Yəni ölkədə yumurta istehsalı "artır”. Hər şey bu qədər bəsitdir.



Bəsit olmayan isə odur ki, həmin yumurtalardan insanların sağlamlığına ciddi ziyan dəyir. Bu yumurtalarla qidalanan insanlar xərçəng kimi, sonsuzluq kimi bir çox sağalmaz xəstəliklərə tutulurlar və daha sonra həm canları, həm də malları əllərindən gedir.Amma görünür ki, bizim insanlarımızın canlarının bir yumurta naminə əldən getməsi cənab Məlikovun vecinə belə deyil. Əgər vecinə olsaydı bu "kütləvi qırğın silahı”nı ölkəmizə gətirməz, insanlarımızı sağalmaz dərdlərə mübtəla etməzdi.

Sonda heçab edirik ki, bu yazıdan sonra əlaqədar qurumlar bu mili təhlükəsizlik məsələsini diqqətə alacaq və kimyəvi yumurtaların ölkəmizə gətirilməsinə bir dəfəlik qadağa qoyulacaq.

XƏBƏR LENTİ