Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Gülşən Əliyevanın rektor olmaq planı baş tutacaqmı...?

Tarix:2-03-2018, 18:00 Baxış Sayı:230

Gülşən Əliyevanın rektor olmaq planı baş tutacaqmı...?

Ötən ilin dekabrında Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilməsi ölkədə ciddi əks-səda doğurdu. Bir sıra səbəblərdən bu təyinatdan sevinənlər də oldu, kədərlənənlər də .

Bu mənada ən çox kədərlənən, narahatlıq keçirən şəxslərdən biri kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyevanın adını çəkmək olar. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Gülşən Əliyevanın yaşı çox olmasa da, artıq prorektor vəzifəsi onu qane etmir və o, rektor olmaq iddiasına düşüb. Bu məqsədlə bütün “zəruri” addımlar atılıb və ötən ilin ikinci yarısında sabiq təhsil naziri ilə “anlaşma” əldə edilib. Mikayıl Cabbarov Gülşən Əliyevanı əmin edib ki, onun rektor olması üçün əlindən gələni edəcək. Hətta deyilənə görə, xeyli vaxtdan bəri boş qalan Azərbaycan Texniki Universitetinə rektor gətirilmək məsələsi də bir ara müzakirə mövzusu olub. Ancaq sonradan bu təyinat məqsədəuyğun sayılmayıb. Son qərar ondan ibarət olub ki, 2018-ci ilin əvvəlində Gülşən Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyinatı gerçəkləşsin. Ancaq məlum səbəblərdən bu plan baş tutmayıb.
İndi Gülşən Əliyeva nə edəcəyini bilmir. Ümidi yalnız ona qalıb ki, Mikayıl Cabbarovun yaxın adamı kimi tanınan və hazırda təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov sözügedən vəzifəyə birdəfəlik təyinat alsın və nəticədə o, sabiq təhsil nazirinin yarımçıq qalan işini sona çatdırsın.
Yeri gəlmişkən, onu da xatırladaq ki, bi müddət əvvəl Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevanın mədəniyyət və turizm naziri vəzifəsinə təyin ediləcəyi, onun yerinə isə Gülşən Əliyevanın gətiriləcəyi ilə bağlı bəzi KİV-lərdə məlumat yayılmışdı. Əslində isə sözügedən nazirliyin rəhbərliyində dəyişiklik gözlənilmir və Fərəh Əliyevanın da bu söz-söhbətlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə rektorun prorektorlarla münasibətlərinin pisləşməsi üçün Gülşən Əliyevanın yaxın çevrəsi məqsədli şəkildə bu məlumatları dövriyyəyə buraxıb.
Qeyd edək ki, Fərəh xanımla Gülşən xanım çoxdan bir-birilərini tanıyırlar və demək olar ki, yaxın rəfiqə sayılırlar. Elə universitetdəki kabinetləri də qarşı-qarşıyadır. Məhz bu yaxınlığın nəticəsidir ki, Gülşən Əliyeva beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor olsa da, Fərəh Əliyeva çox vaxt digər sahələrlə bağlı məsələləri də onunla müzakirə edir və müvafiq tapşırıqlarını da məhz ona verir. Hətta məlumata görə, Gülşən Əliyeva Fərəh Əliyevanın razılığı ilə həm qabiliyyət, həm də semetr imtahanlarına yaxından müdaxilə edir.
Gülşən Əliyevanın bu hegemonluğu, təbii ki, digər prorektorlar tərəfindən narazılıqla qarşılanır və hətta bu narazılıq bəzi hallarda ciddi qarşıdurmaya, söz-söhbətə gətirib çıxarır.
Onu da vurğulayaq ki, Gülşən Əliyevanın sayəsində universitetin beynəlxalq əlaqələrinin hansı səviyyədə olduğu bilinməsə də, təlim-tərbiyə işləri ilə bağlı vəziyyət göz önündədir. Belə ki, nizam-intizamın, dərsə davamiyyətin zəif olması, tələbələrin dəhlizlərdə uca səslə fit çalaraq zarafatlaşmaları, qızların həyətdə nümayişkaranə şəkildə siqaret çəkmələri tərbiyə işləri üzrə prorektorun necə işləməsi haqqında aydın təəssürat yaradır.
Ancaq bu vəziyyət Gülşən Əliyeva üçün o qədər maraqlı deyil. O, məşhur Kəngərlilər nəslindən olması və qohumlarının, tanışlarının ali dövlət orqanlarında çalışması ilə öyünür və heç nəyə baxmayaraq, əmindir ki, gec-tez öz arzusuna çatacaq.

Elgün Mirzəyev

XƏBƏR LENTİ