Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Rəna Süleymanovanın qanunsuz əməlləri BŞTİ və nazirlik tərəfindən araşdırılmır?

Tarix:6-03-2018, 13:30 Baxış Sayı:350

Rəna Süleymanovanın qanunsuz əməlləri BŞTİ və nazirlik tərəfindən araşdırılmır?

Media üzərində aparılan araşdırmalara görə, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru yeni bir üsula əl atıb.

Ümummillikdə qeyd edək ki bu təhsil ocağı ilə bağlı dərc edilən materyalların sürətlə yoxa çıxması biraz şüpələr doğurmuşdur. Beləki, məktəb daxilində baş verən qanunazidd əməllərin, özbaşınalıqların sayının durmadan artmaqdan amma qarşısı alınmaz bir rəhbərliyin varlığından narahatçılıqlar yaranmaqdadır. Rena Süleymanovanın öz səlahiyyətləri çərçivəsindən kənara çıxması dözünülməz hal almaqdadır.

Belə ki,artıq neçənci dəfədir ki, Rəna Süleymanova məktəbin yuxarı sinf şagirdlərinə evlərində müxtəlif şirniyyatlar bişirib məktəbə gətirmələrini, bu bişirilib gətirilən şirniyatların məktəbin daxilində sərgi təşkil edərək, yenə də bu məktəbin şagirdləri tərəfindən pulla alınması "kompaniyası”keçirir. Məlumata görə, bu gün də Rəna Süleymanova belə bir bazar təşkil edib.

Qeyd edək ki, bu məktəbdə iki minə yaxın uşaq təhsil alır. Dirkektorun tapşırığı ilə sifif rəhbərləri şagirdlərə keçiriləcək aksiyada satılan şirniyatları almaq üçün hər uşağın 4 AZN gətirməsin tapşırıb. Misal əgər bu məktəbdə 500 uşaq 3 AZN dəyərində sərgiyə şirniyat gətirsə, deməli sərgiyə 1500 AZN dəyərində mal çıxarılır. 1500 uşaqdan da 4 AZN-dən pul yığılırsa bu da 6 min AZN deməkdir.

Sərgidə uşaqlardan toplanan 6 min Azn və üstünə gəlsək 1500 AZN dəyərində gətirilmiş şirniyatları da gəlsək, deməli bir sərgidə Rəna Süleymanova 7500 Azn vəsait toplayır. Bundan başqa keçirilən yarmarkada "yardım” adı ilə qoyulan yardım qutusuna atılan könüllü pulları da hesablasaq, təqribi 8 min AZN vəsaitin yığıldığın görmək olar. Marqlısı budur ki, bu yığılan vəsaiti Rəna Süleymanova kimə və yaxut da kimlərə kömək etmık üçün toplayır.

Daxil olan məlumata görə, dəfələrlə Rəna Süleymanovaya bu məktəbdə təhsil alan uşaqların ailələri "yarmarkada toplanan pulları hara və kimə xərcləyirlər” sualı verilsə də, buna dəqiq məlumat verilmir.

Rəna Süleymanovanın bu "yarmarka”sı ilə bağlı geniş araşdırmanı yaxın günlərdə təqdim edəcəyik.
Media üzərində apardığımız bütün bu araşdırmalardanda müəyyən olur ki, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru öz fəaliyyətində buraxdığı nöqsanlar və ciddi yoxlanmağa ehtiva edən məsələlərin olması və buna qarşı Bakı Şəhər Təhsil İdarəsinin laqeyd yanaşma tərzi qəbul edilməzdir. BŞTİ-nin rəhbərliyi məktəblə bağlı heç bir addım atılması yönündə məsələyə yanaşmamaqdadır. Bundanda belə çıxır ki, birektorlar məhs BŞTİ-nin hansısa səlahiyyətli şəxslərinə arxayın düşərək qanunsuz əməllərinə davam etməkdədirlər.
Əldə etdiyimiz digər məlumatlarda isə bildirilir ki, 100-dən artıq yaşı olan və hazırda 1659 şagirdin təhsil aldığı 18 nömrəli tam orta məktəbin direktoru Rəna Tofiq qızı Süleymanova bu şagirdlərin böyük əksəriyyətini müxtəlif yığımlara cəlb edir:

«Deyilənlərə görə, ixtisasca Azərbaycan dili, ədəbiyyat müəlliməsi olan direktor vəzifəsinə və kollektiv üzvlərinə biganə münasibət göstərir. Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarov tapşırıb ki, heç bir direktor, heç bir müəllim şagirdlərdən pul yığmasın. Lakin deyilənlərə görə, hazırda 18 nömrəli orta məktəbdə hər şey tamamilə əksinə cərəyan edir. Belə ki, bütün bayramlarda şagirdlər yığıma cəlb edilir. Hətta iş o həddə çatıb ki, Rəna Süleymanovanın gəlişindən sonra 18 saylı orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağı düşüb. Bu səbəbdən də əsasən 9, 10 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Hələ bu, harasıdır. Ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər bir qayda olaraq direktorla nəyinsə qarşılığında anlaşıb dərsə gəlmirlər. Məktəb rəhbəri müəyyən maraqlarını təmin etdiyindən həmin şagirdlərin dərsə gəlməməsinə göz yumur. Bundan başqa, məktəbdə müəllimlər arasında ayrıseçilik salınır. Hansı müəllimənin məktəb rəhbəri ilə münasibətləri yaxşıdırsa, ona çox dərs saatı yazılır. Direktorun əməllərinə etiraz edən müəllimlərə isə az dərs saatı yazılır».
Bu arada, müvafiq qurumların 18 saylı orta məktəbdə ciddi və obyektiv yoxlama aparacaqları təqdirdə texniki işçilərin ştat cədvəlində neqativ hallara yol verildiyinin müəyyənləşəcəyini deyən mənbənin sözlərinə görə, Rəna Süleymanova özünə yaxın olan bir neçə şəxsin adını məktəbdə texniki işçi kimi qeydiyyatdan keçirib:

«Onu da nəzərinizə çatdırım ki, 18 nömrəli tam orta məktəbin bufetində natəmizliyin baş alıb getdiyi deyilir. Belə ki, sanitar-gigiyenik qaydalara əməl olunmur. Ən əsas məsələ isə şagirdlərə satılan məhsulların keyfiyyətsiz və vaxtı ötmüş olmasıdır. Əfsus ki, bu cür yeməklər Rəna Süleymanovanın direktoru olduğu təhsil müəssisəsində uşaqlara verilir. Bir sözlə, bufetdə nə gəldi satırlar, uşaqlar da heç nə başa düşmədiklərindən həyatları üçün təhlükəli olan ərzaqları alıb yeyirlər. Sonra da onlarda zəhərlənmələr, xəstəliklər baş alıb gedir. Bütün bunlarla bağlı dəfələrlə Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət olunsa da, nədənsə hələ də Rəna Süleymanovanın əməllərinə lazımı qaydada qiymət verilməyib. Görünən odur ki, direktor kimlərsə tərəfindən ciddi şəkildə müdafiə olunur və məhz buna görə də aidiyyəti orqanlar 18 saylı orta məktəbdə yaşanan neqativ hallara əhəmiyyət vermirlər».

P.S. Əldə etdiyimiz məlumatların bəzilərində media da bəzi şəxslər tərəfindən himayə edilən Rena Süleymanova bu xidmət qarşılığında həmin şəxsləridə ənamsız qoymayıb. Bununla bağlıda geniş araşdırma aparılır. Şəxslərin adlarını əldə etdikdən sonra bunuda oxucularla bölüşəcəyik.

Bakunews.Az

XƏBƏR LENTİ