Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Respublika Narkoloji Mərkəzin baş həkimi həbs edildi

Tarix:7-03-2018, 17:38 Baxış Sayı:294

Respublika Narkoloji Mərkəzin baş həkimi həbs edildi

Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Respublika Narkoloji Mərkəzin baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Ölkə.Az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən Hüseyn Həsənovun həbs edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiyada prokurorun protestinə baxılıb. Hakim heyətinin qərarı ilə prokurorun protesti təmin edilib.

Qərara görə, Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib.
Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Mətanət Şamçiyeva ilə bağlı hökm də qüvvədə saxlanılıb.

Bu qərardan Hüseyn Həsənov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəməninilkin baxış iclasının vaxtı müəyyən ediləcək.

İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.
Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib.

Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham ediliblər.

Hüseyn Həsənov həbs edilsə də, Mətanət Şamçiyevanın barəsində istintaq dövründə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ