Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq

Tarix:10-03-2018, 19:41 Baxış Sayı:209

Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq

İnsanın ömrü onun əməlləri qədərdir. Alını açıq, başı dik yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana ikinci ömür, ikinci həyat qazandırır.

Görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir Qədirzadə də özünə sağlığında abidə ucaldan insan kimi ürəklərdə həmişə yaşayacaq.

O, 1948-ci ilin gözəl bir yaz günü-mayın 20-də Babək rayonunun Cəhri kəndində zəhmətkeş ailəsində anadan olmuşdu. Düz 70 il sonra - martın 8-də isə aramızdan ayrıldı...

Uşaqkən kəndimizin mərkəzində, məktəblərimizdə tez-tez rastlaşdığımız bu dəyərli insan Cəhrinin sayılıb-seçilən, yol göstərən görkəmli ziyalılarından biri idi. Şəxsiyyəti ilə əqidəsi bir-birini tamamlayan, olduğu kimi görünən, göründüyü kimi olan Qadir müəllim həm də bir iman adamı, milli vətənpərvərlik mücəssəməsi idi...

1966-cı ildə Cəhri kənd orta məktəbini bitirmiş, 1967-ci ildə APİ-nin Naxçıvan filialının (İndiki Naxçıvan Dövlət Universiteti) tarix ixtisasına qəbul olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-2018-ci illərdə AMEA Naxçıvan bölməsində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan elminə bir-birindən dəyərli töhfələr vermişdir. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini kimi də səmərəli fəaliyyət göstərmişdir.

2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsi alan Qadir müəllim 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, elmdə əldə etdiyi yüksək nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

400-ə yaxın elmi, elmi-kütləvi məqalə və 20 kitabın müəllifi olan Qadir Qədirzadənin tədqiqatlarında qədim diyarımız Naxçıvanın tarixi və etnoqrafiyasının tədqiqi xüsusi yer tutur. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan məsələsi, Naxçıvanda şəhərsalma mədəniyyəti, islamaqədərki milli adət və ənənələr, türk xalqlarının tarixi və folkloru məhz Qadir müəllimin araşdırma və tədqiqatlarında üstün mövqedə dayanır.

Təsadüfi deyil ki, Qadir müəllimin müəllifi olduğu “Naxçıvan: Nuh baba və türk atadan gələn yol” kitabı ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi mükafatına layiq görülmüş, ali məktəblərə dərslik kimi tövsiyyə olunmuşdur.

Naxçıvanı dərin məhəbbətlə sevməsi, diyarımızın tarix və mədəni irsinin tədqiqi istiqamətində yorulmaq bilmədən çalışması onun həm də böyük vətənpərvər bir alim olduğunun təsdiqidir. Qadir Qədirzadə təkcə mühüm tədqiqat və elmi işləri ilə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq.

Söz var, deyirlər ki, insan var evdən gedir, insan da var eldən. Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə də evdən yox, eldən ayrılan şəxsiyyətlərdəndir! Çünki onun evi təkcə kəndimizin mərkəzindəki sakit, hüzurlu mənzili yox, həm də qarış-qarış gəzib tədqiq etdiyi Naxçıvan torpağı, Naxçıvan abidələri, Naxçıvan mədəniyyəti, Naxçıvan təbiəti, Naxçıvanın inanc və etiqatlarıdır…

Qadir Qədirzadə kənddə doğulub böyüyən, amma dünya miqyasında böyük tədqiqatlar aparmağı bacaran bir alimlik nümunəsi, alimlik məktəbi də yaratmışdır.

Gözəl və işıqlı insanın xatirəsinə ehtiramla,

XƏBƏR LENTİ