Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

121 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Tarix:12-03-2018, 13:09 Baxış Sayı:166

121 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 10-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki hərraca 121 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 37-si kiçik dövlət müəssisəsi, 56-sı qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 15-i xidmət, 6-sı kənd təsərrüfatı, 4-ü sənaye, 6-sı iaşə, 6-sı təmir sahələrinə aiddir.

"Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Gəncə şəhərində yerləşir. Şəhərin mərkəzində Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev adına parkın ərazisində olan 69 saylı ictimai iaşə sahibi üçün qazanc mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kvadratmetrdir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir.

Bundan başqa, xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. İmişli rayonunda yerləşən 5 saylı mağaza belə obyektlərdəndir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 580 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1000 kvadratmetr-dən çoxdur. Həmin obyektin torpaq sahəsi ilə birgə özəlləşməsi isə rentabelliyi daha da artırır.

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Daşkəsən ərazi yun qəbulu və tədarükü məntəqəsi də belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 950 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi iqtisadi potensialı artıran səbəblərdəndir. Bu obyekt səmərəli işləyəcəyi təqdirdə geyim istehsalı üçün xammal mənbəyinə çevrilə bilər", - deyə məlumatda vurğulanıb.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb: "Belə obyektə Şirvan rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 200 kvadratmetr, torpaq sahəsi isə 150 min kvadratmetrə yaxındır. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq".

Aprelin 10-da keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evinin özəlləşdirilməyə çıxarılmasıdır: "Qusar rayonunda yerləşən Xürel kənd klubunun ilkin start qiyməti münasib olmaqla investorları özünə cəlb edə bilər. Adı çəkilən əmlakın özəlləşməsinə qoşulmaq üçün öncədən həmin obyektin ilkin start qiymətinin 10%-i, başqa sözlə 1150 manat dəyərində məbləğ beh olaraq ödənilməlidir".

Budəfəki hərracda çox sərfəli, hətta 800 manata da əmlak tapmaq olar. Neftçala rayonunda yerləşən, ümumi faydalı sahəsi 16 kvadratmetr olan bərbərxana bu qiymətə satışa çıxarılacaq: "Cəmi 80 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür. Sərfəli qiymətə olan əmlakı Bərdə rayonundan da tapmaq olar. Rayonun Qaradəmirçi kəndində yerləşən Ehtiyat hissələri satışı mağazasının ilkin start qiyməti 1500 manatdır".

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler”, “Oğuz Kəndkimya”, “Ləki Sinklənmiş qablar” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 39-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 15 kvadratmetr ilə 419 kvadratmetr arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.

Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1300 manatla 21 min manat arasında dəyişir. Özəlləşdirilməyə çıxarılan avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1987-2008-ci illəri əhatə edir.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

XƏBƏR LENTİ