Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

Tarix:13-03-2018, 17:35 Baxış Sayı:4 469

Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

Sumqayıtda Vüqar Qələndərovun cinayətkar şəbəkəsi qarşısında aciz qalan DÖVLƏT

Sumqayıtda cinayətkar şəbəkə yaradan Vüqar Rəsul oğlu Qələndərovun qanunsuz fəaliyyəti və gizli əməlləri barədə Realliqinfo.org saytında məlumat vermişik. Bu şəxsin “sahibkar” adı altında dövlətdən oğurladığı milyonlar aidiyyatı qurumları narahat etmədiyindən bu günə qədər ona qarşı heç bir tədbir görülməmişdir.

V.Qələndərovun yaratdığı şəbəkənin və sənədlərin saxtalaşdırılmasında istifadə etdiyi adalara nəzər salanda məlum olur ki, bu şəxs üçün öz məqsədlərindən önəmli ola bilən heçnə yoxdur. Anasının və yaxınlarının adına sənədləri saxtalaşdıraraq onların imzasını saxtalaşdıran Vüqar kimilərin şəxsi keyfiyyətləri bizi maraqlandırmır. Sadəcə onu qeyd edə bilərik ki, müqəddəs adlara hörmət qoymayanlar üçün dövlət və ya vətən sevgisi anlamı yoxdur.

Uzun illərdir ki, Sumqayıtda “Ən Ucuz” marketlər şəbəkəsi adı altında qanunsuz fəaliyyət quran Vüqar Qələndərovun sabiq vergilər naziri Fazil Məmmədovun qohumları ilə sıx münasibətdə olması onun dövlətdən oğurladığı milyonların araşdırılıb geri alınmasına əngəl olmuşdu. Bu səbəbdən dövlət qurubları bu işbazın saxtakarlığına göz yumur, onun qanunsuz fəaliyyətini genişləndirməsinə maneələr törətmirdilər. Vergilər nazirliyində baş verən dəyişiklik bizdə də yeni ümidlər oyatmaqdadır. Hamı kimi bizdə inanırıq ki, yeni nazir Vüqar Qələndərov kimilərin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün ciddi tədbirlər görəcək və cinayətkar şəbəkələrin çökdürülməsinə nail olacaqdır.

Biz Realliqinfo.org olaraq Vüqar Rəsul oğlu Qələndərovun cinayətkar şəbəkəsi ilə bağlı apardığımız araşdırmaların nəticələrini silsilə yazılar və danılmaz faktlarla diqqətinizə çatdıracağıq.
Sumqayıtda fəaliyyət göstərən “Əli-94” ticarət mərkəzində vergidən milyonlarla manat yayındırıldığı haqda Realliqinfo.org – da əvəllər dərc olunan yazılarda qısa məlumat vermişdik. Əldə etdiyimiz sənədlər və çoxsaylı faktlar əsasında bildirmişdik ki, bu şəhərdə əlavə olaraq “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il təkcə bu obyektdə - “Əli-94”də həyata keçirdiyi saxtakarlıq nəticəsində 1,5 milyon, “Səda Store”də sənədlərin saxtlaşdırılması nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.

Yeri gəlmişkən, bu obyektlərdən daha böyüyündə - “Hiper Market”də aparılan saxtakarlıq zamanı isə hər il dövlətə sözegedən hər iki ticarət mərkəszindəki yeyintilərin cəminə yaxın zərər vurulur. Bütün bunlar haqda növbəti sayımızda açıqlama verəcəyimizdən, bu dəfə “Ən ucuz” marketlər şəbəkəsindəki saxtakarlıqlar haqda oxucularımızı bilgiləndirəcəyik.

Dövlətdən mənimsənilən vəsait: 1,5 milyon, 1,9 milyon və...

Dəyərli oxucularımıza da bəlli olduğu kimi, ötən yazılarımızda jurnalist araşdırması nəticəsində “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Həmin sənədlərdə bəzi rəsmi şəxslərin də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun qanunsuzluğunu ört-basdır etdiyi sübut edilir. Xüsusən də Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha qabarıqdır. Lakin, təəssüflər olsun ki, çox ciddi saxtakarlıqları təsdiq edən sənədləri ortaya qoymağımıza rəğmən, rəsmi qurumlar tərəfindən nəinki Vüqar Qələndərovun, hətta 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının qanunsuz fəaliyyətinə belə, hüquqi qiymət verilməsi istiqamətində hansısa addım atılmayıb.

Bununla belə, biz Realliqinfo.orq olaraq dövlət əmlakını mənimsəyən ticarət mərkəzi sahilərinin qanunsuz əməllərini ifşa etməkdə israrlıyıq və bu yazımızda isə V.Qələndərovun rəhbərlik etdiyi daha bir supermarketin - “Ən Ucuz” marketlər şəbəkəsinin təkcə birində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi barədə oxucularımıza məlumat verəcəyik.

“Əli-94”, “Səda Store”dən sonra “Ən Ucuz” marketlər şəbəkəsi...

İlk olaraq Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən saxtakarlıq haqda faktları təqdim edək. Qeyd edək ki, 3 mərtəbədən ibarət olan olan bu supermarketin əlavə olaraq 500 kv.metrlik zirzəmisi də var və burada şirniyyat sexi fəaliyyət göstərir. Lakin bu haqda heç bir rəsmi müqavilə yoxdur və heç bir dövlət idarəsinə də vergi verilmir.
Obyektin 1000 kv.metr sahəsi olan 3-cü mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir. Bu mərtəbə bütövlükdə icarəyə verilsə də, heç bir rəsmi müqaviləyə imza atılmayıb və icarədarlar tam olaraq sənədsiz fəaliyyət göstərir.

125 nəfər işçinin adı gizli saxlanılır

Binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin rəsmi sənədlərdə işçilərin sayı 20 nəfər göstərilir.Təbii ki, bu ticarət mərkəzində işçilərin sayının olduğundan dəfələrlə az göstərilməsi təsadüfi deyil. Vüqar Qələndərovun sahibi olduğu sözügedən “Ən Ucuz” marketdə 125 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 128 nəfərin orta aylıq əməkhaqqı toplam 38 400 manat edir və bu halda vergidən 6 912 manat (38 400 manatın 18 faizi), DSMF-dən isə 9 600 manat (38 400 manatın 25 faizi) vəsait oğurlanır.

Aylıq satış dövriyyəsinin 800 min manatı gizlədilir Üstəlik, “Ən Ucuz” ticarət mərkəzinin “qara mühasibatlıq” hesablarında orta aylıq atış dövriyyəsi 900 000 manat olduğu halda, rəsmi sənədlərdə cəmi 100 000 min manat göstərilir. Bütün bunlar isə bir daha təsdiq edir ki, “Ən Ucuz” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 800 min manatını gizlədir.

Nəzərə alsaq ki, bu vəsait rəsmiyyətə cəlb olunacağı halda V.Qələndərov təkcə 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (800 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 122 033 manat oğurlanıb.

32 min manatlıq gəlir vergi oğurluğu...

Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 640 min manatı xərc, 160 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (160 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 32 min manata yaxın da gəlir vergisi ödəməyə məcbur olacaqdı. Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.

Hər ay dövlətdən 170 512 manat oğurlayır

Beləliklə, Realliqinfo.org - un əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Ən Ucuz”, “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə “Ən Ucuz” marketlər şəbəkəsinin birində həyata keçirdiyi saxtakarlıqlar nəticəsində, hər ay dövlət büdcəsindən toplam olaraq 170 512 manat oğurlayır. Hansı ki, bunun da 122 min manatı ƏDV-dən, 32 min manatı gəlir vergisindən, 9 600 manatı DSMF-dən, 6 912 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 2 046 144 (2 milyon, 046 min, 144) manat oğurluq edir.

Əlbəttə, bu rəqəm Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən saxtakarlıq nəticəsində dövlətdən oğurlanan vəsaitin hamısı deyil. Nəzərə alsaq ki, 3 mərtəbəli binanın zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də vergi verilmir, deməli Vüqar Qələndərov bu supermarketdəki qaranlıq fəaliyyəti ilə dövlətə daha böyük zərər vurur.
Sözsüz ki, Vüqar Qələndərovun dövlət vergisindən gizlədərək mənimsədiyi vəsaitlər bunlarla bitmir. Lakin təəssüf ki, dövlətdən oğurladığı pulların bir hissəsini öz qanunsuz əməllərinin ört-basdır edilməsi istiqamətində xərclədiyindən, illərdir onun fəaliyyəti ciddi araşdırılmır. Yuxarıda qeyd etdiyimiz kimi, əkisnə, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşları tərəfindən onun qanunsuz fəaliyyəti ört-basdır edilir.

Dövlət rəsmilərinə müraciət...

Odur ki, biz bir daha Realliqinfo.org olaraq Vergilər naziri cənab Mikayıl Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş prokuror cənab Zakir Qaralova, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırma aparılmasına göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı saytımızın əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.

P.S. Növbəti yazılarımızda Vüqar Qələndərovun sahibi olduğu “Ən Ucuz” marketlər şəbəkəsinin digər filiallarının fəaliyyəti haqda şok faktları açıqlayacağıq.
İkram
Realliqinfo.org
Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?
Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

XƏBƏR LENTİ