Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Azərbaycanda İş adamına qarşı haqsızlıq - Akif Rəhimovun övlad isgəncəsinə kimlər məruz qoyur?

Tarix:13-03-2018, 20:35 Baxış Sayı:260

Azərbaycanda İş adamına qarşı haqsızlıq - Akif Rəhimovun övlad isgəncəsinə kimlər məruz qoyur?

Xəbər verdiyimiz kimi 08.11.2017-ci ildə yol qəzası baş verib. Məhz bunla bağlı bir çox media qurumlarında bir tərəfli mövqe sərgilənsədə daha sonra, həmin qəzet və saytlarda qarşı tərəfin mövqeyinə yer verildi.

Övladının başına gələn qəzadan danışan iş adamı Akif Rəhimovun fikirləri hamını şoka saldı. Xatırladaq ki, Akif Rəhimovun övladı 17 yaşlı Rəhim Rəhimovun sürət həddini aşmadan törətdiyi qəza anı tam görüntüləri var və sübutlar göstərir ki, sürücü ehtiyatsızlıqdan hadisəni törətdikdən sonra hadisə yerini tərk etməyib.
Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. Həmin vaxt Rəhim Rəhimov törətdiyi qəzada dünyasın dəyişən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını ilkin yardım etmək istəyib. Amma sürücünün cəhdləri nəticə verməyib və vətəndaş dünyasını dəyişib. Hadisə yerinə gələn polis işçiləri onun pis halda olduğunu gördükdə sakitəşməyini istəsələrdə R.Rəhimov özünü ələ ala bilməyərək stress vəziyyətdə olub. Bu təbii belədə olmalıdır və 17 yaşlı gənc, həyatda yenicə nəyin nə olduğunu anlamağa çalışan bir şəxsin düşdüyü vəziyyət normal qəbul ediləndir. Qəza anında hər bir sürücü stress keçirir, bu onun təcrübəsindən və ya yaşından asılı olan bir məsələ deyildir.

Lakin bizi indi narahat edən məqam bu deyil. Bəzi media mənsublarının və polisin irəli sürdüyü ittihamlar: Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olub kimi iddialar tamamilə cəfəngiyatdır. Belə ki, hadisə yerinə gələn polis tərəfindən barəsində olan bütün məlumatların alındıqdan sonra onun evinə getməsini və valideyni ilə birlikdə çağırdıqda polis idarəsinə gəlməsi qeyd edilib. R.Rəhimov isə 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızının cənazəsi aparılmayana qədər hadisə yerindən ayrılmayıb. Amma media orqanlarına guya R.Rəhimovun hadisə yerindən qaçdığı yalanı sızdırılaraq, bir gəncin taleyinə ləkə yaxmaq, həyatını məhv etməyəm yönəlmiş qərəzli əməllərdir. Belə olan halda onun – Rəhimin bu gün hakim qarşısında yalanların qurbanına çevrilməsini şərtə çevirir.

R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. Maraqlıdır ki, bu fakt bir gənci polis orqanlarının bəzi əməkdaşlarının istəyi ilə hədəfə çevirib. A.Rəhimova qarşı olan bu kanpaniya illərdir davam etdirilirdi. Görünən o ki, bir gəncin qəza törətməsi onun atasının öz biznesindən əl çəkməsi üçün bəzilərinin əlinə fürsət verib.
Tələbə həyatını yarıda saxlayıb gözəl illərini (6 il) şər-böhtan ucbatından həbsxanada keçirməsi niyyətini güdənlər var. Həqiqət isə məhz kimin, kimin oğlu olması ilə deyil, subutlarla, dəlillərlə təsdiq edilməlidir. Maddi subutların gəncin törətdiyi qəzadan sonra qaçmaması və hətta bu qəzanın onun tərəfindən törədildiyini bildirməsi bildiyimiz qədər işin yüngüləşməsi halını yaratmaqdadır. Redaksiyamıza daxil olan məlumata görə isə mərhumun ailə üzvlər baş vermiş qəzadan sonra Rəhim Rəhimovdan şikayətçi olmadıqlarını və onun tutulub türməyə düşməsinin qızını geri qaytarmayacağını qeyd etmələridə yer almaqdadır.
Tərəfimizdən aparılan araşdırmalardan da məlum olub ki, 17 yaşlı Rəhim Rəhimov hadisəni törətdikdən sonra hadisə yerini tərk etməyib. Yol Patrul Xitmətinin hadisə ilə bağlı aldığı məlumat üzərinə getdikdə DYP –yə məxsus aypatrul vasitəsi ilə çəkilmiş görüntülərdən də məlum olur ki, hadisəni törədən şəxs R.Rəhimov hadisə yerindən ayrılmayıb.

Bu günlərdə isə bütün subutlar gizlədilməklə, sifariz icra edənlərin yazdığı saxta sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə keçirilən məhkəmədə ittiham aktına əlavə edilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.

Ittiham aktında qeyd olunur ki, R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb. Digər mənbələrdə Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

Amma göründüyü kimi həqiqət gizlədilir və atası iş adamı olan gəncin həyatını məhv etmək istəyənlər sıraya düzülüb. Vicdan amilinin arxa plana keçdiyi bu prosesdə haqlının zəfər çalacağına inanırıq. Ümid edirik ki, Dövlətin aidiyyatı qurumları baş verən hadisənin gerçəklərini gizlədən və çirkin niyyətlərini həyata keçirmək istəyən şəxslərə qarşı tədbir görəcək və Rəhim Rəhimovun taleyinə biganə qalmayacaqlar.
Mövzuya qayıdacağıq.

BakuNews.az

XƏBƏR LENTİ