Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Qızına 400 minlik toy edən belə davam edəcəksə… – Vətəndaşlar da liftdə qalmağa davam edəcək…

Tarix:17-03-2018, 15:57 Baxış Sayı:274

Qızına 400 minlik toy edən belə davam edəcəksə… – Vətəndaşlar da liftdə qalmağa davam edəcək…

Mart ayı başlayandan Bakıda 3 nəfər sakin liftdə qalıb. Sonuncu olaraq martın 13-də Yasamal rayonunda 2 nəfər qəfildən dayanan liftdə qalıblar. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib, xəsarət alan olmayıb.

Lakin bu hadisə nə ilk, nə də son deyil. İnternetdə axtarış verdikdə ilin bütün aylarında Bakıda bir neçə nəfərin liftdə qalması ilə bağlı xəbərlərə rast gəlirik. Problem media tərəfindən dəfələrlə işıqlandırılıb. İctimaiyyətdə, sosial şəbəkələrdə də bununla bağlı müzakirələr səngimir. Ancaq görünən budur ki, Bakıda köhnə liftlər tamamilə dəyişdirilməyincə, problem öz həllini tapmayacaq.

Onu da qeyd edək ki, hazırda Bakıda köhnə liftlər əsasən sovet dövründə inşa edilən 9 mərtəbəli binalardadır. 5 mərtəbəli binaların əksəriyyətində lift quraşdırılmayıb. Yeni binalarda quraşdırılan liftlər isə müasirdir və az hallarda problemləri ortaya çıxır. Ümumilikdə rəsmi statistikaya görə, Bakıda 5200-dən çox köhnə lift var. Bu liftlərin bərpa edilməsi, təmiri ilə bağlı dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Lakin bir çox yerlərdə bu vəsait təyinatı üzrə xərclənməyib. Bunu deməyə liftlərin hazırkı vəziyyəti əsas verir.

2008-ci ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı. Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdı. Növbəti illərdə də ölkə başçısı ölkə ərazisində lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.

Bəs liftlərin hazırkı durumu nədir?

“Yeni Müsavat”ın əməkdaşı şəhərdə bir sıra 9 mərtəbəli binada olub, liftlərin vəziyyəti ilə maraqlanıb.

Müşahidə etdik ki, bəzi liftlərin düymələri, qapıları dəyişdirilib. Düymələr yeni olsa da liftlərin çoxu heç də bütün mərtəbələrə qalxmır. Səbəb isə yuxarı mərtəbələrin bəzilərinin qapılarında olan nasazlıqdır. Liftlərin heç birində təhlükəli hal yaranan zaman istifadə olunan çağırış düyməsi işləmir. Əgər liftdə qalırsansa ya mobil telefonla kiməsə zəng etməlisən ya da pilləkənlə kiminsə çıxmasını gözləyib, ondan kömək istəməlisən. Söhbət etdiyimiz sakinlər bildirdilər ki, hər ay lift pulunu ödəyirlər. Lakin bu qurğuların işləməsindən heç də yazı deyillər: “Hər ay bizdə 1 manat alırlar ki, lift puludur. Ancaq liftlərdə demək olar ki, hər həftə problem çıxır. Problem olan zaman ustanın nömrəsini götürmüşük. Ona zəng edirik, gəlib düzəldirlər. Camaat liftin xarab olmasından qorxub çox zaman yuxarı mərtəbələrə pilləkən vasitəsilə qalxırlar”, -deyə söhbət etdiyimiz sakinlər bildirdilər.

Müşahidə etdik ki, bəzi binalarda liftlər yenilənib. Lakin sakinlər söylədilər ki, elə ən çox problem yenilənən liftlərdə çıxır:

“Binada bəzi bloklara yeni lift adı ilə 6-7 ilin işlənmiş liftlərini gətirib quraşdırıblar. Elə ən çox problemlər də bu liftlərdə çıxır. Liftlərin içərisi də təmizlənmir. Qış aylarında palçıqdan liftə girmək olmur”.

Təbii olaraq, liftlərin heç birinin içərisində təhlükəsizlik kameraları da yoxdur. Halbuki xarici ölkələrdə əksər liftlərdə təhlükəsizlik məqsədilə bu cür kameralar mövcuddur…

Bəzi 9 mərtəbələrin girişində rəqəmsal kilidlər quraşdırılıb. Sakinlər söylədilər ki, qapıları da, kilidləri də öz vəsaitləri hesabına qoyublar. Bildirdilər ki, bu qapıları qoymaqda əsas məqsədləri kənar şəxslərin binanın girişinə daxil olub, liftin içini zibilləməməsidir. Yeni binalarda isə hər hansı bir liftdə natəmizlik və ya nasazlıq müşahidə etmədik.

Bakıda lift probleminin həlli üçün hansı addımlar atılmalıdır? Nə üçün illərdir ki, bu məsələ öz həllini tapmır?

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli söyləyib ki, əslində bu məsələdə kifayət qədər qarışıqlıq yaranıb:

“Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan Lift idarəsi var ki, bu idarə icra hakimiyyətinin balansında olan bütün binalara cavabdehdir. Sadəcə olaraq burada kifayət qədər ciddi qarışıqlıq yaranıb. Belə ki, yeni binalar tikildikdən sonra bu tikililərin özləri məsələni həll etdilər. Həm kooperativlər, həm də tikintinin təminatını öz üzərinə götürən şirkətlər daha keyfiyyətli xidmətlər verməyə başladılar. Nəticədə isə Bakı Lift İdarəsinin həm idarəçiliyində ciddi problemlərin olması, həm də texniki təminatının zəifliyi, qeyri-operativlik sovetdən qalma binalarda lift problemini bu günə qədər uzatdı. Hətta bu, bu günün də problemi deyil. Sovet dönəmində ”Mozalan” satirik jurnalında ən çox işıqlandırılan mövzulardan biri də Bakıdakı liftlərin pis işləməsi idi. Bu sahədə ciddi korrupsiya faktları da tez-tez mətbuat tərəfindən işıqlandırılıb. Bütün bunların nəticəsidir ki, Bakıda köhnə binalarda liftlər acınacaqlı vəziyyətdədir. Hesab edirəm ki, artıq bu işin özəl sektora verilməsinin vaxtı çatıb. Ona görə də yeni tikililəri misal çəkdim ki, onlarda bu kimi problemlər çox nadirən baş verir. Problem olan zaman da şirkətin işçiləri bunu dərhal həll edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binalarda isə məsuliyyət yoxdur. Vaxtlı-vaxtında kimin xidmət göstərməli olduğu bilinmir. Ona görə də camaat lift pulunu vaxtında vermir. Çünki tez-tez problemlə üzləşirlər. Bu hal eyni zamanda zəncirvari problem yaradır. İnsanlar pul vermək istəmirlər, pul olmadığı üçün də lift idarələri yaxşı xidmət göstərmirlər. Ona görə də bunun özəl şirkətlər verilməsi, icra hakimiyyəti ilə özəl şirkətlərin müqavilə əsasında bu məsələləri öz yoluna qoyması hesab edirəm ki, bu sahəyə rəqabət də gətirər, vətəndaşlar üçün də faydalı olar”.

XƏBƏR LENTİ