Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

Tarix:19-03-2018, 08:28 Baxış Sayı:5 522

İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə  


Hörmətli Cənab Prezident!  

Sizə olan müraciətimə şərait yaradan maddi səbəblərdən dolayı tam məsuliyyətimlə deyə bilərəm ki, bu gün dəhşət içərisindəyəm və sizə ümid edirəm. Çünki uzun müddətdir nümayəndəsi olduğum xalqımız, dövlətimiz və vətənimiz Azərbaycan üçün layiqli vətəndaş, ətrafında olanlar üçün dost və sirdaş olmağı bacarmış, ictimai-siyasi fəaliyyəti, bacarığı və savadı ilə çoxsaylı insanların etimadını qazana bilmiş, ehtiyyacı sahibi olan bir çox şəxsə öz səxavətini göstərməyi bacarmış Azərbaycan Respublikasının nümunəvi vətəndaşı, Yeni Azərbaycan Partiyasının üzvü Əliyev Rauf Hidayət oğlu bu gün həm özünün, həm də mənim ədalətinə, obyektivliyinə, qərəzsizliyinə şəksiz inandığı məhkəmə qarşısında haqsızcasına və qeyri-qanuni itthamın predimenti olmaqla mühakimə olunur. Mühakimə qanuna deyil, mənsub olduğu xalqına xidmət etməklə məsul olan lakin xalqına xəyanət etmək yoluna üz tutmuş mənfur imtiyaz sahiblərinin maraqlarına xidmət edir. Belə ki, nümayəndəsi olduğum və günahsızlığına şübhəsiz inandığım Əliyev Rauf Hidayət oğlu bu gün bir zamanlar işçisi olduğu, maddi və mənəvi mənafeyinə əvəzsiz töhvələr bəxş etdiyi, 100-lə işçisinin həyatını məhv edən, insanları intihara sürükləyən,qurama ittihamlarla həbs etdirən,  ailələr dağıdan, dövlətimizin maliyyə dayaqlarına sarısdıcı vergidənyayınma zərbəsi vuran, vaxtı keçmiş məhsulları ilə  millətimizin, xüsusilə azyaşlı nümayəndələrinin zəhərlənməsinə laqeyidlik nümayiş etirən və konkret olaraq insanların  gələcəyi üzərində gələcək, zərəri üzərində mənfəət, kədəri üzərində rahatlıq əldə edən KOROĞLU MMC rəhbərliyi tərəfindən ənənəvi qərəzə, prinsipiallığa, qeyri-mənəvi düşüncəyə və  qeyri-hüquqi əməllərə diqqət göstərilərək mənimsəmə faktında  günahkar hesab edilir. Lakin 11 aydan artıq davam edən məhkəmə baxışı müddətincə nümayənəıdisi olduğum şəxsin günahkar olmasına dəlaət edən cüzi bir fakt belə mövcud deyil. İttihamın əsaslı olması üçün Əliyev Rauf Hidayət oğluna qarşı ibtidai araşdırma dövründə heç bir mötəbər sübutlara, onun əleyhinə qoyula bilməsi hüquqi cəhətdən mümkün ola bilən sənədlərə istinad edilməyib. Maraqlısı isə budur ki, mövcud ittihamın gerçəkləşməsi üçün 2016-cı ildə “KOROĞLU MMC” rəhbərliyi- şəxsən Tahir Əliyev tərəfindən ərazi aidiyyatı üzrə Sabunçu Rayon prokuroluğuna müraciət etsə də, ittiham hüquqi cəhətdən əsassız olduğundan Əliyev Raufa qarşı cinayət işi açılmamışdır. Məhz bundan sonra Tahir Əliyev çəkisi tonlarla ifadə olunan qeyri-rəsmi sənədləri ona hamilik edən Baş Prokurorluq yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsinə göndərmiş və burda bu gün onun qanun xaricində mühakiməsinə zəmin yaradan qondarma cinayət işinin başladılmasına tərəddüdsüz təşəbbüs göstərilmişdir. Sayı bəlli olmayan neçə-neçə ailənin bədbəxt olmasına, gənclərin intiharına, dözülməz həyat tərzlərinə baiskar olan “KOROĞLU MMC” rəhbərliyinin cinayətkar əməllərinə ortaq olan yüksək imtiyaz sahiblərinin qanunçuluğa , milli mənsubiyyətlərinə, reketçi şirkət rəhbərliyinin əməllərindən ibarət mövcud reallığa son dərəcə laqeyidliyi böyük təəssüf və hiddət doğurmaqdadır. Özünü toxunulmaz hesab edən “Koroğlu MMC” rəhbərliyi zaman-zaman cinayətkar əməllərini həyat keçirmək məqsədilə Prezident admistrasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini Bəylər Əyyubovun adını çəkərək işçiləri üzəridə qorxu dolu  avtoritar idarəçilik gerçəkləşdirmişdir. İşçilər satılmayan mallar səbəbindən borclandırılmış,bununla da qanunsuz borcların ödənilməsinə fiziki və mənəvi yollarla təhrik edilmiş, bəzi işçilər isə döyülərək  barələrində rüsvay edici video material hazırlanmışdır. Koroğlu MMC-in bu cinayətkar imici ilə irəli sürdüyü təşəbbüs sayəsində istər Rauf Əliyevi mühakimə edən Bakı Ağır Cinayətlər Məhkəməsinə, istərsə də prokuroluq strukuruna dövlətimizə və xalqımıza  müştərək qayda da misilsiz zərər vuran şirkət rəhbərliyinin əməlləri agah olmasına baxmayaraq nəticədə günahkar deyil, günahsız müqəssir hesab olunur və müqəssir hesab edilən, əməlində cinayət tərkibi olması qanunla sübuta yetirilməmiş YAP üzvü Əliyev Rauf Hidayət oğlu yaxın müddət ərzində həbs edilmək təhlükəsi qarşısındadır. Çünki ilk növbədə  Azərbaycan Respublikasının  Kostitusiyasının 60-cı maddəsinə istinad etməklə məhkəmə baxışı müddətincə ədalətli mühakimə tələb edən Əliyev Rauf Hidayət oğlu tərəfindən təmin edilməsi itthamın əsaslı və əssasız olması baxımından zəruri olan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında vəsatət, daha doğrusu qanun naminə təkrarlanan vəsatətlər səbəbsiz olaraq təmin edilməmişdir. Bununla da Əliyev Rauf Hidayət oğlu bu gün olmaqla ədalətli mühakimə olunmaq hüququndan məhrumdur və Azərbaycan Respubliksının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, insan hüquq azadlıqları haqqında konvensiya və  Azərbaycan Respublikasının Konstitusiyası heç bir ədalət mühakiməsinin təmsilçisi olan hakimə vətəndaşı xüsusilə bu hüququndan məhrum etməyə dair səlahiyyət tanımır. Bu səbəbdən dolayı belə hesab edirəm ki, mövcud vəziyyət Azərbaycada  hüquqi dövlət quruculuğunun inkişafına və sizin məhkəmə hakimiyyətinin təmsilçilərinə olan tövsiyənizlə ziddiyyət əmələ gətirir. Hesab edirəm ki, nümayəndəsi olduğum və sizin siyasi strategiyanızı, ölkəmizə etdiyiniz rəhbərliyi sözdə yox, əməldə təqdir edən və dəstəkləyən Əliyev Rauf Hidayət oğlu üçün   ədalətin təcəlli olmasın da köməyinizə ehtiyyacımız var və ümid edirəm ki, aidiyyatı qurumlara verdiyiniz vacib göstərişlərdən sonra özbaşınalıqlarından, cinayətkar əməllərindən usanmayan “Koroğlu MMC” rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görüləcək. Diqqətinizə görə minnatdarlığımı bildirirəm.
     

Zeynalov Samir  14.03.2017

XƏBƏR LENTİ