Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunub – FOTO

Tarix:21-03-2018, 14:12 Baxış Sayı:201

Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunub – FOTO

Cəbrayıl rayonunun düşməndən azad olunan Cocuq Mərcanlı kəndinin sakinləri baharın gəlişini 24 ildən sonra doğma yurdlarında qarşılayıblar.

Bakunews.az AZƏRTAC-ya istinadla xəbər verir ki, kənd tam orta məktəbin qarşısında keçirilən Novruz şənliyində tonqal qalanıb, səmənilər, xonçalar düzülüb.

Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, uşaqlar yumurta döyüşdürüb, şənləniblər. Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hamıda xoş ovqat yaradıb.

Kənd sakinləri torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri də unutmayıblar. N saylı hərbi hissəyə gedərək, hərbçilərin bayramını təbrik edib, onlara bayram sovqatı çatdırıblar.

Cocuq Mərcanlı sakini Zamin Həziyev AZƏRTAC-ın müxbirinə sevincini belə ifadə edib: “Bizim üçün ən sevincli gündür. 24 il idi Novruz bayramını doğma yurdumuzdandan kənarda qeyd edirdik. Bu illər ərzində ən böyük diləyimiz əziz bayramı kəndimizdə keçirmək olub. İndi bu istəyimizə çatmışıq. Bu ilaxır çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalamasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Növbəti mərhələdə isə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb.

Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunub – FOTO
Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunub – FOTO

XƏBƏR LENTİ