Anons

Dünən, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

''Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar'' - ''Az-Granata'' MMC-nin rəhbəri V.Mikayılovdan növbəti təxribat

Tarix:8-04-2018, 21:02 Baxış Sayı:1608

''Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar'' - ''Az-Granata'' MMC-nin rəhbəri V.Mikayılovdan növbəti təxribat

“Az -Granata” MMC – nin fəaliyyətində baş verən özbaşınalıqlar, qanun pozuntuları və insanların müqəddəs inanclarına qarşı sayğısızlıqla bağlı dərc etdiyimiz yazılardan sonra redaksiyamıza müraciətlərin sayı çoxalmaqdadır. Vətəndaşlar bu adıçəkilən şirkətin qanunsuz fəaliyyətindən bəhs etməklə yanaşı, MMC – nin rəhbər işçilərinin qanunlara sayğısızlığına da biganə qalmırlar.

Ən dəhşətli fakt isə “AZ-Granata” MMC – nin rəhbərliyində təmsil olunan Vüqar Mikayılovun ölkənin Prezidentinin və birinci xanımın ünvanına səsləndirdiyi fikirlərdir. Olunan şikayətlərdən və yazılanlardan əndişələnən Vüqar Mikayılov şikayətçi olanları hədələməkdən belə çəkinməyib. Onun söylədiklərini redaksiyamıza ünvanlayan şirkət əməkdaşları belə halların ilk olmadığını söyləyirlər. Onların bildirdiyinə görə Vüqar Mikayılov dəfələrlə bildirib ki, “Az-Granata” MMC – nin sahibi birinci xanımdır və burda əldə edilən pullar Heydər Əliyev fonduna eləcədə də Prezidentə verilir. Ona görə olunan oğurluqdan və vergi mənimsəmələrindən, eləcədə də insanların zəhərlənmələri ilə bağlı edilən şikayətlərə əhəmiyyət verməmək lazımdır.
''Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar'' - ''Az-Granata'' MMC-nin rəhbəri V.Mikayılovdan növbəti təxribat

Biz Realliqinfo.org olaraq V.Mikayılovun həqiqəti söylədiyinə inanmırıq. Və yaxşı bilirik ki, ölkə qanunlarına hörmətsizlik edən bu şəxslər, dinə sayğı göstərənlərin də hisslərinə toxunaraq ölkədə etirazlar yaratmağa cəhd etməkdədirlər. Lakin belə çirkin niyyətli şəxslərin məqsədlərinin həyata keçməyəcəyinə inanırıq.

Oxucularımız yazır ki, “Az-Granata” MMC –nin sahibi Mikayıl İsmayılovun tapşırığı ilə onun qohumu Vüqar Mikayılova böyük səlahiyyət verilib. Və adıçəkilən şəxsin sifarişi ilə şikayətçilərə, narazı vətəndaşlara Mehriban xanımın adı ilə hədə - qorxu gəlməsi tapşırılıb. Bundan sonra təşkil olunan məclislərdə və tədbirlərdə Vüqar Mikayılov verilən tapşırığı həyata keçirməkdə davam edir. Dostları ilə yığışdığı məclisdə və işçi kollektivinə tez –tez xatırlatdığı bu fikirləri artıq hamı əzbərləyib: “”Az-Granata” Mehriban Əliyevanındır. Bizi kimsə yoxlaya bilməz. Burda yığılan pullar Mikayıl müəllim tərəfindən birinci xanıma verilir. Ona görə vergilər nazirliyinin də bizi yoxlaması mümkün deyil. Hamı bilməlidir ki, bizdən şikayət edənlərin sonu yoxdur”.
''Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar'' - ''Az-Granata'' MMC-nin rəhbəri V.Mikayılovdan növbəti təxribat

Qeyd edək ki, Vüqar Mikayılov qohumundan aldığı tapşırıqdan sonra sosial şəbəkədə belə fəallaşıb. Bu şəxs Facebook sosial şəbəkəsində yazdığı fikirləri ilə insanların narazılığını yaratmaqdadır. İçki məclislərindən sonra şəbəkədə aktivləşən Vüqar Mikayılov etdiyi paylaşımlarla ölkə Prezidentinin siyasi kursuna qarşı olduğunu açıq ifadə etməkdədir. Realliqinfo.org bu şəxsin dostları siyahısına və izlədiyi videoları nəzərdən keçirib. Məlum olub ki, Vüqar Mikayılovun ən çox izlədiyi və bəyəndiyi videolar sırasında Prezidentə və onun ailəsinə qarşı olanların video çıxışlarıdır. Həmin faktlar sayt tərəfindən artıq sürətlənib.

Bundan başqa bu şəxsin yazışma apardığı şəxslərin sırasında radikal müxalifətçilər də var ki, bu da Az-Granata rəhbərliyinin niyə təxribata yönəlik addımlar atdığını önə çıxarır.

Ölkənin birinci xanımı haqqında səslənən bu kimi fikirlərə biz inanmırıq. Dövlətin qarantı olan Prezidenti dəstəkləyən realliqinfo.org saytı Mikayıl – Vüqar cütlüyünün təxribatına qarşı mövqeyini hər zaman ifadə edir. Lakin vətəndaşlarımız da bilməlidir ki, Vüqar Mikayılov kimilərinin öz çirkin əməllərində birinci xanımın adını çəkmələri sadəcə kimlərisə hədələmək və dövlətə qarşı təxribat yaratmaq anlamı daşıyır.

Onu da qeyd edək ki, facebook sosial şəbəkəsində və mediada bəzi sayt rəhbərlərinə pul paylayan Vüqar Mikayılov saxtakar əməllərinin ifşa olunmasının qarşısını almağa cəhd edir. Lakin biz realliqinfo olaraq xatırladırıq ki, bu kimi fəaliyyətin nəticəsi olmayacaq.

Realliqinfo və 10 – a yaxın sayt rəhbəri sabah Prezidentə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya rəsmi müraciət edəcək. Müraciətdə Mikayıl İsmayılovun tapşırığı ilə Vüqar Mikayılovun səsləndirdiyi fikirlərə görə cəzalandırılması və "Az-Granata" MMC –də baş verən qanun pozuntularının, təxribatın qarşısının alınması üçün tədbirlər görülməsi xahiş olunacaq. Həmin müraciət saytlarda dərc olunacaq.
Bizi izləyin.
Realliqinfo.org

XƏBƏR LENTİ