Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

"Mənə öz komandam lazımdır" - Samir Abasov

Tarix:8-04-2018, 22:58 Baxış Sayı:164

"Məlum məsələlərə görə burada deyildim. Gəldikdən dərhal sonra futbolçularla iclas keçirdim. Onlara dedim ki, burda olmamağım yaxşıdır. Çünki hərəmizi bir kluba göndərirlər. Oyunun əhəmiyyətini uşaqlara başa salmağa çalışdıq". "Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Mənə öz komandam lazımdır" - Samir Abasov

- Xal itkisinə səbəb nə oldu?

- Mənə öz komandam lazımdır. Yaxşı kollektivə malikik. Bu da öz bəhrəsini verir. Yenə də nə isə çatmırdı. Oyun haradasa qırılır. Biz heç vaxt bu yerlər üçün oynamamışıq. Qalib gəldikcə, hər şey öz yerini tapacaq. İstəmirdik ki, heç-heçə edək. Amma uduza-uduza bu nəticəni qazanmaq da pis nəticə deyil.

- Kapitan sarğısını Cavid İmamverdiyevə verməyiniz nə ilə bağlı idi?

- Kapitanlığı özüm verdim. Oyunun yük və mahiyyətini Cavidə yükləmək istədim. Ötən turdan sonra İmamverdiyevdən narazı qalmışdım. Bu tur isə özünü pis hiss etməsin deyə, kapitanlığı ona verdim. Futbolçular da sağ olsunlar ki, bunu xoş qarşıladılar.

- Oyundan sonra "Neftçi" azarkeşlərinin futbolçularınızı təbrik etməsi nə ilə əlaqədar idi?

- Bütün azarkeşlərə ehtiyacımız var. Onlar da oyuna rəng qatdılar. Uşaqlara tapşırdım ki, azarkeşliyi qazanmaq lazımdır.

- Bugünkü oyundan sonra hara tələsirsiniz?

- Bu gün heç yerə tələsmirəm. Planın varsa, de. Evə tələsirəm, uşaqlar mənim üçün darıxır.

- Vurğun Hüseynovun zədəsi nə yerdədir?

- Hələ tam sağalmayıb. Ötən tur "Qəbələ" Bəhlul Mustafazadəni oynamağa qoymadı. Ona görə də risk edərək, Vurğun Hüseynovu meydana buraxdım. O da zədəsini ağırlaşdırdı.

- Bu gedişlə futbolçuları saxlamağın çətin olacağını düşünmürsünüz?

- Bu, məni yox, Sumqayıt şəhərini narahat etməlidir. İnanıram ki, rəhbərlik də öz addımını atacaq. "Sumqayıt"ın üstünlüyünə əsasən onları saxlaya bilərik.

- Bu gün Tərlan Əhmədovla görüşməməyiniz nə ilə bağlı idi?

- Yadımdan çıxdı. Qonaq və ev komandası söhbəti var. Həmişə görmüşük ki, ev komandası qonağa yaxınlaşar. Amma bu, bəhanə deyil. Üzrlü hesab etsinlər.

- Rəşad Eyubov əvəzedicisini gözləmədən meydandan çıxdı...

- Rəşadın işi var idi. Qısamüddətli idi. Gedib qayıdandan sonra artıq əvəzləmə etmişdik.

XƏBƏR LENTİ