Anons

Dünən, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

Tarix:9-04-2018, 17:28 Baxış Sayı:93

İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

1983-cü ildə Masallı rayonunda anadan olmuş Əskərova Aynur Soltanağa qızı üzləşdiyi çıxılmaz durumla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya müraciət edib.

Dolanışığından şikayət edən Aynur Əskərova bildirib ki, 15 illik ailə həyatı həyat yoldaşının ona qarşı aqressiv davranması ucbatından dağılıb. PressClub.Az-a danışan A.Əskərova bir müddət münasibətlərin qaydasına düşəcəyi və həyat yoldaşının sakitləşəcəyi ümidi ilə birbaşa boşanmaqdan vaz keçib və Bakıda yaşayan bacısı evində qalıb. Amma bu müddət ərzində həyat yoldaşı yenə də aqressivliyini davam etdirib:

"Məndən boşanmaq istədiyini bildirdi. Mən də onun bu qərarını sayğı ilə qarşılayıb, boşanmağa razılıq verdim. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 2018-ci ildə ərimdən boşandım. Hazırda Səbael rayonu, 20-ci sahədə, 28A mənzildə kirayədə yaşayıram. Bir qızım, bir oğlum var. Övladlarımın hər ikisi məktəblidir. Atalarının övladlarıma göndərdiyi 250 manat aliment pulu ilə yalnız kirayə pulunu ödəyə bilirəm. Digər məsrəflərə isə gücüm çatmır”.

Aynur Əskərova diqqətə çatdırıb ki, o, boşanma müddətinə qədər Lənkəran Humanitar Kollecində müəllim işləyib. Valideynləri dünyalarını dəyişdikdən sonra isə boşanmaya qədər Bakıya, bacısı evinə köçməyə məcbur qalıb:

"Bakıya köçdüyüm üçün Lənkəran Humanitar Kollecindəki işimi itirdim. Hazırda heç bir yerdə iş tapa bilmədiyim üçün övladlarımın gərəkli təhsil almalarında, onların maddi təminatlarında sıxıntılar yaşayıram. Oğlum oxuduğu məktəbdə əla qiymətlərlə oxuyan şagird kimi tanınır. Evsizlik və işsizlik şəraitində yaşamağımız oğlumun psixologiyasına təsir edir. Sevdiyimiz vətən – Azərbaycan üçün gələcəyin əsgəri olacaq oğlumu sağlam şəkildə böyütmək istəyirəm. İstəyirəm ki, övladlarım Azərbaycanımıza layiqli övladlar kimi yetişsinlər. İstəyirəm ki, övladlarım Vətənimizin ləyaqətli vətəndaşları kimi qürur duysunlar”.

A.Əskərova düşdüyü çətin vəziyyətdən çıxmaq üçün Mehriban xanım Əliyevadan kömək istədiyini bəyan edib: "Müraciət etməkdə məqsədim odur ki, işsizlikdən və evsizlikdən sıxıntılar yaşayan bir ana olaraq, mənə kömək edəsiniz. Mənə iş tapılmasında, mənzillə təmin edilməyimdə yardımçı olmağınızı xahiş edirəm. Məlumat üçün deyim ki, mən Lənkəran Dövlət Universitetinin Ekologiya və ətraf mühitin mühafizəsi fakültəsini bitirmişəm. Uzun müddət Lənkəran Dövlət Humanitar Kollecində ixtisas üzrə müəllim vəzifəsində işləmişəm”.

XƏBƏR LENTİ