Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Dolların qiyməti ilə bağlı proqnoz

Tarix:10-04-2018, 10:41 Baxış Sayı:243

Dolların qiyməti ilə bağlı proqnoz

Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Azərbaycanda da insanlar növbəti devalvasiya dalğasının yaşanacağından narahatdırlar.

Dünyada baş verən iqtisadi proseslər Azərbaycan manatına necə təsir edəcək?
Реклама 05

Bakunews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a açıqlama verib. Deputat 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları nəticəsində 2015-2016-cı illərdə manatın məzənnəsinin 2 dəfə aşağı düşdüyünü xatırladıb:

"2017-ci ildə isə manat 4 faiz bahalaşdı. Bu il milli valyutamız 1 dollar - 1,7 manat ətrafında nisbi sabitliyini saxlayır. Manat sözün həqiqi mənasında "üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından, belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Manat bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan "üzən məzənnə”rejiminə tam keçəndə, yəni milli valyutanın – manatın məzənnəsi bazarda valyutaya olan real tələb-təklif əsasında formalaşanda, təbii ki, manatın məzənnəsində müəyyən qalxıb-nmələrlə müşayiət olunan dəyişikliklər olacaq. Amma hazırda manatın məzənnəsinə daha çox təsir edən amillərdən olan neftin qiyməti 2018-ci ilin rəsmi hökumət proqnozlarından (1barrel- 45 dollar götürülüb) xeyli yuxarı olmaqla, həm də ötən ilin müvafiq dövrü ilə müqayisdə 25 faiz yüksəkdir. Bunun hesabına ödəniş balansında və xarici ticatət balansında profisit artır. Bu amillər manata müsbət təsir göstərir”.

Əli Məsimli bildirib ki, son vaxtlar Rusiyaya təpkilər daha da gücləndiyindən, bu hal onun milli valyutası rubla da təsir edir və rubl yenidən dəyər itirməyə başlayıb: "Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından olduğundan rublun dəyər itirməsi dolayısı manata da müəyyən təsir edə bilər. Amma bu, xeyli dərəcədə rublun dəyər itirməsinin dərəcəsindən və nə qədər müddət davam edəcəyindən asılı olacaq. İki nəhəng ölkə- ABŞ və Çin arasında total ticarət müharibəsi dünya iqtisadiyyatını yeni böhrana sürükləyə bilər. Çin milli valyutasını devalvasiya etsə, bunu ticarət əlaqələrində Çinin payı böyük olan bütün ölkələr, o cümlədən Azərbaycan da müəyyən dərəcədə hiss edə bilər. Ona görə də böyük ehtimalla tərəflər ümumi dil tapıb hələ ki "ticarət atışması” səviyyəsində olan qarşıdurmanın qlobal ticarət müharibəsinə çevrilməsinə imkan verməyəcəklər. Beləliklə, valyuta məzənnəsi və ya başqa yöndə bu qarşıdurmanın Azərbaycana birbaşa götürdükdə elə bir təsiri olmayacaq.

Ona görə də qeyri-adi bir şey baş verməsə, neftin qiymətinin artması və ödəniş balansında profisitin çoxalması kimi amillər yaxın vaxtlarda manatın zəifləməsi üçün fundamental faktları istisna edir və deməli nisbi sabitliyi saxlama ehtimalını artırır. Bununla belə Mərkəzi Bankın sədri bildirib ki, "biz məzənnənin çevikliyini artırmaq istəyirik”. Mərkəzi Bank manatın məzənnənin çevikliyini necə artıracaq və çeviklik artanda bu, son aylar formalaşmış məzənnəyə (1dollar = 1,7 manat) necə təsir edəcək, bunu zaman göstərər”.

XƏBƏR LENTİ