Anons

Dünən, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

Pensiyaların vaxtından əvvəl verilmə səbəbi açıqlandı

Tarix:12-04-2018, 13:04 Baxış Sayı:77

Pensiyaların vaxtından əvvəl verilmə səbəbi açıqlandı

Pensiyaların orta aylıq məbləği 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən anews.az-a verilən məlumata görə, yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb.

O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir.

2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib.

Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində özünü göstərən artım dinamikası cari ilin ötən dövründə də hər ay üzrə pensiyaların elə həmin ay daxilində, hətta Novruz bayramının keçirildiyi mart ayında bu ödənişlərin vaxtından daha tez olmaqla bayrama qədərki dövrdə maliyyələşdirilməsinə imkan verib.

Azərbaycan Respublikası prezidentinin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib.

Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib.

Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir.

Onu da bildirək ki, 01 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır.

Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə ( 525,6 manat) nisbəti 46,5 % təşkil edir.

XƏBƏR LENTİ