Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Zakir Fərəcov hər məktəbə 5000 manat seçki “tas”ı qoyub - SKANDAL

Tarix:13-04-2018, 13:57 Baxış Sayı:417

Zakir Fərəcov hər məktəbə 5000 manat seçki “tas”ı qoyub - SKANDAL


Ölkə və sosial şəbəkələr Sumqayıtda məktəblərdən və xəstəxanalardan seçki pulu yığılmasından danışır

Feysbuk istifadəçiləri göstərişin şəhərin icra başçısı Zakir Fərəcovdan gəldiyini yazırlar.

Əlavə olaraq qeyd edənlər var ki, Z.Fərəcov “Şah” sarayında oğluna toy edəcək deyə bu pullar tələb olunur. Lakin ikinci versiya bir o qədər inandırıcı görünmür. Z.Fərəcovun böyük biznes imkanlarının olduğunu, övladına toy etmək gücünə malik olmasını nəzərə alsaq, onun oğlunun adından istifadə edildiyi görünməkdədir.

İnandırıcı deyil ki, icra başçısı belə bir göstəriş verib. Azərbaycanda ən kasıb ailə də çətinliklə olsa belə övladına toy edir və yığılan nəmərlə xərcləri ödəyir.

Odur ki, Sumqayıtda tibb və təhsil işçilərinin icra başçısının adından istifadə edərək pul yığılması ciddi narazılıq yaradıb. Bunu yerli səhiyyə və təhsil şöbələrinin işi olduğu görünür.

Daha məntiqlisi budur ki, Z.Fərəcovun təlimatı əsasında büdcə təşkilatlarından seçki pulu istənilə bilər.

Feysbukda yazırlar – adı çəkilərsə işdən azad olunmaqla, hətta övladının məktəbdən qovulmasından qorxan müəllimə bildirir ki, hər məktəbdən 5000 manat tələb olunur.

Direktorlar hər müəllimdən 100 manat yığır. Səbəbini soruşanlara seçkidə işləyənlərə maliyyə ayrılmayıb, pul verilməlidir ki, yaxşı işləsinlər deyirlər.
Belə bir halın mövcudluğu iqtidarın nüfuzuna zərbədir. Hakimiyyətin belə bir ucuz xidmətə ehtiyacı yoxdur.

Digər tərəfdən, MSK-ya böyük vəsait ayrılıb. O halda məmurlar öz maraqları naminə seçki və s. məsələləri bəhanə edərək xərac yığırlar, narazılıq yaradırlar.

Sumqayıt kimi şəhərdə insanları seçkiqabağı narazı salmaq, qızışdırmaq, onsuz da az olan maaşlarından pul tutmaq dövlətin iqtisadi və sosial siyasətinə pislik eləməkdir.

Və Z.Fərəcov kifayət qədər güclü fiqurdur, onun adından istifadə edildiyi görünməkdədir.

Hər halda təcrübəsi olan icra başçısının ilin-günün bu vaxtında, xaricdən ölkəmizə qarşı qara piar olan, hər fürsətdən istifadə edən orduxan kimilərin artıq-əskik çıxışlar etdiyi dövrdə pul yığımına yol verməsi ciddi siyasi xəta olardı.

Odur ki, sosial şəbəkələr bu məlumatı sağa-sola paylaşırlar, iqtidarı pis vəziyyətə qoyurlar.

Cianews.info xəbər verir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır.

Sumqayıt merinin dövlət vəsaitlərini mənimsəməsi, abalaşdırma adı ilə şəhərin park və təhsil ocaqlarının əraziləri satışa çıxarması, ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq şəhər sakinlərinə süni problemlər yaratması illərdir davam edir.

Mətbuat yazır ki, iş adamlarını aldadaraq Sumqayıtda abadlaşdırma işlərinə cəlb edən və sonradan onların pullarını verməkdən imtina edən icra başçısının haqsızlığının qurbanları az deyil.

Sumqayıt Dənizkənarı Bulvarının tikintisinə xərclənən pulların qaytarılmaması etirazlara səbəb olsa da icra başçısı hər zamankı metodundan yararlanmaqdadır.

Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarəsində işgəncələrə məruz qoymaqla istəyinə qismən çatdı.

Fərəcov adlı fövqəlgücün qurbanına çevrilən iş adamlarından biri “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin Sumqayıtda xərclədiyi pulunu tələb etməsi və hədələrdən, işgəncələrdən çəkinməyərək tələbindən imtina etməməsi “Akula”nın qəzəbinə səbəb oldu.

Sumqayıta dəvət edərək Dənizkənarı Bulvarın tikintisini tapşırdığı iş adamı ilə daim çörək kəsən icra başçısı ona 12 milyon manat xərclədikdən sonra dostluğa xitam verməyi qərara aldı.

Mətbuatda gedən xəbərlərdən biri də bu idi ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və yaxınlarının mətbuatın gündəminə gətirilməsi müşahidə olunur.

Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında da məhz Zakir Fərəcovun dayandığını iddia edən məlumatlar var idi.

Məlumat üçün bildirək ki, Zakir Fərəcovun özünün, yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi növbəylə icra başçısı işlədiyi Abşeron və Sumqayıtdadır.

Zakir Fərəcov Abşeronda biznes rəqiblərini tam zərərsizləşdirə bilib, Sumqayıtda da bu yöndə son illər “böyük uğurlar”a imza atıb. Belə ki, indi “gənclik şəhəri”ndə bizneslə məşğul olanlar Zakir Fərəcovun “bayrağının altından keçməyə” məcbur edilib.

Sumqayıt ŞİH-nin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ