Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

General Vüsal Novruzov – peşəkar kadr kənardan necə görünür?

Tarix:16-04-2018, 10:43 Baxış Sayı:1 874

General Vüsal Novruzov – peşəkar kadr kənardan necə görünür?

Vüsal Novruzov – mətbuatda bu adın qarşısında xüsusi adlarla bəzədilmiş təyinedici sözlərin: “ŞOK”, “DOSYE” və s. bu kimi çaşdırıcı, məqsədli ifadələrin tez-tez şahidi oluruq

Pafos, “gəlim görüşək” çağırışının, şər-böhtanın xüsusi başlıqlar altında verilməsi heç də təsadüfi deyil, elə Onun haqqında yazılanlar da... Söhbət gömrük xidməti general-mayoru, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdan gedir. Əlqərəz, o baxır, kim Vüsal Novruzovu necə görmək istəyir.., ona! Bir də ki, Ona dövlətin gözü ilə baxıb qiymət vermək daha doğru olardı, yoxsa çayxana söhbətlərinin yekunu olaraq yazılmış dedi-qodu yazılarına görə? Hər halda dövlət, toplum istənilən fərddən üstündür, bütöv bir toplumun, xalqın, dövlətin mənafeyinə işləmək kimi şərəfli bir missiyanı yerinə yetirmək istənilən şəxsin subyektiv mülahizələrini darmadağın edir, detallar isə üstündür, müqayisəolunmazdır! Əslində O bir GENERALDIR, münbit biznes mühitinin formalaşmasında bilavasitə iştirak edən dövlət MƏMURDUR, dövlətin etibar etdiyi VƏTƏNDAŞDIR, biliyi, bacarığı, humanist addımları ilə ad qazanmış ŞƏXSDİR..!

Onun haqqında yazılanlar nə dərəcədə doğrudur?

Yazılır: “Vüsal Novruzov ayda 2 dəfə Tiflisə gedir...”. Əcəba, belə bir iddia irəli sürən sayt, qəzet, internet resurs.., nə üçün Onun Tiflisə bir ayda 2 dəfə gedib-gəldiyini sübut edən fakt, sənəd, foto, videogörüntü ortaya qoya bilmir? Məgər Hava Limanından uçuşlar və təyyarədə uçan şəxslərin qeydiyyatı yoxdurmu? Cəhd edilir, amma Hava Limanı da Onun bir ayda Azərbaycandan 2 dəfə çıxıb Tiflisə getdiyini rəsmən təqdiq etmir. Əksinə faktla qətiyyətlə rədd edir! Başqa bir sual: Vüsal Novruzovun təyyarəsiz hava xətti ilə birbaşa Tiflisə uçmaq üçün başqa bir nəqliyyat vasitəsi varmı? Bəlkə onu da yazasız, bəlkə var, biz bilmirik!? Dostlar, nə deyirsiz? Ardınca yazılır: “5 milyon..”. Bu məsələnin detallarına varmaq yorucudur. Lakin başı boş, ağzı doluların nəzərinə çatdıraq: bir “paçka” yüzlük dollar – 80 qramdır. Yəni 5 milyon yüzlük dollar təqribən 40 kq pul edir. Sizin dediyinizdən belə çıxır ki, ayda 2 dəfə ölkədən 40 kq pul çıxır, özü də Tiflisə... Heç olmasa, bu boyda hap-gopa özünüz inanırsınızmı? Bu nağıldır, yoxsa pul qopartmaq hərisliyinin ifrat forması!? Məgər bu qədərmi dərəbəylikdir? Ay, “Vüsal Novruzov filankəsdən üz çevirdi”, ay “Vüsal Novruzov filankəsə dönük çıxdı” sərsəm başlıqlara nə deyək!? Vüsal Novruzov təpədən dırnağa qədər dövlətinə, millətinə, Prezidentinə sadiq, bağlı adamdır! Kimə dönük çıxacaq və nə üçün dönük çıxmalıdır? Bu da mətbuat deyil ki, kim pul verirsə, onun qucağında qaçıb oturmaq adət olsun! Cənablar, söhbət dövlət idarəçiliyindən və dövlətin onurğa sütunu olan gömrük xidmətindən gedir...

Sahibkarlar Onun haqqında nə deyir?

Vaxtilə Ulu Öndər Heydər Əliyev gömrük xidmətini müstəqilliyimizin əsas atributlarından biri kimi dəyərləndirmişdi. Sahibkarlara kömək, onlara münbit şəraitin yaradılması bu gün dövlət başçımızın dövlət məmurları qarşısında qoyduğu əsas tələblərdəndir. Məhz general Vüsal Novruzov da dövlət məmuru kimi bunu hər kəsdən çox hiss edir və buna məcburdur. Odur ki, onun rəhbərlik etdiyi idarədə biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir. İş adamları istənilən vaxt Bakı baş Gömrük İdarəsinə gəlib sözlərini deyə, istədiyi məlumatları ala, problemlərini qabarda bilirlər. Elə buna görə də idarədə vaxtaşırı olaraq iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir. Çalışın, yolunuzu Bakı Baş Gömrük İdarəsindən salın. Özünüzü şahidi olacaqsınız: gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasından tutmuş, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqinə qədər vacib məsələlərlə... Müxtəlif zamanlarda sahibkarların Onunla bağlı təşəkkür məktublarını da oxumamışıqmı? Barı.., bunları görək!

Bakı Baş Gömrük İdarəsində nə dəyişib?

Ümumilikdə, bütün gömrük sistemində ciddi kadr islahatları aparılıb, eləcə də Bakı şəhər Baş Gömrük idarəsində. Vüsal Novruzovun rəhbərliyi dövründə kadr siyasətinə xüsusi önəm verilib, savadlı və bacarıqlı insanlara etimad göstərilib, dinamik inkişaf yoluna qədəm qoymaq üçün idarə müasir təcrübələrdən faydalanıb, idarə tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilib. Ölkəmizin milli iqtisadiyyatının inkişafında və respublikanın iqtisadi təhlükəsizliyinin qorunmasında Bakı Baş Gömrük İdarəsi mühüm rola malikdir. Bakı Baş Gömrük İdarəsinin gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasının təmin edilməsi, xarici iqtisadi ticarət münasibətlərində gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin alınması, valyuta nəzarətinin həyata keçirilməsi və digər istiqamətdə müvafiq tədbirlər uğurla icra edilir. İndiyə qədər heç bir sahibkar burada incidilməyib, əgər belə hal olubsa, Vüsal Novruzov qəti tədbirlər görərək sahibkarın hüquqlarını bərpa edib. İdarədə məmur-vətəndaş ünsiyyəti demık olar ki, sıfıra enib. Hər şey qanuni, müasir avadanlıqlar vasitəsilə həyata keçirilir.

Gözü tox, qəlbi açıq, şərəfli, humanist İNSAN!

Vüsal Novruzov öz işinin öhdəsindən layiqincə gələn peşəkar kadrdır. Və.., kifayət qədər məsuliyyətli bir vəzifə daşıyır, Onun kiminsə kreslosunda da gözü yoxdur. Odur ki, yağlanmamış, paslanmış ifadələrlə Onu kiçiltmək üçün edilən bütün cəhdlər iflasa məhkumdur! Dostları da, işçiləri də, ətrafı da Onu sevir, çünki Vüsal Novruzovun qayğısı daim onların üzərindədir. Ona dövlət başçısının “məmur xalqın quludur” ifadəsini izah etməyə də ehtiyac yoxdur. Çalışın, başqa arqumentlər tapın, əgər varsa... Hər halda insanlara, elə Vüsal Novruzovun özünə də hörmətlə yanaşın. O, bizə, sizə, dövlətimizə xidmət edir. İnsanı məmur olduğuna görə şərləməzlər. Hər kəs öz taleyini yaşayır. Kiminə az-kiminə çox, elə kimdə azdırsa, gözü-qəlbi tox olana da daş atmamalıdırmı? Adətən daşlar topuğa dəyir, yaxud sən şərlədikcə, karvan öz yolunda davam edir!

XƏBƏR LENTİ