Anons

Dünən, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

"İşıqlıdır lampaları kalxozun"- Naxçıvansayağı lampa biznesi

Tarix:16-04-2018, 12:33 Baxış Sayı:194

"İşıqlıdır lampaları kalxozun"- Naxçıvansayağı lampa biznesi

Naxçıvan əhalisinə işıq verilir, lampa verilmir.

Söhbət təkcə sakinlərin Muxtar Respublikanın özünəməxsus siyasətlərilə bezdirilməsindən getmir. Söhbət həm də ondan gedir ki, Naxçıvan hakimiyyətinə yaxın dairələrin lampa biznesi nəticəsində bir çox kasıb evləri yaxın günlərdə zülmət qaranlığa qərq oluna bilər.

"Hürriyyət"-ə Muxtar Respublikadan verilən məlumata görə, “kiçik torpaq”da dədə-baba lampalarının satışına qadağa qoulub.

Məlumata görə, muxtar iradə əhalini icbarı metodlarla LED lampalarına yönləndirməyə çalışır. Bu icbari yönləndirmə isə sadə üsullarla həyata keçirilir: dükanlarda, mağazalarda adi lampalar yığışdırılıb, istehlakçılara ancaq LED lampaları almaq təklif olunur. Satıcılar adi lampa qıtlığını bu məişət əşyasının Muxtar Respublikaya gətirilməsinə icazə verilməməsilə əlaqələndirirlər. İnformasiya qanağımız məcburi lampa siyasətini Vasif Talıbovun hansısa yaxın qohumunun biznes maraqları ilə izah edir.

Bildirilir ki, LED lampaların monopoliyasına nəzarət edən “yaxın qohum” dədə-baba lampalarının Naxçıvana gətirilməsinə suni maneələr yaradaraq, hər kəsi öz malını almaq məcburiyyətində qoyub. Bir çox kasıb ailənin bu bahalı lampaları almaq imkanı isə məhduddur.

Maraqlıdır ki, əhaliyə faktiki zorla satılan LED lampaları həm də xeyli keyfiyyətsizdir. Bəzən onların ömrü birgünlük olur. Nəticədə istehlakçılar tez-tez lampa almaqla sədrin yaxın qohumunun cibini doldururlar.

Məlumatda o da bildirilir ki, Naxçıvanda “dədə-baba” lampaları yalnız iki yerdə satılır. Onlar da od qiymətinə. Bildirildiyinə görə, Bakı şəhərində 40-50 qəpiyə satılan bu lampaları Naxçıvanda yalnız 2-2.5 manata almaq olar.

Əhalinin Muxtar Respublikaya başqa yerlərdən lampa gətirilməsinə də izn verilmir. Yalnız təyyarə ilə Bakıdan gələnlərin özləriylə 5 ədəd lampa gətirmək haqqı var. İrandan və Türkiyədən gələnlərə isə bu haqq da çox görülür.

BakuNews.Az

XƏBƏR LENTİ