Anons

Bu gün, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

Tarix:17-04-2018, 14:10 Baxış Sayı:211

Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

“Az-Granata”MMC – nin istehsal etdiyi məhsulların həyat üçün və insanların sağlamlığına ciddi təhlükələr yaratdığı barədə yazılanlar ölkə mediasının gündəmini zəbt etməkdədir. Lakin bu məhsulların istehsalını və satışını genişləndirən şirkət faktlara biganə münasibət göstərməklə insan həyatının onlar üçün önəm daşımadığını göstərməkdədir.

Realliqinfo.org – un son aylarda apardığı araşdırmalar göstərdi ki, “Az-Granata”MMC dövlətin qanunlarına məhəl qoymamaqla, fəaliyyətindəki nöqsanları aradan qaldırmaq niyyətindən uzaqdır. Şirkətdə istehsal olunan spirtli içkilərdən zəhərlənmələrin artması bir sıra qurumları, eləcədə Azad İstehsalçılar Birliyinin də narahatçılığına səbəb olsa belə nəticə dəyişmədi. SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun himayəsi altında Rövşən Fərhadovun rəhbərliyi ilə istehsal olunan məhsulların satışı dayandırılmadı.
Belə olan halda ölkə qanunlarının sərt üzündən kənarda qalan şirkət rəhbərliyinin cəzalandırılması şərtə çevrilsə də, dövlət qurumları susmağa üstünlük verməkdədir. Səbəb aydındır. Mikayıl İsmayılovun şirkətində yoxlama aparmaq, bu şəxslə qanunların dili ilə danışmaq çətinləşib. Özünü yuxarıların adamı sayan İsmayılovun Ağsu və Şamaxıda sahibi olduğu var – dövlətin siyahısı da dəhşətli mənzərə formalaşdırıb. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik.
Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

“Az-Granata” MMC – də istehsal olunan məhsulların ölkə qanunlarına uyğun olaraq satışa çıxarılmadığı hamıya bəllidir. Bu şirkət Standartlaşdırma, Metrologiya və Patent üzrə agentliyin qanunlara əsaslanan tələblərini də icra etmir. İstehsal olunan məhsulların qablaşdırılması zamanı yol verilən özbaşınalığa agentliyin biganə münasibəti növbəti qanunsuzluqlara yol açmış oldu. MMC – nin şirə və spirtli içkilər istehsal edən zavodunun rəhbəri Vüqar Mikayılovun ağlasığmaz ideyaları ictimaiyyətdə böyük narazılığa səbəb olmaqdadır. Bu şəxsin gah ölkənin atributlarını araq şüşələrinin loqosuna çevirməsi, digər tərəfdən spirtli içkiləri özünəməxsus reklam etməsi hamını olduğu kimi bizi də düşündürməyə məhkum edir. Görəsən V.Mikayılovun sağlamlığında hansısa problem var? Əks təqdirdə sosial şəbəkədə paylaşdığı düşüncələri ilə gülünc vəziyyətə düşən zavod direktorunun nədən danışdığını anlamaq çətinləşir. Bir sual da düşündürücüdür – İnsanları zəhərləyən Az – Granata məhsullarından görəsən özləri istifadə edirmi?
Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

Qeyd etdiyimiz kimi, son günlər ölkə mediasının gündəmini zəbt edən və ölkə qanunlarına sayğısızlığı ilə diqqət mərkəzinə düşən “Az -Granata” MMC – nin spirtli içkilərində olduğu kimi, şirələri də həyat üçün təhlükə mənbəyidir. Bu fikirdə olan mütəxəssislər bildirir ki, “Vita 1000” və digər şirələrin istehsalı şübhəli olduğu kimi, saxlanma şəraiti də qaydalardan kənardır. “Az –Granata”MMC-nin firma mağazalarında uşaqlara və böyüklərə satışı nəzərdə tutulan şirələrin normal tempraturda saxlanılmaması deyilənlərin əsaslı oolduğunu göstərir. Realliqinfo.org – un əməkdaşlarının apardığı müşahidələr zamanı aydın olub ki, şirələrin üzərində yazılan saxlanma şəraitinə zavod özü əməl etmir. Nəzərə alsaq ki, uşaqlar bu məhsullardan istifadə edir, o zaman şirkətin qanunsuzluğunun qurbanlarının artacağına şübhə qalmır.
Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

Uzun müddət Standartlaşdırma, metrologiya və patent üzrə agentlikdə məsul vəzifədə çalışan, tanınmış mütəxəssis Elxan Əliyev qeyd olunanlarla bağlı Realliqinfo.org-a açıqlama verib. Elxan müəllimin bildirdiyinə görə “Az - Granata”MMC – nin məhsulları ölkə bazarında satılır və belə olan halda ölkə qanunlarına uyğun istehsalın həyata keçirilməsi şərtdir: “Hər hansı bir şirkətin spirtli içki, şirə və ya yeyinti məhsulu istehsal edərək bazara çıxartması zamanı ölkə qanunlarına hörmət etməsi vacibdir. Əks təqdirdə qanunla nəzərdə tutulmuş cəzalar var. Haqqında bəhz etdiyiniz “Az-Granata”MMC – nin son fəaliyyəti haqqında yazılanları oxumuşam. Yazılanlar və özümün apardığım müşahidələr göstərir ki, bu şirkət rəsmiləri Standartlaşdırma qaydalarına uyğun fəaliyyət göstərmir. Onların məhsullarının loqolarında doğma dilimizdə adların yazılmaması buna misal sayıla bilər. Bundan başqa spirtli içkilərin loqosuna dövlət atributunun əks edilməsi qanuna ziddir. Bu faktlara biganə qalmaq olmaz. Cəmiyyətin belə qanunu pozanlara qarşı qınağı olmalı və dövlət qurumları hüquqi addım atmalıdır. Kimliyindən asılı olmayaraq dövlətin qanunlarından kənar fəaliyyətin cəzası bəllidir. İkinci sorğunuza cavab olaqraq deyə bilərəm ki, uşaqlar üçün istehsal edilib satışa çıxarılan məhsullara nəzarət artırılmalıdır. Qazanc məqsədilə uşaqların və ya vətəndaşların həyatını təhlükəyə atmaq olmaz”.

Elxan Əliyevin fikrincə “Az-Granata”MMC – nin fəaliyyətinə nəzarəti artırmaq və ictimaiyyətdə məlumatlandırmanı geniş formada aparmaq lazımdır. Bu işdə medianın üzərinə böyük yük düşür. Mütəxəssis onu da qeyd etdi ki, aidiyyatı qurumların laqeyd münasibəti fəlakət və faciə ilə nəticələnə bilər.
Qeyd edək ki, “Az-Granata”MMC – nin islam dininə sayğısızlığı da narazılıqlar yaradıb. Buna görə Realliqinfo.org –da dərc olunan yazıdan sonra ölkənin bir sıra tanınmış ziyalısı Prezidentə və Birinci vitse-prezidentə rəsmi müraciət ünvanlayıblar. Həmin müraciəti növbəti yazıda geniş diqqətinizə çatdıracağıq.
Uşaqları ''Az-Granata'' MMC-nin məhsullarından qoruyun - Şirkətin təhlükəli fəaliyyəti ilə bağlı rəsmi müraciətlər başladı

“Az - Granata”MMC – nin qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarını cəmiyyətə təqdim edən Realliqinfo.org saytı və saytın baş redaktoru məhkəməyə verilmişdi. Hazırda məhkəmə çəkişməsi davam edir. Məsələ ilə bağlı mediaya açıqlama verən Realliq.info saytının baş redaktoru İkram Rəhimov bildirmişdi ki, Masallı rayon məhkəməsinin qərarından Apellyasiya şikayəti verəcəklər. Baş redaktor ölkə ictimaiyyətinə müraciət edərək
“Az-Granata” MMC – nin məhsullarından istifadə etməməyi tövsiyyə edib. Həmin müraciət də diqqətinizə çatdırılacaq.

Xatırladaq ki, ölkə mediasında dəfələrlə adıçəkilən şirkətin məhsullarının həyat üçün təhlükə mənbəyi olduğunu qeyd edilib. Lakin rəsmi qurumlar faktlara biganə münasibət göstərməklə yaşana biləcək faciələri önləmək istəmirlər. “Az-Granata”MMC- nin dövlət vergisindən yayınma faktları da hələ ki, araşdırlımır. Vergilər nazirliyindən realliqinfo.org – bildiriblər ki, onlar saytın apardığı araşdırmaları və video çəkilişləri nəzərdən keçirirlər və yaxın günlərdə tədbir görüləcək.

Biz ümid edirik ki, “Az-Granata”MMC- nin qanunsuz fəaliyyətinin qarşısı alınacaq. Vətəndaşlarımızın sağlamlığına təhlükə yaradan şirkətin xarici ölkələrə də zərərli məhsullarını satması dövlətimizin maraqlarına gələcəkdə ziyan gətirə bilər. Inanırıq ki, Avropa ölkələrində bu məhsulların satışına qadağa qoyulacaq və demokratiya dəyərlərindən danışan dövlətlər medianı məhkəmə yolu ilə susdurmağa çalışan “Az - Granata”MMC – ni baykot edəcəklər. Həmin ölkələrin səfirliklərinə rəsmi müraciətlərimizin nəticə verəcəyinə şübhəmiz yoxdur.
Araşdırmalarımız davam edir.
Realliqinfo.org

XƏBƏR LENTİ