Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Hüseyn Bağırovun görmədiyi biznes ekoloji fəlakət yaradıb - VİDEOLAR

Tarix:19-04-2018, 15:53 Baxış Sayı:607

Hüseyn Bağırovun görmədiyi biznes ekoloji fəlakət yaradıb - VİDEOLAR

Vətəndaşların evləri uçmaq təhlükəsi ilə üzləşib
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Goradil bağları ərazisində yaşayan sakinlər Azadsoz.info – ya müraciət edərək rast olduqları ekoloji fəlakətdən yazıblar. Saytın ərazidə olan əməkdaşlarına məlum olub ki, yaranmış fəlakət təbiətin qanunauyğunluğu deyilmiş. İşbazlar tərəfindən Goradil bağlarının torpaq və qum örtüyü hər gün maşınlarla Sumqayıtda yerləşən Yeni İnşaat bazarına və digər ərazilərdə xüsusi satış yerlərinə daşınır. Orda yığılan qum və torpağın satışını özünü Tural kimi qələmə verən şəxs həyata keçirir. Sakinlər qeyd edir ki, bu şəxs hər gecə 10 MM 993 dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlir və bundan sonra yük maşınları işə başlayır. “Kamaz” markalı maşınların bəzilərinin dövlət nömrələri əməkdaşımız qeydə alıb – 90 BM 046, 90 MR 079, 99 MR 075

Onu da qeyd edək ki, yalançı adı Tural olan bu şəxsə Sumqayıtda cinayət işi qaldırılıb və məsuliyyətə cəlb olunub. Hadisənin oğurluq üstündə baş verdiyi və işbaza şərti iş kəsildiyi qeyd olunur.

Azadsoz.info –ya müraciət edən vətəndaşların narahatçılığı əsassız deyil. Evlərinin qonşuluğunda hektara yaxın ərazinin 5 metr dərinlikdə qazılması yaranmış təhlükənin gerçək üzüdür. Evlərin uçmaq təhlükəsi ilə üzləşməsi sakinlərin həyatına ciddi təhlükə yaradıb.

Ərazidə müşahidə aparan saytımızın əməkdaşı ekoloji fəlakətlə bağlı video və fotolar çəkib. Lakin Ekologiya və Təbii Sərvətlər nazirliyinin Goradil bağlarında baş verənlərə laqeyd münasibəti bizim narahatçılığımıza səbəb oldu. Vətəndaşlar dəfələrlə nazirliyin Bakı Ərazi idarəsinə müraciət ediblər. İdarədən bildiriblər ki, torpaqların daşınması və istismar edilməsinə nəzarəti Ekologiya və Təbii Sərvətlər nazirliyi həyata keçirir. Belə ki, nazirliyin müvafiq şöbəsi olduğu üçün Ərazi idarələrinin ekologiji fəlakət yaradanların qarşısını almağa səlahiyyəti çatmırmış. Maraqlıdır belə olan halda Ekologiya və Təbii Sərvətlər nazirliyinin başbilənləri, işbazların qanunsuz fəaliyyətinə niyə nəzarət edə bilmir?

Aparılan araşdırmalar və faktlar göstərir ki, adıçəkilən nazirlik səlahiyyətliləri baş verən özbaşınalığa nəzarət etmək istəmir. Əks təqdirdə insanların həyatı onlar üçün önəm kəsb edərdi.

Hüseyn Bağırovun görmədiyi biznes ekoloji fəlakət yaradıb - VİDEOLAR


Goradil bağlarında torpaq və qumun istismar edilməsi, işbazlar tərəfindən bağ ərazilərinin talanması və 5 metrə yaxın hektarlarla ərazinin qazılması və sadə vətəndaşların mülklərinə yaranmış təhlükə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul şəxsi Aftandil müəllimə müraciət etdik. Aftandil müəllim Azadsoz.info – ya bildirdi ki, Goradil bağlarında baş verənlərdən xəbərsizdir. Lakin faktlarla bağlı araşdırmalara başlanılıb və əraziyə nazirliyin əməkdaşları göndərilib. Nazirliyin səlahiyyətlisi saytın sorğularına cavab olaraq qeyd edib ki, belə hallarla bağlı onlar polisə rəsmi müraciət edəcək.



Ərazidə yaşayan sakinlər isə sayta bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları dəfələrlə ərazidə olublar. Amma onlar baş verən qanunsuzluğu görmək istəməyiblər və işbazların özbaşınalığına şərait yaradıblar.

Biz media qurumu olaraq son vaxtlar ETSN – nin fəaliyyətində yol verilən nöqsanlar və nazir Hüseyn Bağırovun baş verənlərə laqeyd münasibətini yazılarımızda qeyd edirik. Ola bilər ki, nazirliyin səlahiyyətli nümayəndələri nazirə yalan məlumatlar ötürməklə məqsədlərinə həyata keçirmiş olsun. Lakin bu hal belə Hüsey Bağırovun yaranmış fəlakətdə məsuliyyətini azaltmır. Nazir olaraq vəzifəsindən sui istifadə edən əməkdaşlarını cəzalandırmaq səlahiyyətinin ona məxsus olması, məlumatların yalan olub – olmamasında önəm daşımır. Çünki, Hüseyn müəllim də bilir ki, yalanın ömrü qısa olur və şəxsi maraqlar faktların gizlədilməsində önəmli rol oynayır.



Biz yenə ETSN rəhbərliyinə müraciət edərək Prezidentin tapşırıq və tövsiyyələrinə sayğı göstərmələrini tələb edirik.
Mövzuya qayıdacağıq.

XƏBƏR LENTİ