Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Yeni təyin olunacaq təhsil naziri xanım olacaq - AÇIQLAMA

Tarix:20-04-2018, 13:06 Baxış Sayı:366

Yeni təyin olunacaq təhsil naziri xanım olacaq - AÇIQLAMA

Bir neçə aydır ki, Azərbaycanda Təhsil naziri postdu boşdur. Aprelin 11-i keçirilən növbədən kənar prezident seçkilərindən bu məsələ yenidən gündəmə gəlib. Xəbər verdiyimiz ki, yaxın günlərdə hakimiyyət yenidən formalaşacaq. Bu zaman Təhsil nazir kimin təyin olacağı maraqla gözlənilir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunması daha məqsədəuyğun olardı: "Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir. Belə ki, Azərbaycan təhsili dünya reytinqində çox geri qalıb bu da dünya təhsilini bilənlərin təhsil idarəetməsində az olması ilə ciddi şəkildə bağlıdır. Zaman zaman eşidirəm ki, Təhsil naziri qadın olacaq. Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər".

Kamran Əsədov vurğulayıb ki, etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasnaməsini qoymuş şəxs kimi tarixə düşdü: "Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi. Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil Nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərəm. Hətta son 4-5 ildə təyin olunmuş rektorlar arasından da Təhsil naziri təyin oluna bilər. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütün əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan birinin təyin olunması yaxşı olardı. Etraf edək ki, Neft erası” bitdikdən sonra dövlət büdcəsində yaranan kəsirlər hökuməti müəyyən islahatlara getməyə vadar etdi. Neft qiymətlərinin kritik həddə qədər azalması zamanında bir sıra sahələrdə, xüsusilə də büdcə təşkilatlarında gəlir və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Təhsil Nazirliyinin də adının dəyişdiriləcəyi düşünürəm. Hesab edirəm ki, nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Xatırladım ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir. Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi və Dini Etiqad Nazirliyi” adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət olan strukturu təsdiq edilib. Sonradan Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi "Xalq Maarif Komissarlığı” adı ilə yenidən təşkil edilib və respublikadakı bütün təhsil müəssisələri onun tabeliyinə verilib. 1921-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Texniki Peşə Təhsili Komitəsi yaradılıb. Ümumiyyətlə, 1959-1988-ci illərdə təhsillə bağlı Azərbaycanda 2 Nazirlik (Xalq Maarifi Nazirliyi, Ali və Orta-İxtisas Təhsili Nazirliyi) və 1 Komitə (Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç qurum ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb, onun strukturu təsdiq olunub. 3 sentyabr 1993-cü il tarixli sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi” adı ilə yenidən təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli 58 nömrəli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub. Təhsil Nazirliyinin bu dəfə də adının dəyişəcəyi ehtimalları çox yüksəkdir".

XƏBƏR LENTİ