Anons

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

''Azəriqaz'' əməkdaşları əhaliyə divan tutur... - FOTOLAR

Tarix:8-05-2018, 13:57 Baxış Sayı:181

''Azəriqaz'' əməkdaşları əhaliyə divan tutur... - FOTOLAR

Onlar sayğacların plastik plomblarını qırır, daha sonra vətəndaşlara böyük məbləğdə cərimələr yazır

Mirvari Qəhərmanlı: “Aprelin sonunadək 9200 abonentin də plombu qırılmalı idi, özü də bu proses hələ mayın 10-dək davam edəcək”

“Təkcə martın son günündə Abşeronda 2135, Binəqədidə 758, Sabunçuda 918, Xəzərdə 591, Səbaildə 338, Nəsimidə 130 abonent cərimə olunub. Digər rayonlar üzə cərimə edilən abonentlərin sayı 100-300 arasındadır...”

“Hürriyyət”in redaksiyasına bir qrup vətəndaş tərəfindən şikayət daxil olub. Onlar "Azəriqaz" İstehsalat Birliyindən gileylidirlər. Vətəndaşların iddiasına görə, “Azəriqaz” əməkdaşları sayğacların plastik plomblarının qırılmasını əsas gətirərək, onlara böyük məbləğdə cərimələr yazıblar.

Vətəndaşlar plombların qırılmasından xəbərsiz olduqlarını, sayğaca müdaxilə etmədiklərini desələr də, bunun heç bir nəticəsi olmayıb. Hər birinə 300-500 manat civarında cərimə yazılıb. Bunun qanunsuz olduğunu iddia edən şikayətçilər, bizdən bu vəziyyəti aydınlaşdırmağı xahiş edirlər.

“Azəriqaz”ın məsələyə münasibətini öyrənmək cəhdlərimiz hələ ki, nəticəsiz qalıb. Amma bu problemin həllində vətəndaşlara yaxından kömək edən, onları bu sahədə maarifləndirməyə çalışan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ilə bu mövzuda ətraflı danışaraq, problemdən çıxış yolunu aydınlaşdırmağa çalışdıq.

Mirvari xanımın söylədiklərini olduğu kimi oxucularımıza təqdim edirik: “Bu həqiqətən də çox böyük bir problemdir. Mart ayında mənə iki cədvəl göndəriblər. Birinci cədvələ əsasən, yalnız mart ayında plombun qırılması” adı ilə (itron tipli sayğaclarda) Bakı və Abşeron üzrə 5400 abonentə cərimə tədbiq olunub, ikinci cədvəldə isə plan 14 600-dür. Deməli, aprelin sonunadək 9200 abonentin də plombu qırılmalı idi, özü də bu proses hələ mayın 10-dək davam edəcək.

Onu da qeyd edim ki, təkcə martın son günündə Abşeronda 2135, Binəqədidə 758, Sabunçuda 918, Xəzərdə 591, Səbaildə 338, Nəsimidə 130 abonent cərimə olunub. Digər rayonlar üzə cərimə edilən abonentlərin sayı 100-300 arasındadır.

Əslində plastik plombların qırılmasına görə istehlakçıları cərimələmək qanuna ziddir. Çünki 2006, 2007, 2008-ci il istehsalı olan saygaclar o qədər günün altında qalıb korlanır ki, əl vuran kimi sınır. İstismar müddəti bitmiş sayğacları dəyişdirmək əvəzinə, sınmış sayğacı dövlət yoxlamasına göndərib, müdaxilə rəyi yazırlar, cəriməni isə abonentə ödədirlər.

İstehlakçıların əksəriyyəti Nazirlər Kabinetinin qərarından xəbərsizdir, bu da fırıldaqçılara ucdantutma hamıya cərimə yazmaq imkanı verir. Odur ki, sizə təqdim olunan bildiriş və rəyləri diqqətlə oxuyun. Sizə sayğaca müdaxilə haqqında dövlət yoxlamasından keçirilmiş rəy təqdim edilmədən, cərimə tədbiq olunduğu halda məhkəməyə müraciət edin.

Onu da qeyd edim ki, “Azəriqaz” “SOCAR” strukturunda yeganə qurumdur ki, məhkəməyə təzyiq etmir. Bunu öz iş təcrübəmə əsaslanaraq deyirəm. Bu, onu müsbət tərəfdən xarakterizə edən bəlkə də yeganə cəhətdir.

İstehlakçılar onu da bilməlidirlər ki, sayğacın yivli birləşməsinə vurulmuş plombun (plastik plombun) qırılması ilə bağlı cərimə tədbiq olunmamalıdır, yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sayğaсa vurduğu plomba müdaxilə olunduğu və qaz oğurluğu baş verdiyi halda istifadəçi cərimələnə bilər.

Amma hətta bu halda da “Azəriqaz” ciddi nöqsanlara yol verir. Belə ki, cihaza müdaxilə faktı aşkarlananda, həmin cihaz laboratoriyaya göndərilməli, laboratoriyadan rəsmi rəy verilməlidir ki, cihaza müdaxilə olunub, bununla əlaqədar akt tərtib olunmalıdır, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim ediliməlidir.

Təəssüf ki, aktların tərtibində də qanunsuzluğa yol verilir. Plombların qırılması ilə əlaqədar tərtib olunmuş aktlar kompüterdə doldurulur, halbuki əllə doldurulmalıdır. Həmin aktlar abonentə təqdim olunmur, aktlara abonent əvəzindən qol çəkilir. Bu isə ciddi qanun pozuntusudur.

Əgər rəsmi rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa, o halda orta sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri “SOCAR” və “Neftqazelmitədqiqat” İnstitutu tərəfindən hazırlanmış, “SOCAR”-ın vitse-prezidenti Qurbanov tərəfindən təsdiqlənmiş, 16 dekabr 2017-ci il tarixli qərarla hesablanmalıdır. Həmin qərar əsasən, abonentə 3 aylıq qaz sərfinin miqdarı qədər cərimə yazlılmalıdır. “Azəriqaz” isə həmin qərara zidd olaraq, daxili əmr verib 3 ayı 6 ay edib. Hətta özbaşına cərimə də tətbiq edir, bununla bağlı məndə sənədlər var. Bu qanunsuzluğun qarşısını almaq üçün bütün vətəndaşlara məsləhətim budur ki, əgər sizə hər hansı səbəbdənsə cərimə yaziblarsa, xidmət sahəsindən aktin surətini və hesabat vərəqini tələb edin, görün cihazlarin saatlıq qaz sərfini 90 günə vurublar, yoxsa 180 günə. Əgər 180 günə vurublarsa, bizə müraciət edin, bu halda biz ARDNŞ-nin Nazirlər Kabineti ilə razilasdirilmis sayğacsız istifadəyə görə qaz sərfinin hesablanması haqda metodiki tövsiyyəni sizə verərik və həmin sənədi məhkəməyə təqdim etsəniz, sizin cəriməniz avtomatik ləgv edilmis olacaq.

Onu da deyim ki, əhaliyə tətbiq olunan qeyri-qanuni cərimələr “Azəriqaz”ın yol verdiyi böyük miqdarda qaz itkisini ört-basdır etmək məqsədilə tətbiq olunur.

Biz əhalini maarifləndirir, onlara qanunlar haqda məlumat veririk. Mən hər gün öz Facebook səhifəmdə buna dair qeydlər edirəm, statuslar paylaşıram, soydaşlarımızı ayıq-sayıq olmağa çağırıram.

Bax, dekabr ayında əhalini xəbərdar etdim ki, sütunlama əməliyyatında “Azəriqaz” fırıldaq işlədəcək, bu əməliyyat yanvarın 10-na kimi uzanacaq. Belə də oldu, amma heç kəs məhkəməyə müraciət etmədi. Cərimələrlə əlaqədar isə Kəsəmənlidən iki ailə “Azəriqaz”dan şikayət etdi və məhkəməni qazandı.

İnsanın günahı sübut olunmasa, onu ittiham etmək olmaz.

Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. Bu prinsipin pozulması özü bir cinayətdir.

Belə təəssürat yaranır ki, “Azəriqaz” kimi dövlət qurumu olan hakimiyyətə siyasi müxalifət lazım deyil. Əhalinin sosial durumunu pisləşdirməklə onlar çox böyük təhlükəli oyuna girişiblər.

Mən hüquq müdafiəçisiyəm, məlumat daxil olur, mən də yazıram ki, bax bu məlumat var, yoxlayın, ordan Kəbleyi (Mən “Azəriqaz”ın mətbuat xidmətinin katibi İbrahim Kərbəlayevə Kəbleyi deyirəm) cavab verir ki, mətbuatda yazılanlar yalandır. Mən də deyirəm ki, yalançının atasına lənət! Kəbleyi ixtisasca aqronomdur. Sizcə, aqronomdan mətbuat xidmətinin katibi olar?

Yeri gəlmişkən, “Azəriqaz”ın saytında “Borcunu öyrən” səhifəsi var(http:/http://azeriqaz104.az/az/balance -daxil olub borcunuzu, o cümlədən sizə cərimə yazılıb-yazılmadığını öyrənə bilərsiniz).

Bizim ofisdəki sayğacın göstəricindəki məbləğ 75 manadır. İldə bir dəfə karta pul vururam, ilin axırına qədər bəs edir, nə qədər işıq işlədirik ki. Girirəm sayta, abonent nömrəsini daxil edirəm, yazılır 15 manat. O da işləmir. Yalandan qoyublar. Camaatı çaşdırırlar.

Doğrudanmı, aidiyyatı dövlət qurumlarında bu məsələlərlə bağlı müəyyən araşdırmalar aparılmır? Axı bu gün sosial şəbəkələr əhalinin bütün problemlərini kifayət qədər açıq şəkildə işıqlandırır. Heç kəs üçün də sirr deyil ki, sosial şəbəkələr daim hökumət qurumlarının nəzarəti altındadır. Facebook isə daha çox izlənilən sosial şəbəkədir, mən də demək olar ki, hər gün ordakı səhifəmdə yazılar verirəm.

Yəni, bu faktları araşdırmaq üçün vaxt tapa bilmirlər? “SOCAR” idarəolunmaz bir struktura çevrilib. “Azəriqaz” onu maraqlandırmır. Hərə öz işi ilə məşğuldur, əziyyət çəkən isə hər zaman olduğu kimi sadə vətəndaşlardır. Hansısa məmur tutduğu vəzifədən azad edildikdən sonra, onun dövlətə vurduğu maddi ziyan haqda, qanunsuz yolla mənimsədiyi milyonlar barədə yazırlar. Olmazmı ki, onların fəaliyyəti elə vəzifədə olduqları dövrdə araşdırılsın? Axı mən yazıram ki, “Azəriqaz” əhaliyə divan tutur, araşdırın da bunu, durdurun günahkarları, alın qarşısını bu özbaşınalığın. Nəyi gözləyirsiniz?”

Banu OĞUZ

P.S. Ümid edirik ki, aidiyyatı dövlət qurumları hüquq müdafiəçisinin bu müraciətinə biganə qalmayacaq və ən tez zamanda təqdim olunan faktlar ciddi surətdə araşdırılacaq.

Həmçinin, məsələ ilə bağlı “Azəriqaz”dan rəsmi açıqlama gözləyirik.

''Azəriqaz'' əməkdaşları əhaliyə divan tutur... - FOTOLAR

''Azəriqaz'' əməkdaşları əhaliyə divan tutur... - FOTOLAR

''Azəriqaz'' əməkdaşları əhaliyə divan tutur... - FOTOLAR

XƏBƏR LENTİ