Anons

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

''Güzəştli mənzillər'' - 5 suala 5 cavab

Tarix:8-05-2018, 15:08 Baxış Sayı:173

''Güzəştli mənzillər'' - 5 suala 5 cavab

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilən və "güzəştli evlər" kimi tanınan mənzillərin satışına başlanıb.
Agentliyin saytında yerləşdirilən məlumata görə, Yasamal Yaşayış Kompleksində satış avqustun 7-nə kimi aparılacaq.
Bakının Yasamal rayonunda yerləşən yaşayış kompleksində 4 binada 260 mənzil satışa çıxarılıb.
Agentlik bildirir ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Güzəştli mənzilləri kim ala bilər?

Agentliyin açıqlamasına görə, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququ var.
Elektron kabineti olanlar isə mənzillər satışa çıxarılandan sonra kim mənzil almaq üçün sayta daxil olub istədiyi mənzil üçün birinci olaraq düyməni bassa, həmin mənzil onundur.

Güzəştli mənzil almaq üçün hansı kriteriyalar var?

Güzəştli mənzil almaq üçün iki kateqoriyada kriteriyalar müəyyənləşib:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyası:

* Şəhid ailəsinin üzvləri, milli qəhrəmanlar, məcburi köçkünlər;
* ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
* ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər;
idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər kateqoriyası:

* Elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
* ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər;
* ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları;
* ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər;
* ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər aiddir.

''Güzəştli mənzillər'' - 5 suala 5 cavab


Hazırda istidafəyə verilən kompleksdə mənzillər neçəyədir?

Agentliyin satışa çıxardığı mənzillərin qiyməti 1 otaqlı - 30 min manatdan, 2 otaqlı - 47 min manatdan, 3 otaqlı - 65 min altı yüz manatdan başlayır.
Mənzilləri öz vəsaiti hesabına, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına və digər kredit təşkilatlarından maliyyə cəlb etməklə əldə etmək olar.
Mənzil ipoteka krediti ilə alındığı zaman, 10 faiz minimal ödəniş tələb olunur. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.
Mənzil 30 il müddətinə alındıqda 1 otaqlı mənzil üçün aylıq 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzil üçün isə 282-288 manat ödənilir, Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatında deyilir.

Mənzil almaq istəyən şəxs minimal ilkin ödənişdən artlq ödəniş edərsə, buna görə endirim əldə edir.
Mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən şəxsə isə əlavə 10 faiz endirim edilir.

Güzəştli mənzilin güzəştli ipoteka krediti ilə fərqi nədir?

Agentlik deyir ki, bu mənzillər ipoteka krediti ilə alına bilən digər mənzillərdən daha ucuz qiymətə satılır.
Bundan əlavə, bu mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunur və digər mənzillərdən fərqli olaraq bütün sənədləri var, Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyir.

Güzəştli mənzillər bazar qiymətlərindən ucuzdurmu?

"Bu mənzillərin satışa çıxarılması özü səhvdir", - "Güzaran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli BBC Azərbaycancaya müsahibəsində deyib.

Ekspert hesab edir ki, bu layihənin şərtləri sosial ev anlayışının fəlsəfəsinə tam ziddir. O qeyd edir ki, bu evlər dünya praktikasında olduğu kimi, aztəminatlı ailələrə simvolik məbləğlə kirayə verilməli idi.

Cənab İbrahimli güzəştli mənzillərin qiymətlərinin orta bazar qiyməti ilə eyni olduğunu və burda heç bir güzəştdən söhbət getmədiyini deyir:
"Agentliyin açıqladığı rəqəmlərdən görürük ki, güzəştli mənzillərin 1 kvadrat metri təxminən 950 manata təklif olunur. Mənzil bazarında isə hazırda 1 kvadrat metri 600-650 manata da evlər almaq olar", Qadir İbrahimli deyir.

Mənzil İnşaatı Dövlət Agentliyi deyir ki, bu mənzillər əslində hamının dediyi kimi sosial evlər deyil.
"Bu, güzəştli və uyğun qiymətə olan evlərdir və bəzilərinin dediyi kimi pulsuz verilməməlidir", -Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova BBC Azərbaycancaya deyib.

Mənzil İnşaatı Dövlət Agentliyi iddia edir ki, bu mənzillərin qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən 20-25 faiz aşağıdır.

Fond Agentliyin satışa çıxardığı Yasamal Yaşayış Kompleksinin yerləşdiyi ərazi üçün orta bazar qiymətini 1 kv.m üçün 1494 manat dəyərində qiymətləndirib.

XƏBƏR LENTİ