Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

"Kremili tikən şamaxılılara, memar tapılmır"

Tarix:10-05-2018, 08:57 Baxış Sayı:327

"Kremili tikən şamaxılılara, memar tapılmır"

Ölkədə idarəçilk prinsipləri dünya standartlarına uyğun formada dəyişsə də, Şamaxıda hər şey hələ də qubernatorun - rayon İcra hakimiyyətinin I müavini Qasım Qasımovun müəyyən etdiyi qırmızı xətt çərçivəsindədir.

Bakunews.az xəbər verir ki, bunu ötən gün conflict.az-a telefon açan Şamaxı saknlərindən biri söylədi. Redaksiyaya məlumat verən sakin bildirdi ki, rayon İcra Hakimiyyətinin I müavini Qasım Qasımovun iddiası səbəbilə artıq br neçə ildir ki, Şamaxıda memar yoxdur. Mənbənin bildirdiyinə görə Rüstəm adlı baş memar təxminən 3 il əvvəl vəzifəsindən azad edilsə də, RİH-in səlahiyyətliləri həmin posta münasib şəxs tapa bilmirdilər. Şamaxı RİH-nin rəsmi saytında “Aparatın strukturu” bölməsində “şöbə müdiri – baş memar” qrafasıda bu müddətdə boş göstərilib. Rayon saknin bildirdiyinə görə peşəkarlığı ilə seçilən Rüstəm müəllim uzaqlaşdırıldığı görəvinə yenidən qaytarılsada, lakin bu dəfə statusu fərqli olub. Belə ki, RİH sistemində hər bir işi öz monopoliyasında saxlayan I müavin Qasım Qasımov baş memarında işinə ciddi müdaxilə edirmiş. Sonucda Qasım Qsımovun təzyiqinə dözməyən memar yenidən - artıq ikinci dəfə istefa verib. Conflict.az-la əlaqə saxlayan rayon sakini bildirdi ki, bu kimi hal yalnız RİH strukturunda deyil. Rayon əksər idarə və müəssisələr kimi Təhsil şöbəsi, hətta Mərkəzi Xəstəxana belə I müavinin nəzarətindədir. Mənbə bildirdi ki, RİH-nin I müavini Qasım Qasımov Rüstəm adlı memara yalnız sənədlərin hazırlanıb qol çəkilməsini həvalə edirmiş, möhür vurulması proseduru isə mütəmadi olaraq müavinin nəzarətində olub. Mənbənin bldirdiyinə görə Rüstəm müəllim bir neçə ay səbr etsə də, sonucda yuxarıda qeyd olunduğu kimi bu cür iş prinsipini qəbul etməyərək istefa verib.

"Kremili tikən şamaxılılara, memar tapılmır"

Mənbə əlavə olaraq qeyd etdi ki, ölkə rəhbərlyi tərəfindən təhsil sahəsində müxtəlif istiqamətli inkişaf strategiyası seçilsə də, Şamaxıda hər şey sovetlər dönəmində olduğu kimi - bir əldə cəmlənib. Yəni bu sahənin də qeyri - rəsmi patronu Qasım Qasımovdur. Rayon sakininin verdiyi məlumata görə, ölkə ictimaiyyətinin diqqətini məhz təhsil sistemində ən şokedici hadisələrlə yalnız Şamaxı rayonunda baş verənlər zaman-zaman cəlb etməyi bacarıb. "Əslində bu kimi biabırçılıqlar şamaxılılara xas olan hərəkət deyil. Onlar dünyaya Nəsimi, Seyid Əzim, Sabir kimi dühalar veriblər. Bütün bu biabırçılıqların səbəbi yarıtmaz və məqsədli idarəçilikdir" - deyən rayon sakini Qasım Qasımovun bu sahəni də ələ keçirdiyini qeyd etdi. Diqqətli oxucular xatırlayırsa bir neçə ay öncə mətbuat rayonun kənd məktəblərindən birinin direktorunun Təhsil nazirliyinin müvafiq əmri ilə yarıtmaz fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat dərc etmişdi. Lakin vəzifəsindən azad edilən həmin direktor təhsil müəsisəsinin möhürünü təhvil verməmişdi. Hətta məktəb direktoru bir azda irəli gedərək, RİH-nin I müavini Qasım Qasımova əmrdən bir ay öncə onunla görüşünü də "xatırlatmışdı". Mənbənin verdiyi məlumata görə Təhsil nazirliyi tərəfindən görəvindən müvafiq əmrlə alınmış direktor hələ də vəzifəsini icra etməkdədir. Bu cür vəziyyətdən narazılıq edənlərə isə Qasım Qasımov ya təzyq edir, ya da... Məlumatda o da qeyd edilir ki, məktəb direktorunun şərti RİH başçısının I müavini Qasım Qasımovu o vaxt olduqca narahat edib. Lakin bu narahatlığı rayon təhsil şöbəsinin müdiri, Qasım Qasımovun xalası oğlu Eyvaz Eminalıyev Təhsil nazirliyinə gedərək məsələni direktorun xeyrinə həll etdikdən sonra aradan qaldırmağı bacarıb. Mənbənin bildirdiyinə görə əmr dəyişdirilməsə də, direktorun görəvində qalmasına "göz yumulub". Göründüyü kimi ölkədə idarəçilk prinsipləri dünya standartlarına uyğun formada dəyişsə də, Şamaxıda hər şey hələ də qubernatorun - rayon İcra hakimiyyətinin I müavini Qasım Qasımovun müəyyən etdiyi qırmızı xətt çərçivəsindədir. Redaksiya ilə əlaqə saxlayan mənbə onu da bldirdi ki, bu və ya digər məsələlərlə bağlı baş verən hadisələr RİH-nin başçısı Asif Ağayevdən maksimum şəkildə gizlədilir. Əgər belə olmasa idi ixtisasca bədən tərbiyəsi müəllimi olan və artıq 24 ildir ki, həmin məktəbə rəhbərlik edən direktorun hətta latın qrafikası ilə yaza bilmədiyi də İcra Hakimiyyətinin başçısına bildirilərdi. Göründüyü kimi ölkənin təhsil sisteminə yeni nazir təyin olunsa da, lakin bu hal Qasım Qasımovu qətiyyən narahat etmir. Əksinə. Mənbənin bildirdiyinə görə növbədənkənar prezident seçkilərindən sonrakı mərhələdə rayon icra hakimiyyəti başçılarının təyinatında yer almağı düşünən Qasım Qasımov bu məsələ ilə bağlı artıq fəaliyyətə də başlayıb. Elə bu məqamda "Sehrili xalat" filimində vəzirin pionerlə bağlı gəldiyi qənaəti xatırladaq.

Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Bakunews.az

XƏBƏR LENTİ