Anons

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

26-04-2018, 02:00 - Azərbaycanda gömrük generalı hədəf seçildi - Həqiqətlər təğyiri-libas olmaqdadır

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

Beyləqan məktəblərinə səlib yürüşü - RTŞ müavini əməllərinə görə cavab verməkdən qaçmağı bacarıb...?

Tarix:11-05-2018, 09:10 Baxış Sayı:222

Beyləqan məktəblərinə səlib yürüşü - RTŞ müavini əməllərinə görə cavab verməkdən qaçmağı bacarıb...?


Beyləqan TŞ-nin müdir müavini Hüsaməddin Babayev Xurman Rüstəmovanın vəzifədən kənarlaşdırılmasına çalıışır.
X.Rüstəmovanın məzuniyyətdən dönməsindən sonra "üç muşketyor"una xanım müdirəni gözdən salacaq informasiyaları özlərinə yaxın mətbuatda dərc etdirmək tapşırığı verib.
Ölkə mətbuatı bir neçə gün əvvəl Beyləqan rayon Təhsil şöbəsində, müdir müavini Hüsaməddin Babayevin məktəb direktorları üzərinə üç müfəttişi vasitəsilə səlib yürüşü təşkil etməsi ilə bağlı məlumat dərc etmişdi Məlumatda bildirilirdi ki, Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın bir müddət əvvəl səhhəti ilə bağlı məzuniyyətə çıxmasından sonra Hüsaməddin Babayev RTŞ müdirəsinin müavini olaraq müvəqqəti onu əvəz etdi. Rayon Təhsilində fəaliyyət göstərən direktorlardan CiaNews.info-ya daxil olan məlumatda bildirilirdi ki, Hüsaməddin Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər. Redaksiyaya məlumat verən mənbənin bildirdiyinə görə rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir. Belə ki, hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" paketi tələb edirlər. Hətta məktəb direktorları Hüsaməddin Babayevin "üç muşketyor"dan ibarət yoxlamasını öz aralarında "P əməliyyatı" da adlandırırdılar. Rayon Təhsilində olan mənbədən redaksiyaya daxil olan məlumatda bildirilir ki, artıq 3 şöbə müdiri yola salan Hüsaməddin Babayev Xuraman Rüstəmovanın da yola salınması üçün ciddi fəaliyyətə keçib. Belə ki, X.Rüstəmovanın məzuniyyətdən dönməsindən sonra "üç muşketyor"una xanım müdirəni gözdən salacaq informasiyaları özlərinə yaxın mətbuatda dərc etdirmək tapşırığı verib. H.Babayev mətbuatın onunla bağlı dərc etdiyi məlumatları Xuraman Rüstəmovanın adına yazmaq tapşırığını verdiyini deyən mənbə, əlavə olaraq bildirdi ki, bu məsələdə məqsəd xanım müdirəni vəzifəsindən kənarlaşdırmaq məqsədi daşıyır.
Təsüflər olsun ki, Təhsil Nazirliyinin mediada yayımlanan faktlara münasibəti bir mənalı deyil. Beləki, nazirlik rəsmilərinə məktub ünvanlayan media qurumlarına belə rəsmi cavab verilməyir.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.

Mənbə: CiaNews.info

XƏBƏR LENTİ