Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Deputat Əsabil Qasımovun qohumuna məxsus binada fəaliyyət göstərən İmişlidəki "Medisan" klinikasında insan həyatı ilə oynanılır

Tarix:14-05-2018, 16:59 Baxış Sayı:390

Deputat Əsabil Qasımovun qohumuna məxsus binada fəaliyyət göstərən İmişlidəki "Medisan" klinikasında insan həyatı ilə oynanılır

"Medisan" klinkasında laboratoriyada fəaliyyət göstərən tibb bacılarının "təhsil müddəti" cəmi 6-7 gündür.

Bu klinikada baş verən hadisələrlə bağlı məlumatlar bitib tükənmək bilmir. Ötən gün İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, rayon mərkəzində fəaliyyət göstərən "Medisan" klinikasında insan həyatı üçün ciddi təhlükə yaradan hadisələr baş verir. Məsələnin ən qəribə tərəfi bu deyil. Ən qəribə tərəfi Respublika Səhiyyə nazirliyinin bu "tibb müəssisəsinin" fəaliyyətinə hələ də icazə verməsidir. Mənbənin verdiyi məlumata görə əslində bu müəssisəyə Beynəlxalq Universitetin fizioterapiya (Səhiyyə nazirliyi Azərbaycan Tibb Universitetindən başqa ölkədə fəaliyyət göstərən və sonradan korrupsiya faktına görə fəaliyyəti dayandırılmış bir "təhsil müəssisəsi"nin diplomu ilə həkm kimi çalışan bir şəxsə görəsən necə "icazə" verib? - redaksiya) fakultəsini bitirərək, hal - hazırda kardioloq (? - redaksiya ) kimi fəaliyyət göstərən Dilarə adlı xanım qeyri-rəsmi olaraq rəhbərlik edir.

Xatırldaq ki, fizioterapeya elə müalicə üsullarındandır ki, burada kimyəvi faktorlardan (dərmanlardan) deyil, fiziki müdaxilədən istifadə olunur. Yəni belə çıxır ki, xəstə evdə ürəyini çıxarıb "Mediasan"a gəlib deyir ki: "hörmətli Dilarə xanım zəhmət olmasa mənim ürəyimin filan damarının, filah hissəsinə bir əl gəzdirin". Və xanım "kardioloqun" müdaxiləsndən sonra da ürəyini yerinə qoyub gərnəşərək "oxxay, baban sənə qurban" deyib gedir? Əlbbətə ki, yuxarıda qeyd olunanlar bu xanımın ixtisasından və fəaliyyətindən dolayı yaranan təxəyyülün məhsuludur. Lakin məsələ nə qədər gülməli olsa da, həm də təhlükəlidir.

Mənbənin verdiyi məlumata görə "Medisan" klinkasında laboratoriyada fəaliyyət göstərən tibb bacılarının "təhsil müddəti" cəmi 6-7 gündür. Belə ki, "Medisan" klinikasında laboratoriyada tibb bacısı kimi fəaliyyət göstərməyi hədəfləmiş hər hansı bir xanım rayonun Dəmir Yolu xəstəxanasında yuxarıda qeyd olunan müddətdə, 6-7 gün "təhsil" aldıqdan sonra işə başlaya bilər. Göründüyü kimi bu klinikada fəaliyyət göstərən şəxslər kimlərəsə arxayın olmaqla insan həyatını sadəcə heçə sayırlar. Lakin bu da son deyil.

Mənbənin verdiyi məlumatda o da bildirlir ki, klinikada götürülən qan nümunələri müxtəlif prosedurlar üçün paytaxta gönədrlir. Lakin qanunla və təlimata uyğun olaraq həmin qan nümunələri içərisi 3-8 dərəcə temperatur olan xüsusi qablarda və bu qabların fəsadsız çatdırılması üçün tələb edilən avtomobillərdə olmalıdırsa, "Medisan"da həmin qan nümunələri İmişli - Bakı marşurutunda işləyən taksilərin yük yerlərində göndərilir. Həm də həkim müşayəti olmadan. Nəzərə alsaq ki, taksi paytaxta çatana və sərnişinləri müxtəlif ünvanlara çatdırana qədər qan nümunəsi uyğun olmayan yerdə - avtomobilin yük yerində istidə və avtomobiln mühərrikini işləməsi nəticəsində yaranan zəhərli, qazlı havada qalır.

O halda "nəticə" öncədən məlumdur. Mənbənin verdiyi məlumata görə hətta bəzi hallarda taksi sürücüləri qan nümunələrini paytaxtdakı laboratoriyaya təqdim etməyi unudaraq, bir gün belə yük yerində saxlayırlar. Və bu barədə həkimə hər hansı məlumat vermirlər. Nümunələr yalnız səhəri gün laborator araşdırmaya təqdim edilir. Əslində klinika rəhbərliyi bunu nəqliyyat xərclərinin az olması səbəbiylə edir. Lakin unudurlar ki, bu cür daşınma zamanı qanın tərkibi ona uyğun olmayan şəraitdə dəyişir, el dilində desək qan avtomobilin yük yerində sadəcə bişir. Və nəticə... Əslində bu cür fəaliyyətin nəticəsinin acı sonluğu qaçılmazdır.

Mənbə əlavə olaraq onu da qeyd etdi ki, "Medisan" klnikasının bu günkü fəaliyyətinin əsas elementlərindən biri də, İmişli Mərkəzi Rayon Xəstəxanasının bəzi həkimlərinin bu klinika ilə müştərək "iş birlikləridir". Belə ki, həmin həkimlərin "Medisan"a istiqamətləndirdiyi xəstələrdən alınan vəsaitdən onların da faiz payları var. Mənbə bilbirdi ki, mama-ginekoloq Əzizə Məmmədova bu cür "fəaliyyətdə" daha aktivdir. Hətta doğumuna iki-üç gün qalmış hamilə qadını belə analiz verməsi üçün "Medisan" a göndərir. Onu da qeyd edək ki, tibbi personal kimi "Medisan"nın texniki imkanları da müasir tələblərə cavab vermir.

Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən təşkilatların və şəxslərində mövqelərini dərc edə bilər.
BakuNews.az

Deputat Əsabil Qasımovun qohumuna məxsus binada fəaliyyət göstərən İmişlidəki "Medisan" klinikasında insan həyatı ilə oynanılır
Deputat Əsabil Qasımovun qohumuna məxsus binada fəaliyyət göstərən İmişlidəki "Medisan" klinikasında insan həyatı ilə oynanılır

XƏBƏR LENTİ