Anons

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

26-04-2018, 02:00 - Azərbaycanda gömrük generalı hədəf seçildi - Həqiqətlər təğyiri-libas olmaqdadır

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 15:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 11:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO

Tarix:17-05-2018, 10:42 Baxış Sayı:100

Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO

Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, ulu öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbiri açan Əməkdar artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb.

Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün ulu öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib.

Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır və adı ilə tarix yazır.

Mərasimdə ulu öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib. Filmdə ümummilli liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.

Filmin nümayişindən sonra Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə ümummilli liderin körpələrimizin sağlamlığı, təhsili, sosial və mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar və gənclərlə bağlı siyasətindəki bu qayğı və diqqət Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir.

Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib.

Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar.

Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.

Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO
Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO
Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO
Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO
Heydər Əliyevə həsr olunan ədəbi-musiqili mərasim keçirilib - FOTO

XƏBƏR LENTİ