Anons

19-06-2018, 11:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 12:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 12:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 12:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 20:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 13:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 18:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 12:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 12:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 20:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 04:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 13:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 17:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 11:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 20:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 23:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 21:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 18:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 14:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 19:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

18-02-2018, 02:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 11:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 03:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 18:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 18:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 14:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 18:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 13:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

Deputatı şəxsi köməkçisi kimi işlədən icra başçısı: Elmar Vəliyevin “məcburi konsert” sərgüzəştləri...

Tarix:20-05-2018, 01:25 Baxış Sayı:248

Deputatı şəxsi köməkçisi kimi işlədən icra başçısı: Elmar Vəliyevin “məcburi konsert” sərgüzəştləri...

Gəncə şəhərinin bir qrup təhsil işçisi tərəfindən Savash.org-un redaksiyasına icra başçısı Elmar Vəliyevin özbaşınalıqları və ilginc idarəetmə metodlarını sərt şəkildə tənqid edən müraciət daxil olub. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.

***

Kasıbçılıq içində çabalayan Gəncə şəhəri təhsil işçilərinin problemlərinin üzərinə daha bir problem də əlavə olundu.Gəncədə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən məcburən bu filarmoniyada keçirilən bütün konsertlərdə iştirak etmələrinə start verdi.

Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.Filarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar, çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır.

Deputatı şəxsi köməkçisi kimi işlədən icra başçısı: Elmar Vəliyevin “məcburi konsert” sərgüzəştləri...

Biz dünən müəllimlərə məcburi qaydada satılan biletlərin birinin şəklini Sizə göndəririk. Biletin qiyməti, müğənninin Alim Qasımov olması və s. aydın görünür. Amma biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb. Ona görə ki, həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxartdıracaqlar.

Bundan başqa, hər həftə "Kəpəz" futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satırlar.Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki,mən təhsil haqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır.Həmin şəxs ya vəzifəsini itirir,ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.Maşallah,Elmar müəllim leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada məşhurdur.

İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan filarmoniya artıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib.Belə yerdə müəllimlər deyirlər, isinmədik istisinə,kor olduq tüstüsünə..

Bir sözlə, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb. Camaat bilmir boğazının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin ciblərini doldursun. Məktəblərin bütün hamısına konsert bileti satdırır. Məktəblərə konsert bileti verir, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də yazıqlar qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə konsert olur. İndi gəl ay yazıq müəllim və valideyinlər ödə bu pulları. Bu nə qədər davam edəcək??? Camaat artıq bezib. Deyirlər ki, kaş bu filarmoniyanın üstünə göydən daş yağaydı. Bu konsert nəyimizə lazımdır? Filarmoniya olub kimlərinsə gəlir mənbəyi. Ölkədə iş yerləri yoxdur. Camaat bir təhər başını girələyir.
Hara baxır Təhsil naziri!? Burdan müraciət edirik Təhsil Naziri Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir? Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir Sizin? Bu biabırçılığa son qoymaq lazımdır. Gah kukla teatırı, gah dram teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.

Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlət, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar hər evə gətiurib məcburi şəkildə satsınlar. Bu sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar. Belə çox getməz.Yetər artıq. Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək yalnız və yalnız pul yığırlar. Bunu görən yoxdurmu? Nə qədər belə hayasızlıq etmək olar?

İcra başçısının söyüşlərlə dolu qudurğan hərəkətləri bütün iclaslarda adi hala çevrilib.Mətbuata yalnız martın 14-dəki iclasda olan faktların az bir hissəsi verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə söyüşlərlə zəngin toplantılarına öyrəşiblər.Bu məmurların əksəriyyəti arı, namusu artıq unudublar, unutmasaydılar bu söyüş dağarçığının cavabını çoxdan verərdilər.Bu şəxs , demək olar ki, hər iclasda kimisə söyür. Ən çox sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə? ”,- sözləridir.

Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta bu söyüş dağarcığını himayə edən şəxs və ya şəxslər dərhal Elmar Vəliyevi tənbeh etməlidir.
Bu başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin. İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar bağlanır, iclas zalından çölə heç kim buraxılmır, iki saat keçəndən sonra başçı iclasın təşkilatçılarına söyə - söyə zala daxil olur. Başçını əsəbi görən Naqif Həmzəyev alnının tərini silə-silə, əlində su stəkanı onun qarşısına yüyürür. Görəsən, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin ünvanına təhqirlər yağdıran bu Naqif Həmzəyev Gəncədən millət vəkilidir, yoxsa başçının su süzəni?Bu deputat adını hörmətdən salan şəxs parlamentdə oturmalıdır,yoxsa Elmar Vəliyevin iclaslarını təşkil etməlidir???

Hörmərtlə,Bir qrup təhsil işçisi

XƏBƏR LENTİ