Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

6-01-2019, 16:01 - "Avrasiya" Hospitaldan yeni il endirim kampaniyası yanvarın 15-nə kimi davam edir

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

Göygöldə Uşaq Musiqi Məktəbi “ailə podratı”na çevrilmiş təhsil müəssisəsidir

Tarix:1-06-2018, 10:01 Baxış Sayı:1 710

Göygöldə Uşaq Musiqi Məktəbi “ailə podratı”na çevrilmiş təhsil müəssisəsidir

“Əgər Aygül Əliyeva musiqi məktəbində direktor müavini işləyirsə, belə bir halın varlığı elə korrupsiyaya yol açan səbəblərdən biri hesab olunur”

Bir müddət bundan öncə Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində yaşanan çoxsaylı qanunsuzluqlarla bağlı sensaiya doğura biləcək açıqlama dərc etmişdik. Açıqlama işıq üzü gördükdən sonra, adı çəkilən musiqi məktəbinə rəhbərlik edən İradə xanım Bağırovaya yaxınlığı ilə seçilən media qurumlarında "Musiqi məktəbinin direktor müavini ittihamlara cavab verdi" başlıqlı məqalə işıq üzü gördü. Məqalədə dərc olunan faktlardan və müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlardan bəlli olur ki, bu gün də adı çəkilən musiqi məktəbində korrupsiya, rüşvətxorluq halları tüğyan etməkdədir. Buna baxmayaraq yaşananlarla bağlı hələ də aidiyyatı qurumlar susmaqda davam edirlər. Düşündürücü hal odur ki, dərc olunan məqalənin müəllifi musiqi məktəbinin direktoru İradə xanım Bağırovanın qızı Aygül Əliyevadır və o, məqalədə özünü direktorun müavini kimi təqdim edir. Bu cür mövqenin ortaya qoyulması açıq-aşkar şəkildə sübut edir ki, Xaqani kənd uşaq musiqi məktəbi “ailə podratı”na çevrilmiş bir təhsil müəssisəsidir.

Məqaləni diqqətlə oxuduqda o da hər kəsə gün təki aydın olur ki, bu uşaq musiqi məktəbində baş verənlər, eyni zamanda məmur özbaşınalığından başqa bir şey deyil. Yəqin ki, çoxsaylı oxucularımızın o da xatirindədir ki, hələ bir müddət bundan əvvəl Göygöl Uşaq Musiqi Məktəbində tüğyan edən korrupsiyanın hansı həddə olması, məktəb direktorunun özbaşınalığının “pik nöqtə”yə çatması yöndə əldə etdiyimiz məlumatlardan, soxsaylı sakinlərin redaksiyamıza ünvanladıqları şikayət məktublarından və s. bəlli olur ki, direktor İradə xanımın məktəb müəlliməsindən dərs saatına görə rüşvət almasını etiraf etməyə məcbur olması haqda məqalə dərc etmişdik. Hətta, atılan addımların doğruluğunu təsdiq edən səsyazısı yayımlandıqdan sonra “Gündəm Xəbər” qəzetində baş verənlərlə bağlı bir neçə məqalə də dərc olundu. Bu yöndə açıqlamaların dərcindən sonra, məqalələrin müəllifi Mehriban Əzizqızına qarşı təhdidlərin, təqiblərin və təhqirlərin sayı durmadan artdı. Hələ bu azmış kimi üstəlik bəzi mətbu orqanlarda bölgə müxbirimizlə və onun həyat yoldaşı ilə bağlı əsası olmayan, şər-böhtan xarakterli məqalələr də dərc olundu. Əslində bu cür addımlar etikadan kənar, bir növ insanlığa sığmayan addımlar oldu. Dərc olunan məqalələrin müəlliflərinə Mehriban Əzizqızının cavabı isə belə oldu: “Bu gün informasiya məkanında kimlərsə sanballı, savadlı görünmək məqsədilə sensasion xəbərlər yaymaq istəyir. Bəzi hallarda isə kimlərsə hansısa media qurumunun ətəyindən yapışaraq özünü maraq dairəsinə “soxmağa çalışır”. Təəssüflər olsun ki, həmin media qurumları yalnız özündən və qarşısındakı kompyuterdən ibarət olur. Kiber-məkanda belələri "troll" fason adlanırlar. Bəzən informasiya məkanında onlar virtual qalmaqallar yaradaraq kimlərəsə sataşmaq və yaxud hansısa niyyətlərini həyata keçirmək məqsədilə təxribat və dezinformasiya xarakterli məlumatları yayırlar. Beləliklə də onlar əsl kimliyini ortaya qoyaraq internet istifadəçisinə çevirilirlər. Hazırda kiber-məkanda belə oyunçuların sayı çoxalmaqdadır. Onlar özlərini peşəkarların əl-ayağına dolaşdıraraq həqiqətə uyğun olmayan yazılar yazırlar, əsl peşəkarları ləkələmək, onların əldə etdikləri doğru məlumatlar üzərində öz "peşəkar"lıqlarını işə salaraq “alver” etməkdən belə çəkinmirlər”.

Onu da unutmaq olmaz ki, “Gündəm Xəbər” qəzetinin Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı xeyli müddətdir ki, bölgədə “reket jurnalistika”ya qarşı ardıcıl mübarizə aparmaqdadır. Yəni, bu gün də o, bu yöndə mübarizəsini davam etdirməkdədir. Ümumi şəkildə götürsək belə bir qənaətə gəlmək mümkündür ki, bölgə müxbirimizin xalqına, dövlətinə olan inamı, məhz bu cür məqalələrin ərsəyə gəlməsinə əsas səbəbdir. Təbii ki, bütün zamanlarda hər kəs hansısa maneələrlə üz-üzə qalıb. Bu gün dünyada korrupsiya hallarına, hər cür ədalətsizliyə o qədər rast gəlinir ki, regionlardakı korrupsiya və rüşvətxorluq hallarının varlığına o qədər də təəcüb qalmaq lazım deyil.

Bir faktı da vurğulayaq ki, “reket jurnalist”lər 2013-cü ildən bu günə qədər bölğə müxbirimizlə bağlı yaydığı məlumatlara ara-sıra biz də rast gəlmişik. Bu gün Gəncəbasarı ağuşuna alan “reket jurnalistlər” və şər-böhtan mafiyasının quyruqbulayanları bilməlidirlər ki, indi Azərbaycan mediası reallığı sevir, onların kimlərinsə adından hansısa naməlum ünvanlardan yazdıqları anonim məktublara, anonim yazılara söykənmək variantları, artıq keçmir. Məlumat üçün onu da qeyd edək ki, Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində direktor müavini ştatı olmayıb. KİV haqqında Qanundan xəbərsiz olanlar, bu gün sanki özlərini məlumatlı şəxs qismində göstərməyə çalışırlar. Həmin şəxslərdən bəziləri musiqi təhsili sahəsində çalışsalar da, əslində bu sahədən xəbərsiz olduqlarını atdıqları addımları ilə də sübuta yetirirlər. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi Aygül Əliyeva işıq üzü görən məqalədə özünü direktor müavini kimi təqdim edir. Əslində adı çəkilən bu xanım üstüörtülü olsa belə, musiqi məktəbində anasına “arxa-dayaq” olmağa çalışır. Amma hər kəs bilir, Aygül Əliyeva İradə Bağırovanın qızıdır. Əgər Aygül Əliyeva musiqi məktəbində direktor müavini işləyirsə, belə bir halın varlığı elə korrupsiyaya yol açan səbəblərdən biri hesab olunur.

Ümumiyyətlə, ailə üzvlərinin, yaxın qohumların birgə idarə, müəssisə, təşkilat və digər qurumlarda yüksək vəzifə daşımaları Qanunla qadağan edilsə də, təəssüflər olsun ki, İradə xanım Bağırovanın rəhbərlik etdiyi musiqi məktəbində qanunun belə bir tələbinə məhəl qoyulmur. Hələ bunlar harasıdır, "Musiqi məktəbinin direktor müavini ittihamlara cavab verdi" başlıqlı məqalənin müəllifinin Aysel Əliyeva olması, bir daha qarşı tərəfin naşılığını sübut edən hallardır. Yazının müəllifi “jurnalistika dənizi”nə baş vurmazdan öncə, hətta elementar mühakimələrdən mərhum olduğunu da sübut edir.(GundemXeber.Az)

XƏBƏR LENTİ