Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

6-01-2019, 16:01 - "Avrasiya" Hospitaldan yeni il endirim kampaniyası yanvarın 15-nə kimi davam edir

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

“Deputatın qızı iynəni arvadımın qarnında saxlamışdı” - FOTO

Tarix:1-06-2018, 11:08 Baxış Sayı:393

“Deputatın qızı iynəni arvadımın qarnında saxlamışdı” - FOTO

Sabirabad rayon sakini Vüsalə Abdullayeva qeysəriyyə əməliyyatı zamanı həkim səhlənkarlığına məruz qaldığını iddia edib.

Bakunews.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun həyat yoldaşı Müşfiq Əhədov məlumat verib.

O qeyd edib ki, 2016- cı ilin iyun ayında həyat yoldaşı Sabirabad rayon doğum evində qeysəriyyə əməliyyatı olub:

"Əməliyyatı ginekoloq Günay Xəlilova edib. Bir neçə aydan sonra yoldaşımın vəziyyəti pisləşdi. Biz bir neçə həkim müayinələrində olduq. Səhhətinin pisləşməsinin səbəbi tapılmırdı. Fevral ayında Bakı Medical Hospitalda analiz verdik. Nəticədə yoğun bağırsaqda səpkilər olduğu üzə çıxdı. Rentgen müayinəsində müəyyən olundu ki, qeysəriyyə əməliyyatı zamanı həkim tikiş iynəsini içəridə qoyub. Leyla Şıxlinskaya klinikasında həkim Rəşad Babayev tərəfindən yoldaşım təkrar əməliyyat olundu və içəridə qalmış iynə çıxarıldı. Biz bundan sonra Günay Xəlilova ilə əlaqə saxladıq və əməliyyat zamanı səhvə yol verdiyini dedik. Bu işdə bizə köməklik etməsini, dəyən ziyanı ödəməsini və məsuliyyətini dərk etməsini xatırlatdıq. Ancaq o, bütün vasitələrlə məsuliyyətdən yayındı. Günay Xəlilova cərraha da təzyiqlər göstərməyə başladı. Onu işdən çıxaracağı ilə hədələdi. Günay Xəlilova atasının deputat səlahiyyətlərindən istifadə edərək hər kəsi hədələyir və bizə köməklik göstərmir. Məsələ ilə bağlı Sabirabad rayon Prokurorluğuna ərizə ilə müraciət etmişəm. Bildirim ki, Günay Xəlilova hazırda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyir".

“Deputatın qızı iynəni arvadımın qarnında saxlamışdı” - FOTO


"Qafqazinfo" məsələ ilə bağlı G. Xəlilova ilə əlaqə saxlayıb. O bildirib ki, qarşı tərəfin iddiaları yalandır: "Mən həkim adamam, onlara ayıracaq vaxtım yoxdu. Ürəyiniz necə istəyir, elə də yazın. Başdanxarab adamlardır, nəyəsə, kiməsə güvənirlər. Nə eləmək istəyirlərsə, gedib etsinlər. Mən də insanam, o qədər öhdəliklərim var. Onlar axı kimdir ki, mən onlara görə bu qədər əsəb keçirtməliyəm?"

G.Xəlilova rəsmi qurumların məsələ ilə bağlı araşdırma apardığını deyib:

"Mən əməliyyat zamanı pasiyentin qarnının içində iynə qoymamışam. Sonradan onları müayinəyə çağırdım, gəlmədilər. Kiminlə, nə uydurublarsa, özlərinin problemidir. Bu işlə bağlı dövlət qurumları - prokurorluq, ekspertiza, nazirlik məşğul olur. Mən həmkarım Rəşid Babayevlə də əlaqə saxlamışam. O, əməliyyat zamanı iynə çıxartdığını demədi. Bu adamların isə nəyə əsaslanıb belə dediklərini bilmirəm. Mən artıq bu problemdən yorulmuşam, başqa işlərim var".

Qeyd edək ki, G. Xəlilova Milli Məclisin deputatı Mirzəcan Xəlilovun qızıdır.

XƏBƏR LENTİ