Anons

19-06-2018, 11:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 12:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 12:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 12:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 20:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 13:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 18:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 12:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 12:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 20:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 04:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 13:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 17:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 11:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 20:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 23:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 21:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 18:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 14:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 19:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

18-02-2018, 02:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 11:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 03:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 18:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 18:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 14:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 18:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 13:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür

Tarix:3-06-2018, 22:05 Baxış Sayı:36 321

Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kadr islahatları adı altında müəyyən dəyişikliklər etdi. Əslində bu sadə riyazı gedişdən başqa bir şey deyildi. Komitə sədri sadəcə toplananların yerini dəyişdi. Lakin bu dəfə fərqli cəm ortaya çıxdı. Belə ki, Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir. BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, təxminən 10 min azn dəyərində olan, xaricdən alınaraq ölkəyə gətirilən avtomobilə 70%-də əlavə təxminən 15 min manat edir. Hətta bu məbləği insaf müstəvisindən çıxmaqla 100%-lə rəsmiləşdirsən belə rəqəm 20 min manat olur. Məlumatda qeyd edilir ki, yeni rəhbər təyinatından sonra isə məbləğ yuxarıda göstərilən təxmini 10 min manat olduğu halda Avtonəqliyyat Baş Gömrük idarəsində son rəqəm 25 min manat "müəyyən" edilir. Etiraz edənlərə isə idarənin girişindəki elanı göstərirlər. "Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100".
Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür

Lakin əsl məzhəkə bundan sonra başlayır. Yəni elan yapışdıranlar girişdə daxili zənglər üçün telefon aparatı qoyulmayıb. Elə isə bəs şəxs etirazını kimə, necə bildirsin. "Mən rəislə görüşmək istəyrəm" - deyə iddia edənlərə etiraz belə edilməyən idarədə isə şikayətçinin toxunulmadan bezdirilməsi, yəni müəyyən edilən rəqəmə razılaşdırılması taktikası da var. Həmçinin qeyd etmək yerinə düşər ki, idarə rəisinin görüş günləri müəyyən edilməyib. "Rəis məşğuldur, gözləyin vaxtı olan kimi sizi qəbul edəcək" - xəbərdarlığından düz 4-5 saat sonra qəlbinə Əli (ə) məhəbbəti düşən Həsən Nüseynli şikayətçini qəbul edir. Lakin bu zaman da komik durum yaranır. Bir zamanların ən populiyar qısa metrajlı komediya filmləri toplusu olan "Mozalan"dakı bir kadr yada düşür. Nəfəs çatışmazlığından xəstəxanaya düşən şəxs vəziyyəti kritikləşən an zarıyır - Ələmşah. Avtonəqliyyat Baş Gömrük idarəsinin Ələmşahı, pardon, qiymət müəyyənedicisi isə Rövşən adlı şəxsdir. El arasında ona "Kalkluyator Rövşən" deyirlər. Həzrəti Həsən müəllimin də başı sıxışan, nəfəsi daralan kimi "ya Rövşən" deyib, lələyi yandırır. Belə ki, əlində kalkluyator otağa daxil oln Rövşən müəllim avtomobil sahibinə qanunların deyil. məhz özünün müəyyən etdiyi rəqəmi deyir. Yəni 25 min manatla bağlı heç nə dəyişmir. Həzrəti Həsən müəllimdə o qədər demokratdır ki, işçisinin dediynə etraz etmir. Bəs bu qəbul məzhəkəsi nəyə xidmət edirdi? Nədən vətəndaş 4-5 saat gözləyirdi? Mənbənin bildirdiyinə "Həkim Eldostunun verdiyi bütün kitabları oxuduğu üçün qılıncı belində duran Rövşən" müəllim bu işdə çox səriştəlidir. O nəinki rəqəm müəyyən edir hətta "bütün dilləri başa da düşür". Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, idarə dövlət tərəfindən ən müasir hesablama aparatları ilə təchiz edilib. Həmin aparatlardan istifadə imkanları da məhdud deyil. Sadəcə mümkünsüzdür. Yəni işləmir. Əslində Həzrəti Həsən müəllimin prizmasından yanaşsaq bu vəziyyət çox normaldır. Əgər aparat varsa Rövşənə nə ehtiyac var? Yox əgər Rövşən varsa, o halda aparat nə üçün işləməlidir? Məhz ona görə Həzrəti Həsən müəllim "dəmir yığınına" deyil, insana, yəni "quş dili" bilən Süleymana, təkrar pardon, Rövşənə üstünlük verir. Xatırladaq ki, ölkə başçısının bu sahədəki qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq Sərəncamı da var. Amma şahidlərin bildirdiyinə görə həmin Sərəncam Avtonəqliyyat Baş Gömrük İdarəsində sadəcə işləmir. Məsələ bununla da bitmir. Mənəbnin bildirdiyinə görə avtomobil idxalçılarında bu idarə ilə bağlı "8-ci pəncərə" xofu da var. Bilirsinizmi nədən? Çünki o pəncərədən baxan göz, qiymət deyən dil Rövşən müəllimindir. Evrika deməyə tələsməyin.
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən idarə və şəxslərində mövqeyini dərc edə bilər.

Anons: Dövlət əhəmiyyətli, xüsusi təyinatlı avtomobillərin idxalı zamanı sənədlərdəki və reallıqdakı kateqoriya fərqləri ilə qeydiyyata alınma "prosesinə" kim rəhbərlik edir? Bizi izləyin.

BakuNews.az

XƏBƏR LENTİ