Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

6-01-2019, 16:01 - "Avrasiya" Hospitaldan yeni il endirim kampaniyası yanvarın 15-nə kimi davam edir

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

Deputat: Valideyn bilə-bilə övladının qatilinə çevrilir - MÜSAHİBƏ

Tarix:4-06-2018, 07:02 Baxış Sayı:250

Deputat: Valideyn bilə-bilə övladının qatilinə çevrilir - MÜSAHİBƏ

Oxu.Az-ın suallarını Milli Məclisin (MM) Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Məlahət İbrahimqızı cavablandırır:

- Məlahət xanım, Siz bir xeyli müddət öncə mətbuata açıqlamalarınızdan birində mediada, ictimaiyyətdə daha çox siyasi məsələlərin müzakirə olunduğunu bildirmiş və bir növ buna etiraz etmişdiniz. Bunun kökündə nə dayandırdı, yəni, Sizcə, daha çox hansı məsələlər müzakirə mövzusu olmalıdır?

- Doğrudan da, bu gün bütövlükdə dünyada daha çox siyasi məsələlərdən, siyasi problemlərdən daha çox danışılır. Ancaq bəzi qeyri-siyasi və daha vacib problemlər var ki, onlar haqda az danışılır. Hansı ki, onlar- insan hüquqları, hüququn aliliyi, söz azadlığı həmin problemin və problemlərin təməl fundamentləri sayılan problemlərdir.

Məsələn, həmin problemlərdən biri demoqrafik problemdir.

Bu gün hər bir dövlətin gücündə, onun qüdrətində demoqrafik amil çox ciddidir və çox böyük rol oynayır. Yəni, hər bir dövlətin təhlükəsizlik konsepsiyasında demoqrafik problem və təhlükəsizlik ciddi istiqamətlərdən biri sayılır. Bir ölkənin iqtisadi gücü onun təkcə iqtisadi resursları deyil, həm də əmək resursları ilə qiymətləndirilir.

Əmək resursları isə insandır - qadın və kişilərdir. Bu gün hansısa ölkələr əgər demoqrafik böhran yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə də ciddi problemləri olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində də əsas demoqrafiyanı şərtləndirən əhali artımıdır. Əhali artımının nüvəsində də heç şübhəsiz, ana sağlamlığı və ailə planlaşdırması dayanır.

Yəqin ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının “Dünya əhalisi- 2050” hesabatına baxıbsınız. Orada 2050-ci ilə qədər artıq dünyanın bir sıra ölkələrinin əhalisinin demək olar ki, itməkdə olması, belə demək mümkünsə, “Qırmızı kitab”a düşməsi məsələsi var. “Dünya əhalisi-2050”- də bir çox millətlərin, xalqların, demək olar ki, kökünün kəsilməsi təhlükəsi qənaətinə gəlib.

Ona görə də bu, ölkələr üçün, hər bir dövlət üçün həyəcan siqnalıdır.

- Bəs bizim ölkəmizlə bağlı məsələ nə yerdədir, demoqrafik böhran təhlükəsi bizim üçün də varmı?

- Allaha min şükür ki, hazırda bizim ölkəmizdə demoqrafik böhran yoxdur. Xatırladım ki, Azərbaycanın SSRİ dağılarkən 6 milyon yarım əhalisi var idi. Amma bu gün biz 10 milyona çatmışıq. Bu da çox ürəkaçan rəqəmdir ki, bizim əhalinin sayı ildən-ilə artır.

Amma bunun gələcəkdə necə olacağı, əhali artımının baş verib-verməyəcəyi indidən tam məlum deyil. Bu, heç də o demək deyil ki, bu gün bizim əhalimiz 10 milyona yaxındırsa, 2050-ci illərdə, qarşıdakı illərdə demoqrafiyamızda hansısa problemlərin olması gözlənilmir.

Bu, belə deyil. Ona görə ailə planlaşdırması və demoqrafik proseslərin tənzimlənməsində xüsusi rolu olan ana sağlamlığının bu məsələdə çox böyük əhəmiyyəti var.

2000-ci ildə Minilliyin inkişaf sammiti oldu və orada səkkiz istiqamətdə strategiya qəbul olundu. Buna minilliyin hədəfləri də deyirlər. O hədəflərin-strategiyanın dördü qadınlarla - ana ölümü, ana xəstəliyi, ana sağlamlığı, qadınların gücləndirilməsi ilə bağlıdır. Amma bu gün təəssüf ki, Azərbaycanda bununla bağlı müəyyən problemlər var.

Hələ bir neçə il öncə keçmiş təhsil naziri Mikayıl Cabbarov mətbuat konfransında müsahibəsində belə bir rəqəm səsləndirmişdi, - o statistikada da var, amma ictimaiyyət üçün bəlkə də yeni idi, - birinci snifə gedən uşaqlar arasında qızların sayı oğlanların sayından 10-15 min azdır.

Bu, əlbəttə, çox düşündürücü və narahatedici bir məsələ idi.

Statistika özü açıq-aydın göstərirdi ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanların sayından azdır. Onu da deyim ki, bir neçə il öncə müvafiq qanunda dəyişikliklər etdik və həmin dəyişikliklərə əsasən də artıq cinsiyyətə görə tibbi müayinə aparılması ilə bağlı həkimlər də məsuliyyət daşıyır, onlara bu məsələ qadağan olunur. Yəni, məsuliyyət məsələsi qanunvericilikdə öz əksini tapdı.

Amma hesab edirəm ki, bu, azdır.

- Nəyə görə?

- Əslində qadağan olunmaq söhbəti ola bilməz.

Qadağan sözü birinci insan hüquqları ilə bağlı olan haldır, ikincisi də qadağan olunmaq maddəsi problemin həlli deyil.

Bu məsələnin köklü həlli üçün biz bu gün cəmiyyətdə geniş maarifləndirmə işləri aparmalıyıq. Avropada, inkişaf etmiş hansı ölkədə gedib desəniz ki, cinsə görə hamiləlik müayinə olunur, ona gülərlər və eyni zamanda, bu azmış kimi, ondan sonra hansısa cinsin olması ilə bağlı valideyn və yaxud da, həkim hamiləliyi ləğv edirsə, bu, artıq dəhşətdir.

XXI əsrdə hamiləliyin qarşısının alınmasının metodları ola-ola, hamiləlikdən sonra bir növ ana bətnində olan uşağın öldürülməsi, qətlə yetirilməsi, bu, qəbulolunmazdır. Yəni, valideyn özü bilə-bilə öz övladının qatilinə çevrilir.

Ona görə burada ailə planlaşdırması çox önəmlidir, eyni zamanda da, dediyim kimi, maarifləndirmə işi aparılmalıdır.

Rəhmətlik Səməd Vurğun hələ o zamanlar “Bəsti” poemasında yazırdı ki:

Anan səni doğanda adına Bəsti dedi,
Əllərimi bir fələk oğuldan kəsdi dedi,
Beləydi qayda bizdə qız doğanda analar,
Baxıb qara geyərdi su üstündə sonalar...

Bu sözlərlə dahi şairimiz sanki o zamandan insanlara-bizlərə üsyan edirdi.

Eyni zamanda, bu gün özündə belə Azərbaycanda qədimdən qalma köhnə adlar siyahısında Qıztamam, Tamam, Qızyetər, Qızbəsti adlarına tez-tez rast gəlinir. Yəni, bu adlarla sanki qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu da qətiyyən, düzgün deyil və yolverilməzdir.

Ancaq o da var ki, bu adlar bizim dindən qaynaqlanan adlar deyil.

Bizim dinimizdə deyilir: “Cənnət anaların ayağı altındadır”.

Yəni, ananın ayağının altı öpüləcək dərəcədə müqəddəsdir. İslam hümmətinin, islam aləminin müqəddəs peyğəmbəri Məhəmməd peyğəmbərin qızı olub, oğlu olmayıb. Dinimizdə üç qızı olanın Allahın ən sevimli bəndələrindən olduğu qeyd olunur. Yeri gəlmişkən, cahillik dövründə ərəb toplumunda qız uşaqları doğulanda öldürərlərmiş.

Çox təəssüflər olsun ki, min illər bundan öncə olan, yaşanmış problemlərin bu gün Azərbaycanda qalması, bu, Azərbaycan ziyalılarının, Azərbaycan insanının adına şərəf deyil. Ona görə Azərbaycanın bütün bölgələrində, eləcə də mətbuat vasitəsilə ciddi tibbi maarifləndirmə işi aparılmalıdır.

- Yeri gəlmişkən, bu gün Azərbaycanda məktəbdən, təhsildən yayınma, erkən nikaha getmə də 15-20 il bundan qabaqkından daha çoxdur...

- Bu da çox ağrılı bir məsələdir.

Bir tərəfdən, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edirik və sair, digər tərəfdən, bizim qızlarımız təhsildən yayınır, erkən ərə gedir.

Bu, bizim xalqımıza yaraşanmı əlamətdir? Bu, hansı dövrdür ki, valideyn-ana qız uşağını, öz övladını məhv etdirir?

Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində olan uşağın ürək döyüntüləri eşidilirdi. Amma bu gün yüksək səviyyəli texnologiyalar əldə olunub ki, bir həftəlik dölün artıq ürək döyünməsi eşidilir.

Deməli, bu, özü nəyi göstərir? Bu özü onu göstərir ki, fərqi yoxdur, bir günlük olsun, üç günlük olsun, istər 9 aylıq olsun, bu, insandır. İnsanın hüquqları var və insanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10 günlük, 15 günlük uşağı da öldürmək, ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılır və sayılmalıdır.

Buna görə yuxarıda da qeyd etdiyim kimi, ailə planlaşdırması çox önəmlidir. Ailə planlaşdırması uşaq dünyaya hələ gəlməmiş, eləcədə qadın - ana hamilə olmamışdan qabaq aparılır. Yəni, bu, bir elmdir və bütün dünyada bu aparılır.

Təbii ki, bəzi inkişaf etməmiş toplumlarda bunun aparılması mümkün deyil, onların bunun üçün imkanları yoxdur, amma bizim bu cür inkişafımız, nailiyyətlərimiz, bu cür resurslarımız ola-ola bu istiqamətdə apardığımız işlər etiraf etməliyik ki, çox zəifdir.

Elə o zəif işin nəticəsidir ki, bu gün Azərbaycanda 7 yaşına qədər olan əhalinin içərisində qızların sayı oğlanlardan xeyli azdır, burada nəzərəçarpacaq dərəcədə fərq var və bu məsələ beləcə özbaşına buraxılsa, gələcəkdə daha ciddi təhlükə yarada bilər…

XƏBƏR LENTİ