Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“4 iyun qiyamı tam baş tutsaydı Azərbaycan Rusiyanın vassalına çevriləcəkdi” - Xaçmaz RİH-nin sabiq başçısı Müqəddəs Mehdiyev

Tarix:6-06-2018, 08:09 Baxış Sayı:278

“4 iyun qiyamı tam baş tutsaydı Azərbaycan Rusiyanın vassalına çevriləcəkdi” - Xaçmaz RİH-nin sabiq başçısı Müqəddəs Mehdiyev


4 iyun hadisələrindən 25 il ötür. Bu olaylarla bağlı indiyədək hərə bir fikir və rəy söyləyib. Lakin elə şəxslər də var ki, susmağa üstünlük veriblər. Belələrindən biri də Xaçmaz RİH-in sabiq başçısı Müqəddəs Mehdiyevdir. Ondan 4 iyun hadisələri ilə əlaqədar ətraflı müsahibə almağa cəhd göstərdik. Söhbətimiz tam alınmasa da müəyyən məqamlara aydınlıq gəldi.

Bir icra başçısı kimi 4 iyun hadisələrinin baş verməsindən nə vaxt xəbər tutdunuz?

4 iyun hadisələri mənim üçün sürpriz deyildi. Hələ 1992-ci ilin noyabrında ölkədə ictimai-siyasi durumun yaxşı olmadığı və müəyyən qüvvələrin qarşıdurma yaradacağı barədə xüsusi bəyanatla çıxış etmişdim. İstefa vermək qərarına gəlmişdim. Çünki gələcək məğlubiyyətimizin əsasları qoyulurdu. Həmin bəyanatdan mərkəzi hakimiyyət də xəbərdar idi. Söhbət çox ciddi bir məsələdən gedirdi. Azərbaycan dövlətinin taleyi sual altında düşmüşdü. Əslində kiminsə Gəncədə əlinə silah götürüb paytaxta yürüş etməsi məsələnin görünən tərəfi idi. Lakin beynəlxalq və regional səviyyədə başqa oyunlar gedirdi. Rusiya Azərbaycanı açıq-aşkar işğal etmək istəyirdi. Onların planı təxminən belə idi: Dağlıq Qarabağda Azərbaycan ordusunu ağır məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri hakimiyyətin üzərinə istiqamətləndirmək, sonda paytaxtda siyasi böhran yaratmaq. Elə belə də oldu.

Sizcə hadisələrin qarşısını almaq mümkün idimi?

Məncə mərkəzi hakimiyyət ciddi qətiyyət göstərməli idi. Lakin istər paytaxtda, istərsə də əyalətlərdə bəzi iqtidar təmsilçiləri təslimçilik nümayiş etdirdilər. Ortalığa belə bir fikir atıldı ki, qan tökülə bilər və vətəndaş müharibəsi başlayar. Bununla da xalqı lazımi hədəflərə qarşı səfərbər edə bilmədilər. Ölkənin o vaxtkı prezidenti mərhum Əbülfəz Elçibəy öz dövlətini və millətini sevən bir şəxsiyyət idi. Amma ortalıqda güclü komanda yox idi. Firqə maraqları, müxtəlif qruplaşmalar hakimiyyətin daxilinə də sirayət etmişdi. Vaxtilə rus tanklarının qarşısına çıxanlar beş-on narkomanın öhdəsindən gələ bilmədilər. Söhbət Gəncədə Surət Hüseynovun başına yığılmış başıpozuq dəstədən gedir. Heç kəs, o cümlədən, mən də məmləkətimdə vətəndaş müharibəsinin olmağını istəmərəm. Lakin söhbət dövlətimin işğalından gedirsə, nəyə görə qan tökülməyindən qorxmalıyam?

Belə çıxır ki, siz güc yolu ilə Gəncə qiyamının yatırılmasının tərəfdarı olmusunuz?

Təxminən buna bənzər hadisələr şimal regionunda da hazırlanırdı. Etnik separatçılar silahlanaraq qondarma “Ləzgistan” respublikasını elan etmək istəyirdilər. Lakin 1993-cü ilin mart-aprel aylarında bunun qarşısı qətiyyətlə alındı. Qanuni həbslər keçirildi. Separatçılar tərksilah olunaraq yaxalandılar. Çox məxfi keçirilən bu əməliyyat şimalda ikinci cəbhənin açılmasının qarşısını aldı. Təəssüf ki, Əlikram Hümbətov kimi xainlər istəklərinə çatıb qondarma “Talış-Muğan respublikası”nı elan edə bildilər.

Siz hansı fakta söykənərək deyirsiniz ki, 4 iyun hadisələri məhz Moskvanın planı idi?

Görünən kəndə nə bələdçi? Ölkənin şimal və cənubundakı separatçıları da, Gəncədəki qiyamçıları da Moskva açıq-aşkar dəstəkləyirdi. Bircə faktı söyləyim. 1993-cü ilin mayında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valter Şoniya şimal regionuna səfər etdi. Özü də mərkəzi hakimiyyətin bundan xəbəri yox idi. Onunla Qusarda görüşdükdən sonra birlikdə Xaçmaza gəldik. Yanında bir neçə diplomat da var idi. V. Şoniya türk dilini əla bilirdi. Xaçmazda şam yeməyi zamanı məni qırağa çəkdi və aramızda ciddi söhbət oldu. O, tezliklə hakimiyyətin dəyişiləcəyini, Azərbaycanın Rusiyanın əlinə keçəcəyini açıq söylədi. Diplomat Əbülfəz Elçibəydən və İsgəndər Həmidovdan bərk yanıqlı idi. Məni öz tərəfinə çəkmək istəyirdi. Lakin buna nail olmadı. Mən V. Şoniyanın dediklərini prezident aparatına çatdırdım. Və yaxud iyun hadisələri ərəfəsində o vaxtkı sabiq nazirlərdən birinin evində gizli yığıncaq keçirildi. Tədbirə şimal regionunun bəzi hüquq mühafizə orqanlarının rəhbərlərini və iş adamlarını da cəlb edə bildilər. Yığıncaqdan heç iyirmi dörd saat keçməmiş iştirakçılardan biri bu barədə məlumat verdi. Məlum oldu ki, Rusiyanın dəstəyi ilə Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək istəyirlər. Təbii ki, lazımi ölçü götürüldü. Mən belə hadisələri çox sadalaya bilərəm. Bir daha təəssüf edirəm ki, mərkəzdən ciddi reaksiya hiss olunmurdu.

Onu da əlavə edim ki, rusiyalı səfirin tez-tez Dağıstana getməsi və orada Azərbaycan KP MK-nın sonuncu ikinci katibi mərhum V. Polyaniçko ilə görüşməsi, Azərbaycana qarşı müxtəlif senarilərin qurulması barədə məlumatlar vardı. Qusardan və Lənkəradan çıxarılan rus hərbi hissələrinin Dağıstanın Axtı rayonundakı dağ massivlərinin birində dislokasiya edilərək Azərbaycana hücum əmri gözləməsi haqqında da informasiyalar mövcud idi.

Belə bir məlumat var ki, 4 iyun hadisələri zamanı siz də Bakıya yürüş etmək istəmisiniz. Bu doğrudurmu?

Bəli, belə bir fikrim olub. 4 iyun qiyamından sonra təkidlə məndən hakimiyyətdən getməyi tələb edirdilər. Lakin buna heç cür nail ola bilmirdilər. Daxili qoşunların Xaçmazdakı qüvvələrini və bütün yerli polis orqanlarını səfərbər edə bildim. Giləziyə qədər irəlilədik, səngər düzəldib oturduq. Zarat postunda qapalı müşavirə keçirdik. Qiyama qarşı müqavimət planı hazırlandı. DTK-nın Xaçmaz rayon şöbəsinin o vaxtkı rəisi Sədyar Abbasov, rayon prokuroru Seyfəddin Həsənov, polis rəisi Eldar İlyasov və region rayonlarının digər hüquq-mühafizə orqanlarının bəzi rəhbərləri bizə qoşuldular. Bundan öncə isə mənim kabinetimdə şimal rayonları icra başçılarının qiyamçılara tabe olmamağı barədə birgə bəyanatı imzalandı.

Bakıya yürüş etməkdə məqsədiniz nə idi? Bəs niyə geri çəkildiniz?

Məqsədim o idi ki, qiyamçıları zor gücünə paytaxta buraxmayım. İnanın, ətrafımda bir nəfər də olsun qanunsuz silahlı şəxs olmayıb. Hamı güc strukturlarının əməkdaşları idi. Geri dönməyimiz də səbəbsiz olmadı. Ertəsi gün televizordan bildirdilər ki, Əbülfəz Elçibəy Bakını tərk edib. Geri qayıtsaq da sonadək hakimiyyəti qoruyub saxlaya bildik. Qiyamdan bir neçə ay sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin səlahiyyətli nümayəndələri- o vaxtkı dövlət müşaviri Hidayət Orucov və deputat Litvin Abbasov Xaçmaza gəlib müşavirə keçirdilər. Hakimiyyəti qanuni şəkildə yeni icra başçısına təhvil verdik. Mənə isə H. Əliyevin adından Azərbaycan dövlətçiliyinin qorunmasındakı xidmətlərimə görə təşəkkür elan etdilər.

Deyilənə görə, sizə vəzifə də təklif ediblər?

Bəli, o vaxtkı Milli Məclisin sədr müavini, mərhum Afiyəddin Cəlilov təklif etdi ki, fəaliyyətimi nazirlər kabinetindəki millətlərarası komitədə baş mütəxəsis kimi davam etdirim. Lakin obyektiv səbəblər ucbatından paytaxta gedə bilmədim. Onu da qeyd edim ki, uzun illər A. Cəlilovla çox yaxın münasibətlərimiz olub.

Deyilənə görə, siz hələ 1992-ci ilin payızında H. Əliyevin Bakıya dəvət edilməsi təşəbbüsü ilə çıxış etmisiniz. Bu barədə açıqlama vermək istəyirsinizmi?

Belə bir hadisə olub. Mən mərhum Sirus Təbrizli ilə yaxın dost idim. Xalq hərəkatından əvvəl- Xaçmazda çıxan “Dostluq” qəzetinin müxbiri işləyərkən bir-birimizi tanıyırdıq. Sonrakı dönəmlərdə də sıx münasibətlərimiz vardı. S. Təbrizli şimal regionunda baş qaldıran xalq hərəkatında da yaxından iştirak edirdi. 1992-ci ilin payızında mənim yanıma gəldi. Bir neçə saat ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etdik. Belə bir qərara gəldik ki, H. Əliyevi Bakıya dəvət etmək çox vacibdir. Onun siyasi və idarəetmə bacarığından istifadə olunmalıdır. Ölkənin suverenliyini qoruyub saxlamaq istəyiriksə Naxçıvanın hakimiyyət rəhbərliyi ilə dialoq qurulmalıdır. Sirus Təbrizli ilə görüşdən sonra mən bu barədə təklifimi o vaxt iqtidarda yüksək vəzifə tutan, indi isə müxalifət liderlərindən biri olan şəxsə çatdırdım. Dediklərim şübhə ilə qarşılandı. Yəni bir icra başçısının bu cür təkliflə çıxış etməsindən narahat oldular. Nəzərə alın ki, hələ 1992-ci ilin payızı idi. Sonralar Sirus Təbrizli YAP-ın bölgədə keçirilən konfranslarında, “Azadlıq radiosu”na müsahibəsində bu barədə qısa məlumat verdi. Bu faktı indi açıqlayıram. Detallarına varmaq istəmirəm.

Belə çıxmırmı ki, siz həmin vaxt H. Əliyevin hakimiyyətin yüksək eşalonunda təmsil olunmasını istəmisiniz?

Mən qiyamdan çox öncə onun baş nazir olmasını istəyirdim. İndi də hesab edirəm ki, bu məsələdə haqlıyam. Bilirsinizmi, söhbət Azərbaycanın taleyindən gedirdi. Ölkə “olum, ya ölüm” dilemması qarşısında idi. Yaxşı yadımdadır, 4 iyun qiyamından sonra bölgənin bir sıra rayonlarında, o cümlədən, Xaçmazda da bəzi qüvvələr müxtəlif yerlərdə Azərbaycan SSRİ-nin bayrağını qaldırmışdılar. Onlar rus qoşunlarını gözləyirdilər. H. Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan ətrafındakı siyasi vəziyyəti neytrallaşdırdı. Açığını danışmaq lazımdır, 4 iyun qiyamı Ayaz Mütəllibovun ölkəyə yenidən birinci şəxs gətirilməsinə və Azərbaycanın Rusiyanın vassalına çevrilməsinə hesablanmışdı. Lakin Əbülfəz Elçibəyin müstəqilliyi və milli mənafeyi hər şeydən üstün tutması və H. Əliyevi Bakıya dəvət etməsi rəsmi Kremlin, İranın və başqa dövlətlərin planlarını alt-üst etdi. H. Əliyev rusları aldatdı. Özünüz fikirləşin, Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması barədə qərarın müəllifi, milli bayrağımıza ilk dəfə dövlət statusu verən bir şəxsin Azərbaycanda hakimiyyət başına keçməsinə rəsmi Kreml razı ola bilərdimi? Qətiyyən yox. Mən Ə. Elçibəyin həmin şəraitdə Kələkiyə getməsini və öz yerini H. Əliyevə verməsini çox müsbət hal sayıram.

Axı sonralar AXC ilə H. Əliyev arasında müəyyən münaqişələr də oldu

Təbii ki, AXC sıralarında Ə. Elçibəyin bu addımını başa düşməyənlər az deyildi. Adam var ki, hakimiyyət davası edir, adam da var ki, bir millət davası aparır. Ə. Elçibəy ikincilərdən idi. Münaqişəyə gəldikdə isə, bu da təbiidir və daxili məsələdir. Kim nə deyir desin, heç kəs Əbülfəz Elçibəyin və Heydər Əliyevin müstəqilliyin qazanılmasındakı xidmətlərini inkar edə bilməyəcək. Məni başqa cür anlamayın. İyun qiyamından indiyədək heç bir dövlət vəzifəsi tutmamışam. Jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərirəm. Ötən illər ərzində saysız-hesabsız təzyiqlərə də məruz qalmışam, həbsə də alınmışam, müəyyən bir müddət mətbuatda çıxışlarıma yasaq da qoyulub. Mərhum atam heç bir günahı və xəbəri belə olmadan əlli il işlədiyi məktəbin direktoru vəzifəsindən uzaqlaşdırıldı. Altı il öncə keçmiş MTN-nin bəzi əməkdaşlarının və onların əlaltılarının da əli ilə böyük mənəvi zərbə almışam. Bütün bunlar, olub-keçənlər haqda danışmaq istəmirəm. Dövlətimin və millətimin başı sağ olsun. Bir-iki məmurun özbaşınalığı və kimlərəsə yarınmaq üçün törətdiyi kişiyə belə yaraşmayan hərəkətlər məni siyasi və vətəndaş mövqeyimdən heç vaxt çəkindirə bilməz. Dövlətim və millətimin qarşısında alnım açıq, üzüm ağdır. Səhvsiz insan yoxdur. Təbii ki, istər icra başçısı işlədiyim dövrdə, istərsə də sonradan mənim də müəyyən nöqsanlarım olub və indi də var. Lakin dövlətimə və millətimə sadiqəm. Heç bir qüvvə məni bu yoldan çəkindirə bilməz. Məmləkətimin müstəqilliyi və azadlığı ilə nəfəs alıram. Dövlətimin düşmənləri ilə hər an üz-üzə gəlməyə hazıram. Bu yolda heç kəsdən və heç nədən qorxmuram.

Sizcə indiki siyasi müxalifət 4 iyun hadisələrinə lazımi siyasi qiymət veribmi?

Xeyr, aşağı səviyyəli siyasi bəyanatlardan başqa bir şey görməmişəm. Hadisələrə daha qlobal şəkildə yanaşmaq gərəkdir. O dövrün ictimai-siyasi ab-havası hərtərəfli təhlil olunmalı, buraxılan bütün səhvlər açıq deyilməli, hadisənin kökündə nə durduğu ictimaiyyətə bildirilməlidir. Bu, təkcə dövlət çevrilişi deyildi. Rusiyanın və digər ölkələrin Azərbaycanın yenidən əsarətə düşməsi üçün hazırladığı məkrli bir plan idi. Əgər 4 iyun qiyamı onu planlaşdıranların istədiyi kimi başa çatsaydı, indi Cənubi Qafqazda tamam fərqli geosiyasi vəziyyət yaranacaqdı.

Əgər 4 iyun hadisələri yenidən təkrarlanarsa indi hansı mövqe tutarsınız?

Məncə yuxarıda dediklərimdə bu suala cavab vermişəm. Təhlükə həmişə var. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr də az deyil. Məni Ayaz Mütəllibovun hakimiyyəti dövründə parlamentdə H. Əliyev çıxış edən zaman fit çalıb təpik döyən, sonralar və indi də hakimiyyətdə təmsil olunanlarla səhv salmayın. A. Mütəllibovun yerində olsaydım keçmişimə yaxşı nəzər salıb eks-prezident təqaüdündən imtina edərdim.

Dediyiniz hadisələrə gəldikdə isə, onlar təkrarlanarsa düşünmədən dövlətimin yanında olacağam.

-Maraqlı müsahibəyə görə sağolun.

Fazil Mahmudov

XƏBƏR LENTİ