Anons

19-06-2018, 11:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 12:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 12:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 12:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 20:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 13:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 18:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 12:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 12:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 20:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 04:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 13:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 17:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 11:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 20:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 23:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 21:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 18:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 14:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 19:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

18-02-2018, 02:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 11:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 03:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 18:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 18:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 14:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 18:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 13:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

Zakir Fərəcov sahibkarı “gözümçıxdıya salıb” - ŞOK İTTİHAM

Tarix:8-06-2018, 13:23 Baxış Sayı:243

Zakir Fərəcov sahibkarı “gözümçıxdıya salıb” - ŞOK İTTİHAM


Dönməz Məmmədov: “Mən bu cür mövqeyimi ortaya qoyduqca, qoçu dəstəsinin üzvlərindən olan Maarif və Eldar adlı şəxslər, mənə sui-qəsd edəcəklərini bildirirlər”

Bu günlərdə redaksiyamıza “AMAL-D” MMC-nin rəhbəri Dönməz Məmmədov tərəfindən daxil olan və sanki hər kəsi şoka sala biləcək şikayət ərizəsinin məzmununu oxuduqca, çox keçmədi ki, “vəlvələ”yə deyil, “zəlzələ”yə düşdük. Çünki şikayətçi Məmmədov qeyd edir ki, “mən uzun illərdir ki, Bakı-Saray-Sumqayıt xətti üzrə hərəkət edən 501 saylı marşrut xəttinin sahibiyəm. Elə ki, bir neçə il bundan əvvəl Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olundu, elə həmin vaxtdan da o, mənim bir sahibkar olaraq fəaliyyətimə əngəl yaratmağa başladı. Yəni bu gün də o, bu marşrut xəttini məndən almaq üçün “dəridən-qabıqdan” çıxmaqdadır. Baxmayaraq ki, bütün marşrut xətləri Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin tərtib etdiyi cədvəl üzrə hərəkət edir. Zakir Fərəcov ilk əvvəl vəzifə səlahiyyətindən sui-istifadə etməklə, marşrut xəttinin uzunluq məsafəsinin bir qədər azaldılmasına nail oldu.

Onu da bildirim ki, mən bir sahibkar olaraq hər zaman vergi borclarımı ödəyən bir şəxs olmuşam. Qeyd olunan marşrut xətti üzrə hərəkətdə olan nəqliyyat vasitələrinin qanunamüvafiq lisenziyaları var və bu gün də onların istismar müddəti etibarlıdır. Bu ilin 27 aprelində Zakir Fərəcovun qoçu dəstələrindən olan Xanı, Maarif və Eldar adlı şəxslər, mənə məxsus “DAEWO” markalı nəqliyyat vasitələrini xətdən çıxarırlar və naməlum bir ərazidə gizlədirlər. Hansı ki, mən bir sahibkar olaraq ayda hər bir nəqliyyat vasitəsinə görə dövlətə pul ödəyirəm. Zakir Fərəcovun qoçu dəstələrindən olan Xanı və Məzahir adlı şəxslər, “biz bu pulu Zakir Fərəcova verəcəyik” adı altında, məndən 160 min manat pul alıblar. Hətta, onlar həmin pulu alan zaman “bundan sonra sənə məxsus nəqliyyat vasitələrinin hərəkətinə bir kimsə maneə olmayacaq” dedilər. Buna baxmayaraq, bu gün də onlar məndən əlavə pul tələb etməkdədirlər. Artıq mənim bir kimsəyə verməyə pulum yoxdur. Mən bu cür mövqeyimi ortaya qoyduqca, qoçu dəstəsinin üzvlərindən olan Maarif və Eldar adlı şəxslər, mənə sui-qəsd edəcəklərini bildirirlər. Ona görə də, sizdən artıq dərəcədə xahiş edirəm ki, bir sahibkar olaraq üz-üzə qaldığım problemlərin varlığını ölkə rəhbəri cənab İlham Əliyevə və hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətinə çatdırasınız. Bəlkə o zaman Zakir Fərəcovun müsibətlərindən xilas ola bildim”.

Dönməz Məmmədov
Zakir Fərəcov sahibkarı “gözümçıxdıya salıb” - ŞOK İTTİHAM
Zakir Fərəcov sahibkarı “gözümçıxdıya salıb” - ŞOK İTTİHAM

XƏBƏR LENTİ