Anons

5-06-2018, 12:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 12:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 12:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 20:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 13:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 18:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 12:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 12:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 20:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 04:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 13:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 17:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 11:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 20:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 23:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 21:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

7-03-2018, 18:58 - Çılpaq qadınların fotolarını çəkdi - Səbəbinə inanmayacaqsız + VİDEO

28-02-2018, 14:22 - Dövlət orqanlarının Qaynar xətt nömrələri

19-02-2018, 19:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

18-02-2018, 02:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 11:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 03:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 18:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 18:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 14:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 18:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 13:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 12:57 - Rəhim Qazıyev saxlanılıb

Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb

Tarix:14-06-2018, 12:06 Baxış Sayı:48

Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb

Bankir Qadınlar Klubunda ("Women Bankers Club") Bankir qadınların növbəti görüşü keçirilib.

Bu dəfəki görüşün qonağı olan millət vəkili Qənirə Paşayeva vətənpərvərlikdən, fəal qadının vətəni üçün hansı xidmətləri edə biləcəyindən və ümumilikdə qadının dövlətçilikdəki rolundan danışıb. O, qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan, dəstəyə ehtiyacı olan sahələrdən danışdı:

"Bankir Qadınlar Klubu da öz növbəsində də anlamalıdır ki, dövlətlə yanaşı vətəndaş cəmiyyətində ayrı - ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər". Şəxsi inkşafdan da danışan millət vəkili insanın daima öz üzərində işləməsi, işlədiyi sahədən asılı olmayaraq oraya özünün bütün potensialını həsr etməsinin vacibliyindən danışdı. Millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var.

Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib.

O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva "biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. "Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” – deyə millət vəkili deyib. /azxeber.com/

XƏBƏR LENTİ